Bakının "Lokomotiv" voleybol klubu heyətini gücləndirməkdə davam edir. Ötən il "Çelenc Cup"ın finalınadək irəliləyən "dəmiryolçular" bu mövsüm həmin turniri qazanmaq arzusunda olduqlarından, növbəti transferlərini reallaşdırıblar.
Komanda qış "transfer çərçivəsi"ndə Braziliyanın "Sollis Nestle" klubunun hücumçusu Yuliana Nasimento Kostanı alıb. 29 yaşlı voleybolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Boyu 184 sm olan Kosta bununla ilk dəfə vətənindən kənarda oynayacaq. O, "Sollis Nestle"dən öncə "Botafoqo", "San-Kaetano", "Rexona", "Osasko" ("Sollis Nestle" əvvəlcə belə adlanırdı), "Ol Kampos", "Brasil Telecom" və "Pinheyros" komandalarında forma geyinib.
O, dəfələrlə Braziliya çempionu və ölkə kubokunun sahibi olub. O, həmçinin "sambaçılar"ın heyətində gənclər arasında dünya çempionu adını qazanıb.
|