Hal-hazırda Ayna qəzetinin 31.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
NMR Prokurorluğundan açıqlama: Bağırzadə saxtakardır
NMR Prokurorluğundan açıqlama: Bağırzadə saxtakardır
Həm özünə, həm də 4 qohumuna saxta \"Çernobıl əlili\" vəsiqəsi düzəldib...
Şənbə, 31.12.2011

mətn ölçüsü  

NMR Prokurorluğu Babək rayonu Nehrəm kənd sakini, AXCP üzvü Zeynalabdin Bağırzadənin NMR ƏN Penitensiar Xidmətinin İstintaq Təcridxanasında təzyiqə məruz qalması, bununla əlaqədar səhhətinin ağırlaşması barədə yayılan məlumatlarla bağlı rəsmi açıqlama yayıb.

NMR Prokurorluğundan APA-ya daxil olan açıqlamada deyilir: "Son günlər bəzi kütləvi informasiya vasitələrində Babək rayonunun Nehrəm kənd sakini Bağırzadə Zeynalabdin Bağır oğlunun Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında təzyiqə məruz qalması, bununla əlaqədar səhhətinin ağırlaşması barədə qərəzli və həqiqətəuyğun olmayan məlumatlar yayılıb, ictimaiyyətdə onun barəsində qanuni olaraq aparılmış istintaq hərəkətlərinin guya siyasi xarakterli olması barədə şayiələrin yayılmasına cəhd göstərilib.

Bağırzadə Zeynalabdin Bağır oğluna dekabrın 26-da CM 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2-ci (dələduzluq) maddələri ilə ittiham elan olunub, Naxçıvan MR Prokurorluğunun vəsatəti ilə həmin tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda Zeynalabdin Bağırzadə Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılır.

İstintaqla müəyyən edilib ki, Bağırzadə Zeynalabdin Bağır oğlu saxta sənədlərdən istifadə edərək "Çernobıl əlili" statusu əldə edib. Belə ki, o, 1993-cü ildə özünə məxsus olan HZ ü 4028514 saylı hərbi biletini Babək rayon Hərbi Komissarlığının qeydiyyat bölməsinin əməkdaşına verərək özünü vəzifəli şəxs kimi təqdim edib və Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində iştirak etməsi barədə həmin hərbi biletdə qeydlərin aparılmasını xahiş edib. Həmin dövrdə Babək rayon Hərbi Komissarlığında təlimatçı vəzifəsində işləmiş yaxın tanışı hərbi bileti ondan alıb və həmin hərbi biletin müvafiq vərəqələrində lazım olan qeydləri etmək məqsədilə Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə gizir işləyən tanışına verib, o da öz növbəsində, Zeynalabdin Bağırzadəyə məxsus hərbi biletin 13-cü və 24-cü səhifələrində rus dilində "Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib" qeydlərini aparıb, hərbi biletdə hərbi hissə komandirinin adını şərti olaraq özündən uydurmaqla "Kurkin" yazıb, onun adının qarşısındakı imzanı özü çəkib, saxta möhür isə onun xahişi ilə N saylı hərbi hissədə xidmət etmiş tanışı tərəfindən vurulub.

Möhür saxtalaşdırılarkən hərbi hissənin nömrəsi olan hissəyə kağız parçası qoyaraq sonradan möhürün həmin hissəsinə özündə olan mətbəə şriftləri ilə 33703 rəqəmlərini vurub, bununla da guya Zeynalabdin Bağırzadənin 33703 saylı hərbi hissədə toplantıda olduğunu göstərib.

İstintaq tərəfindən Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi hissələrin siyahısı müəyyənləşdirilib, lakin 33703 saylı hərbi hissənin orada olmadığı məlum olub. İstintaqla müəyyən edilib ki, Bağırzadə Zeynalabdin Bağır oğlu saxta sənədlərdən istifadə etməklə 1993-cü ildən etibarən 18 min 679 manat təqaüd və müavinət alıb, yaxın qohumlarından 4 nəfərinə də həmin vasitə ilə saxta "Çernobıl əlili" vəsiqəsi düzəldib.

İş üzrə istintaq davam etdirilir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Naxçıvanın ermənilərə verilməsini Türkiyə əngəlləyib"

Tələbə azad sahibkarlıq işində

Sədərək kəndi mütəmadi atəş altında

Naxçıvandakı vəziyyətdən narahatlıq

Sürpriz səfər və ya arzuolunmaz qonaqlar

Bölmənin digər xəbərləri
 
Uşaq alverçilərinə hökm oxundu
Məhkəmə 3 yaşlı uşağı 10 min manata satmaq istəyənləri cəzalandırdı

15 bələdiyyə barədə cinayət işi başlanıb
Onların sayı arta bilər

Gizli eşqini bıçaqla "ört-basdır" edib
Qorxub ki, gedib arvadına deyər...

Azyaşlı qızla evlilik və qısqanclıq dramı
Sonunda 7 il 6 ay iş

Narkotik alveri edən 74 yaşlı qarı...
Özü də malı İrandan alt paltarında gətirib

Göyçay vendettası
Kurskdan qaçan qatil burada bıçaqdan qurtula bilməyib

İki nəfərin ölümünə bais oldu
Məhkəmə isə ona 6 il cəza təyin etdi

Biləsuvar sakini polis şöbəsində özünü yandırmağa cəhd etdi
İntihara polis əməkdaşları imkan verməyib

Dünya Bankının Bakı ofisinə saxta sənədlər təqdim edib
Zavod tikmək istəyirmiş

Məsciddə nəzir qutusundan oğurluq cəhdi


Ölümlə nəticələnən kütləvi davada iştirak edənlərin adları açıqlanıb


Nikah yaşına çatmadan ailə quran qız özünü asıb


Əlcəzair vətəndaşının maşını oğurlanıb


Mənzildən oğurluq edən qadın yaxalanıb


Oğurluqla məşğul olan dəstə üzvləri tutulub


Arvadını öldürən ər yaxalanıb




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər