Hal-hazırda Ayna qəzetinin 31.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
İşsizlərin sayı 38,7 min nəfərə düşüb
Rəsmi rəqəmlər belə deyir
Şənbə, 31.12.2011

mətn ölçüsü  

Bu il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 599,2 min nəfər olub, onlardan 4 346,8 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2011-ci ilin yanvar-oktyabr aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 366,9 min nəfər, orta siyahı sayı isə 1 359,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 852,3 min nəfər, qeyri-dövlət bölməsində isə 507,3 min nəfər təşkil etmiş, iqtisadiyyatın neft sektorunda 36,5 min nəfər, qeyri-neft sektorunda isə 1 323,1 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 319,9 min nəfər təşkil edib.

"Cari ilin dekabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38,7 min nəfər olub, onların 43%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 3 nəfəri düşüb. İşsizliyə görə müavinətin orta məbləği isə 184,7 manat olub", - deyə Komitədən bildirilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə ölkədəki rəsmi işsiz olanların sayı 1%, cari il noyabrın 1-nə olan göstəricisinə nisbətən isə 2% azalıb.

Qeyd edək ki, ötən il dekabrın 1-nə ölkədə rəsmi işsizlərin sayı 39 min, cari il noyabrın 1-nə isə 39,4 min nəfər olub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanda 24 min narkoman qeydiyyata alınıb

Bu ilin I rübündə illik inflyasiya 9,1% təşkil edib

Ərzaq məhsulları ucuzlaşıb

Statistika gerçəkliyi əks etdirmir

Yoxsulluq səviyyəsində Britaniyanı, işsizlik səviyyəsində ABŞ-ı geridə qoyduq

Bölmənin digər xəbərləri
 
İqtisadi yekunlar: qazancımız və itirdiklərimiz
Ötən ilə 7 "iqtisadi baxış"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər