Hal-hazırda Ayna qəzetinin 31.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Uşaq alverçilərinə hökm oxundu
Uşaq alverçilərinə hökm oxundu
Məhkəmə 3 yaşlı uşağı 10 min manata satmaq istəyənləri cəzalandırdı
Şənbə, 31.12.2011

Hacı Zeynalov mətn ölçüsü  

Üç yaşlı oğlunu 10 min manata satmaqda təqsirləndirilən Zöhrə İsgəndərova və onun tanışı Murad Quliyevin cinayət işi üzrə məhkəmə başa çatdı. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Səmədov ittiham aktını elan etdi: "Şəmkir rayon sakini Zöhrə İsgəndərova 2008-ci ilin yanvarında doğulmuş oğlu Elcanı satmaq məqsədilə tanışı, Qazax rayon sakini Murad Quliyevlə əlbir olaraq cinayət əlaqəsinə girib. Onlar uşağın satılması üçün 10 min manata razılığa gəliblər. Murad Quliyev uşağın satılması üçün tanışı Elşən Abdullayevə müraciət edib. Elşən Abdullayev də bu şəxslərin uşaq satmaları planı barədə DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət edib. Onun müraciəti əsasında əməliyyat planı qurulub və Zöhrə İsgəndərova şərti alıcı Səid Seyidova 3 yaşlı övladını 10 min manata satmaq istərkən həbs edilib. İstintaq zamanı onun Murad Quliyevlə əlbir olduğu müəyyənləşib və o da həbs olunub".

Məhkəmədə Z.İsgəndərova özünü qismən təqsirli bildi. Dedi ki, övladını satmaq niyyəti olmayıb. Azyaşlı oğlunu övladlığa vermək istədiyini deyən qadın dedi ki, Qazax rayonun 2-ci Şıxlı kəndinin sakini Elçin İsgəndərovla qeyri-rəsmi ər-arvad olublar: "2 il Elçinlə yaşasam da, onunla müsbət ailə qura bilmədim və ayrılaraq Şəmkirdə olan atam evinə gəldim. Mən azyaşlı övladımla atam və qardaşımla qalırdım. Onlar da məni yola vermirdilər. Anam isə atamdan 10 il əvvəl ayrılıb və Bakıda yaşayırdı. Qardaşım və atam məni evdən qovdular. Mən də məcbur olub anamın yanına gəldim".

İsgəndərovanın sözlərinə görə, xadimə işləyən anası qazandığı pulla özünü güclə dolandırırmış: "Biz də iki nəfər olduğumuz üçün maliyyə vəziyyətimiz daha da ağırlaşdı. Buna görə də mən də iş tapıb, işləməyə məcbur idim.

REKLAM

Amma azyaşlı uşaq olduğu üçün işləməyim mümkün olmurdu. Uşağı bağçaya qoyaraq işləmək qərarına gəldim. Lakin hansı bağçaya müraciət etsəm də, uşağı götürmədilər. Onlar məndən doğum haqqında şəhadətnamə, sağlamlıq haqqında arayış tələb etdilər. Mənimsə həmin sənədləri toplamağa imkanım yox idi".

Təqsirləndirilən şəxs qeyd etdi ki, bu səbəbdən azyaşlı oğlunu övladlığa vermək qərarına gəlib və kömək üçün Murad Quliyevə müraciət edib: "Murad dedi ki, Elşən Abdullayev adında tanışı var, onun əmisi oğlu imkanlıdır, övladlığa uşaq götürmək istəyir. Biz də onunla danışdıq, razılaşdıq. Səid adlı şəxs uşağı övladlığa götürmək istəyirdi. Həmin vaxt Elşən mənə 10 min manat pul verdi. Mən götürmək istəmədim, dedim ki, övladımı pula satmıram. Elşən pulu məcbur çantama atdı və dedi ki, bu pulla özünə torpaq al, həyatını qur. Onlardan aralanan kimi özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər məni tutdular. Burada mənim günahım yoxdur. Elşən də, uşağı almaq istəyən ailə üzvləri də polis əməkdaşları olub, məni həbs ediblər. Mən uşağımı satmamışam. Uşağımı onlara verəndə gözüm arxada qaldı. Oğlum da mənə "ana, məni apar, burada qoyma" dedi. 10 metr aralanmışdım ki, geri qayıdıb, uşağı almaq istədim. Buna imkan vermədilər, məni tutdular".

Məhkəmədə çıxış edən uşaq evinin müdiri Nərminə Zöhrabova bildirdi ki, təqsirləndirilən şəxs uşağının saxlanılması üçün onların idarəsinə müraciət etməyib. TN-də azyaşlı uşaqların müdafiə komitəsinin yaradıldığını deyən N.Zöhrabovanın sözlərinə görə, uşaqların uşaq evinə verilməsi, eyni zamanda övladlığa götürülməsi ilə həmin komitə məşğul olur: "Uşağın uşaq evinə verilməsi üçün müvafiq qurumlardan sənədlər toplanlmalıdır. Uşaq evinə övladlarının verilməsi ilə məşğul olan valideynlər yaşadıqları ərazi üzrə icra hakimiyyətinə müraciət etməlidirlər".

Təqsirləndirilən qadın ərazi üzrə icra hakimiyyətinə müraciət etmədiyini bildirdi və bunu savadsızlığı ilə izah etdi. Hakim qeyd etdi ki, Z.İsgəndərovanın Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidovun adına ünvanladığı izahatda, həmçinin cinayət işi üzrə şübhəli şəxs qismində və sonradan təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadə arasında kəskin ziddiyyətlər var. Bu əsas gətirilərək qadının izahatı və istintaqa verdiyi ifadələri elan edildi. Qadın həmin ifadələrində qeyd edib ki, övladını imkansızlııqdan satıb. Həmin şəxslərlə də əvvəlcədən 10 min manata razılaşıblar. Qadın istintaqa verdiyi ifadəsində, həmçinin övladını alan olmadığı halda küçəyə atacağını qeyd edib.

İsgəndərova həmin ifadələrini təsdiq etməyərək bildirdi ki, müstəntiq tərəfindən məcburi qaydada həmin ifadələri imzalayıb. Onun sözlərinə görə, müstəntiqin yazdığına etiraz etsə də, onun etirazına baxan olmayıb: "Müstəntiq nə deyibsə, yazmışam. Müstəntiq deyirdi ki, hər şey yaxşı olacaq".

Daha sonra məhkəmədə ifadə verən Murad Quliyev özünü təqsirli bilmədi. O bildirdi ki, uşağın bağçaya verilməsi üçün Z.İsgəndərova və onun anası Həqiqətlə bərabər Təhsil Nazirliyində olublar: "Nazirlikdə bizi Münəvvər adlı qadın qəbul etdi. Qadının göstərişi ilə bir neçə bağçaya getsək də, uşağı qəbul edən olmadı. Zöhrə İsgəndərova övladını satmaq yox, övladlığa vermək istəyirdi".

Bütün tərəfləri dinləyən hakim heyəti sonda hökm elan etdi. Məhkəmənin hökmü ilə Z. İsgəndərova 4 il, M. Quliyev isə 9 il müddətinə azadlıqdan məhrum edildi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
15 bələdiyyə barədə cinayət işi başlanıb
Onların sayı arta bilər

Gizli eşqini bıçaqla "ört-basdır" edib
Qorxub ki, gedib arvadına deyər...

Azyaşlı qızla evlilik və qısqanclıq dramı
Sonunda 7 il 6 ay iş

Narkotik alveri edən 74 yaşlı qarı...
Özü də malı İrandan alt paltarında gətirib

Göyçay vendettası
Kurskdan qaçan qatil burada bıçaqdan qurtula bilməyib

İki nəfərin ölümünə bais oldu
Məhkəmə isə ona 6 il cəza təyin etdi

Biləsuvar sakini polis şöbəsində özünü yandırmağa cəhd etdi
İntihara polis əməkdaşları imkan verməyib

NMR Prokurorluğundan açıqlama: Bağırzadə saxtakardır
Həm özünə, həm də 4 qohumuna saxta "Çernobıl əlili" vəsiqəsi düzəldib...

Dünya Bankının Bakı ofisinə saxta sənədlər təqdim edib
Zavod tikmək istəyirmiş

Məsciddə nəzir qutusundan oğurluq cəhdi


Ölümlə nəticələnən kütləvi davada iştirak edənlərin adları açıqlanıb


Nikah yaşına çatmadan ailə quran qız özünü asıb


Əlcəzair vətəndaşının maşını oğurlanıb


Mənzildən oğurluq edən qadın yaxalanıb


Oğurluqla məşğul olan dəstə üzvləri tutulub


Arvadını öldürən ər yaxalanıb




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər