Hal-hazırda Ayna qəzetinin 31.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ziyalılar sərt danışırlar
Ziyalılar sərt danışırlar
Mətbuat konfransında kəskin tənqidi fikirlər səsləndirilib
Şənbə, 31.12.2011

İ.Telmanoğlu mətn ölçüsü  

Ziyalılar Forumu srağagün "Hyatt Recensy" otelində onlara forumun keçirməsinə imkan verilmədiyini hökumətin alternativ fikrə qarşı primitiv üsulla mübarizə aparması kimi qiymətləndiriblər ("Turan"). Bu barədə dünən Ziyalılar Forumu Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsi ofisində mətbuat konfransında bildirilib.

"Ziyalılar Forumuna tədbir keçirməyə imkan verilməməsi uşaq ərköyünlüyüdür. Biz siyasi partiya deyilik. Ziyalılar ölkədə və beynəlxalq aləmdə Azərbaycana mənfi imic gətirən məsələlərə münasibət bildirir. Dünənki tədbirimizdə isə gənclərin problemlərindən danışacaqdıq. Bizim xoşməramlı tədbirimizə qeyri-sivil yanaşma təəccüb doğurur. Elə dairələr var ki, qulaqlarını tənqidə qapamaq istəyir", - deyə forumun üzvü, professor Cəmil Həsənli qeyd edib.

Srağagün "Hyatt Recensy" otelində Ziyalılar Forumunun tədbirinin keçirilməsinə icazə verilməyib. Otelin rəhbərliyi bunun zaldakı texniki problemlərlə bağlı olduğunu bəyan edib. "Bu gün (dünən-red.) otelin rəhbərliyinə bildirmişik ki, Ziyalılar Forumu tədbirini zalda texniki problem aradan qaldırılandan sonra keçirməyə və ya başqa zalda keçirməyə hazırdır. Çünki otel tədbirin təxirə salınmasının siyasi səbəblərlə bağlı olmadığı barədə məlumat yayıb. Biz otel rəhbərliyindən cavab gözləyirik", - deyə forum üzvü Eldar Namazov bildirib.

Ziyalılar eyni zamanda, cəmiyyəti narahat edən Dağlıq Qarabağ problemi, Minsk Qrupunun fəaliyyəti, danışıqlar prosesinin qapalı saxlanması, beynəlxalq rüşvət qalmaqallarında Azərbaycanın adının çəkilməsi, korrupsiyanın geniş vüsət alması, insan hüquqları sahəsində ağır vəziyyət, idxalda monopoliya və başqa problemlərə də toxunmaq istədiklərini bildirirlər.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına ciddi tənqidlər səsləndirilib. "Demokratiyanın magistral yolu azad seçkilərdən keçir. İran şahı Məhəmməd Rza Pəhləvi belə utana-utana deyirdi ki, 3-4 nəfəri parlamentdə görmək istəyir. Amma Azərbaycanda Ramiz Mehdiyevin siyahısından kənarda bir nəfər belə parlamentə keçməyib",- deyə Cəmil Həsənli vurğulayıb.

Onun fikrini digər ziyalılar da müdafiə edib. "Nə qədər ki, eyni insanlar uzun müddət vəzifədədir, nə qədər ki, Ramiz Mehdiyev administrasiyanın rəhbəridir, islahatlar mümkün olmayacaq.

REKLAM

Onun rəhbərlik etdiyi aparat islahatların əleyhinə işləyir", - deyə Rüstəm İbrahimbəyov qeyd edib.

Ziyalılar ölkədə vəziyyətin gərgin olduğunu deyirlər. Onlar iddia edirlər ki, bütün statistika yalanlardan ibarətdir. Rüstəm İbrahimbəyov deyib ki, 5-6 adam dövləti öz maraqlarına işlədir. "Müstəqillikdən 20 il keçməsinə baxmayaraq, bu insanlar dəyişməyib. Azərbaycan məktəbləri rüşvət alanlar istehsal edir. Uşaq 3-4 yaşından rüşvətin nə olduğunu dərk edir. Məktəb illərindən başlayaraq rüşvətverənə çevrilir. Sonra rüşvəti həyat tərzinə çevirir və nəhayətdə özü rüşvətalan olur. Bu dəyişməlidir. Dəyişiklik üçün isə cəmiyyət qorxudan xilas olmalıdır, tənqid və ictimai nəzarət gücləndirilməlidir. Bunun üçün isə ilk öncə ziyalılar sözünü deməlidir", - deyə o qeyd edib.

Akademik Rafiq Əliyev isə xatırladır ki, birqütblü sistem ölümə məhkumdur:

"Birqütblü sistem dayanıqlı ola bilməz. Biz istəyirik ki, insanlar eşidilsin. İqtidar isə hər şeyi ya qaranlıqda görmək istəyir, ya da qaranlıq imitasiyası yaradır. Amma zorla qaranlıq yaratmaq mümkün deyil. Artıq ata-oğul nəsli deyil. Dünya dəyişib. İndi internetlə böyüyən, sosial şəbəkələrdə tərbiyə alan nəsil formalaşıb".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ən yaxın zamanlarda dialoq üçün addım atılacaq

Ziyalılar Forumu yenə toplaşmağa hazırlaşır

İran hakimiyyətinin legitimlik problemi

Təbrizdə "12-lər"in məhkəməsi başlayıb

17 ziyalı məhbəsdə

Bölmənin digər xəbərləri
 
Parlament rəsmən Fransa Senatına müraciət etdi:
"Biz sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırıq"

Cənubi Qafqaz Rusiya, Türkiyə və Antanta arasında (1920-1921)
Musa QASIMLI, millət vəkili, professor



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər