Hal-hazırda Ayna qəzetinin 31.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
QAT tələb edir: Fransanın Bakı səfirliyi bağlansın
Onlar fransız mallarını boykot etməyə çağırırlar
Şənbə, 31.12.2011

mətn ölçüsü  

Dünən Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü Fransanın Bakı səfirliyi qarşısında aksiya keçirib. "Turan"ın məlumatına görə, aksiya Fransa parlamentinin "erməni soyqırımı"nı inkar etməyə görə cəza qanunu qəbul etməsinə etiraz olaraq keçirilib. Aksiya iştirakçıları Fransa, Fransa-Ermənistan birliyi əleyhinə şüarlar söyləyiblər. Bundan əlavə, Fransa səfirliyi üzərindəki dövlət bayrağının endirilməsi, Fransa səfirliyinin Azərbaycandan çıxarılması, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrlərindən biri kimi geri çağırılması da tələblər sırasında yer alıb.

Səfirlik əməkdaşlarının pəncərələrdən aksiyanı seyr etməsinə iştirakçılar kəskin uğultularla reaksiya veriblər. Aksiya iştirakçıları bu qanuna etiraz olaraq Fransanın bayrağını yandırıblar. Aksiyanın qətnaməsi səfirliyə təqdim olunub. Qətnamədə "erməni soyqırımı"nı inkara görə cəza qanunu "antitürk və antimüsəlman ruhlu sənəd" adlandırılır. Fransa rəhbərliyi bu qanunu qəbul etməklə bütün islam dünyasını Fransaya düşmən etməkdə ittiham olunur.

Qətnamədə Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılması, Fransanın Azərbaycan səfirliyinin və Azərbaycanda çalışan Fransa şirkətlərinin fəaliyyətlərinin dayandırılması, Fransa istehsalı olan malların boykot edilməsinə çağırılır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Tehranda yeni kortəbii nümayişlər

Ölkənin radiasiya fonu normaldır

Müxalifət etiraz aksiyalarına hazırlaşır

"Euronews" yenidən Azərbaycanda

Bölmənin digər xəbərləri
 
"Koroğlu" stansiyasında açılış mərasimi
Açılışda prezident və xanımı iştirak ediblər

Bu il itkimizdə artım olub
97 nəfər həyatını itirib, 102 nəfər yaralanıb

Bakıda Naxçıvan aksiyası
Həbsdə olan Bağırzadənin işgəncələrə məruz qaldığı iddia edilir

Şəxsiyyət vəsiqəsi ilə Avropaya gedə biləcəyik
Parlament yeni şəxsiyyət vəsiqəsini müzakirəyə çıxardı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər