Hal-hazırda Ayna qəzetinin 31.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Koroğlu" stansiyasında açılış mərasimi
"Koroğlu" stansiyasında açılış mərasimi
Açılışda prezident və xanımı iştirak ediblər
Şənbə, 31.12.2011

mətn ölçüsü  

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Metropoliteninin yenidən qurulmuş "Koroğlu" (keçmiş "Məşədi Əzizbəyov") stansiyasının, yeraltı piyada keçidinin açılışında iştirak etmiş, yeni salınmış park və burada yaradılmış musiqili od fəvvarə kompleksi ilə tanış olublar. Prezident stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.

Piramida formasında inşa edilmiş yeni yerüstü binada müasir işıqlandırma sistemi quraşdırılıb. Prezident və xanımı xalq qəhrəmanı Koroğlunun burada ucaldılacaq abidəsinin eskiz layihələrinə baxıblar. Dövlət başçısı və xanımı platformada yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, əvvəlki "inqilabi" qırmızı mərmərlə müqayisədə stansiyanın yeni mərmər üzlüyü daha xoş ovqat yaradır.

Daha sonra prezident və xanımı Heydər Əliyev prospekti və Ziya Bünyadov prospektinin kəsişməsində inşa edilmiş yeraltı piyada keçidi ilə tanış olublar. Dövlət başçısı və xanımı keçidin texniki göstəricilərini əks etdirən stendlərə baxıblar. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, burada uzunluğu 140 və 65 metr olmaqla iki tunel istifadəyə verilib. Hər iki tunelin eni 6 metrdir. Tunellərdə müşahidə kameraları və metro stansiyasına girişi göstərən elektron istiqamətləndirici lövhələr quraşdırılıb.

Dövlət başçısı və xanımı daha sonra Bakının Nizami rayonunda salınmış parkın ərazisi və burada quraşdırılmış musiqili od fəvvarə kompleksi ilə tanış olublar. Paytaxt İH başçısı Hacıbala Abutalıbov məlumat verib ki, parkın ərazisində 12 min kvadratmetr sahədə yaşıllıq salınıb, Hollandiya və İtaliyadan gətirilmiş gül və bəzək kolları əkilib. Burada müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb. Parkın ərazisində inşa olunmuş musiqili od fəvvarə kompleksinin struktur hissəsinin konstruksiyası 60 kilometr/saniyə gücündə küləyə və 9 ballıq zəlzələyə davamlıdır.

Alov simvolu cilalanmış paslanmayan metaldan və kristaldan ibarətdir. Kompleksin tikintisində ABŞ, İngiltərə və İtaliya şirkətləri iştirak etmişlər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müxalifət etiraz aksiyalarına hazırlaşır

Oktyabrın 25-də qış vaxtı başlayır

Bakı metrosunda qadın qatarın yoluna yıxılıb

Metroda aeroport qaydaları

Daha bir metro stansiyası açıldı

Bölmənin digər xəbərləri
 
Bu il itkimizdə artım olub
97 nəfər həyatını itirib, 102 nəfər yaralanıb

Bakıda Naxçıvan aksiyası
Həbsdə olan Bağırzadənin işgəncələrə məruz qaldığı iddia edilir

QAT tələb edir: Fransanın Bakı səfirliyi bağlansın
Onlar fransız mallarını boykot etməyə çağırırlar

Şəxsiyyət vəsiqəsi ilə Avropaya gedə biləcəyik
Parlament yeni şəxsiyyət vəsiqəsini müzakirəyə çıxardı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər