Hal-hazırda Ayna qəzetinin 31.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Şəxsiyyət vəsiqəsi ilə Avropaya gedə biləcəyik
Parlament yeni şəxsiyyət vəsiqəsini müzakirəyə çıxardı
Şənbə, 31.12.2011

Xaqani Səfəroğlu mətn ölçüsü  

Milli Məclisin dünənki iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Qanunun ləğvi barədə qanun layihəsi müzakirə olundu. Layihələr barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirdi ki, təklif edilən dəyişikliyə əsasən, Azərbaycan xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlamış olduğu halda, Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

Dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsinin 16 yaşına çatanadək və 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən növləri ləğv ediləcək. Qanuna əsasən, hər bir Azərbaycan vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətinə şəxsiyyət vəsiqəsi almalıdır. Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək. Hüseynlinin sözlərinə görə, şəxsiyyət vəsiqəsində digər məlumatlarla yanaşı, şəxsin fərdi identifikasiya nömrəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkili yerləşdiriləcək. Şəxsiyyət vəsiqəsinə elektron daşıyıcı (çip) yerləşdiriləcək.

Etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə, şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı yararsız hala düşdükdə, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.

2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqələrin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Qanunun 2014-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Şəxsiyyət vəsiqələri İsveçrə şirkəti tərəfindən hazırlanacaq. Bu, yeni nəsil şəxsiyyət vəsiqəsi, daha doğrusu, kart olacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Türkiyə Naxçıvandakı hərbi hissələrə yardım göstərəcək

Kvemo Kartlidə ayrı-seçkilik

Ermənilər Gürcüstanda fitnə toxumu səpir

Kartla alış-veriş edənlərə vergi güzəştləri gəlir

Gədəbəydən kartof az olacaq

Bölmənin digər xəbərləri
 
"Koroğlu" stansiyasında açılış mərasimi
Açılışda prezident və xanımı iştirak ediblər

Bu il itkimizdə artım olub
97 nəfər həyatını itirib, 102 nəfər yaralanıb

Bakıda Naxçıvan aksiyası
Həbsdə olan Bağırzadənin işgəncələrə məruz qaldığı iddia edilir

QAT tələb edir: Fransanın Bakı səfirliyi bağlansın
Onlar fransız mallarını boykot etməyə çağırırlar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər