Hal-hazırda Ayna qəzetinin 31.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
İqtisadi yekunlar: qazancımız və itirdiklərimiz
İqtisadi yekunlar: qazancımız və itirdiklərimiz
Ötən ilə 7 \"iqtisadi baxış\"
Şənbə, 31.12.2011

A.Akif mətn ölçüsü  

İqtisadi baxımdan 2011-i birmənalı müsbət və ya mənfi il kimi xarakterizə etmək çətindir. Bu il itirilmiş imkanlar, eyni zamanda uğurlar ili olub. İqtisadçı ekspert Xalid Mikayılov ilə baxışlarını bizimlə bölüşərkən 7 uğurdan və 7 itirilmiş imkandan danışdı.

7 uğur

1. Azərbaycan iqtisadiyyatı qlobal böhranın yeni mərhələsinin təsirlərinə məruz qalmadı, ya da bu təsir minimum oldu. Makroiqtisadi sabitlik qorunub, manatın məzənnəsi möhkəmlənib, maliyyə sektorunda sabitlik təmin olunub. Bank sistemində artım baş verib. Bank filiallarının və şöbələrinin sayı çoxalıb. Banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşlarının həcmi (ilin 9 ayının nəticələrinə görə) 5,1% artıb. Bu uğurlar iqtisadiyyatın neft üzərində qurulması ilə bağlı olub.

2. Qeyri-neft sektorunun ÜDM-də payının yüksək artımı ilin ən uğurlu iqtisadi hadisəsi hesab edilə bilər. Rəsmi rəqəmlərə əsasən, burada artım sürəti 9,5% təşkil edib. İlin 11 ayı ərzində ümumilikdə 45,5 milyard manatlıq ÜDM istehsal olunub ki, bunun da təqribən 21,5 milyard manatı və ya 47%-i qeyri-neft ÜDM-in payına düşüb.

3. Dövlət büdcəsi stabil icra edilib. İlin ortalarında büdcəyə dəyişiklik nəticəsində dövlət büdcəsinin gəlirləri 29% artırılaraq 15,55 milyard manata, xərcləri isə 25% artırılaraq 15,94 milyard manata çatdırıldı. Nəticədə büdcədə nəzərdə tutulmuş bir barel neftin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 80 ABŞ dollarına kimi yüksəldildi.

REKLAM

Dəyişikliklər dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının, eləcə də minimum əməkhaqqı və pensiyaların artımına rəvac verdi.

4.Dünya Bankının Doing-Business-2012 hesabatına əsasən, Azərbaycan 3 pillə irəliləyərək 183 ölkə arasında 66-cı yeri tutdu. Hesabatda Azərbaycanın ən çox uğur qazandığı bölmə biznesə başlamaqla bağlı bölmə oldu. Ölkə bu bölmə üzrə 18-ci yeri tutdu.

5. Ölkənin strateji valyuta ehtiyatlarında artım müşahidə edildi. Rəsmi rəqəmlərə əsasən, noyabrın 1-nə strateji valyuta ehtiyatları 41,5 milyard ABŞ dollarına çatıb. Bunun təqribən 7 milyard ABŞ dolları və ya 17%-ni Mərkəzi Bankın valyuta ehtiyatları təşkil edir. Mərkəzi Bankın valyuta ehtiyatları təqribən 10% artıb. Bu artım ölkənin iqtisadi imici baxımından çox önəmlidir. Bu, ölkəyə investisiya axını baxımından da olduqca vacibdir. Çünki investorlar sabit iqtisadiyyatlı ölkələrə kapital qoymağa meyilli olurlar.

6. Bu il minimum əməkhaqqının həcmi 10% artırılaraq 93,5 manata çatdırıldı. Gələn il üçün yaşayış minimumu ölkə üzrə 13 manat və ya 13,6% artırılaraq 108 manat oldu.

7. Bu il pensiya sahəsində mövcud ədalətsizliyin aradan qaldırılması yönündə addımlar ili kimi yadda qaldı. 2006-cı ilə kimi pensiyaya çıxmış 900 minə yaxın pensiyaçının hüquqları bərpa olundu. Yeni qaydalara əsasən isə, hər bir pensiyaçıya fərdi yanaşma tətbiq edildi. Nəticədə pensiyaları orta hesabla 40%-ə kimi artdı və ölkə üzrə vahid pensiya sistemi yaradıldı.

7 itirilmiş imkan

1. ÜDM-in faiz artımı kəskin azalıb. Bu il həm də ÜDM-in artım tepmlərinin zəifləməsi ilə səciyyəvi oldu. Rəsmi rəqəmlərə əsasən, 11 ayda cəmi 0,2%-lik ÜDM artımı qeydə alınıb. Bu da son illərin ən aşağı göstəricisidir.

Qeyri-neft sektorunda sürətli artıma nail olmaq və ÜDM-in strukturunda böyük payı olan neft sektorundan qeyri-neft sektorunun üstünlük təşkil etdiyi ÜDM artımına transformasiya etmək üçün ilk növbədə ölkədə biznes mühiti yaxşılaşdırılmalı, kiçik və orta sahibkarlığın inkişafı üçün şərait təmin edilməlidir.

2. Sənayedə azalma tendensiyası güclənib. DSK rəqəmlərinə görə, sənayedə 5% azalma qeydə alınıb. Sənayenin 78%-i mədənçıxarma, 17%-i emal sənayesi, 4,4%-i elektik enerjisi, qaz və buxar istehsalı, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalının payına düşmüşdür. Rəqəmlərdən göründüyü kimi, sənayenin strukturunda ən böyük pay mədənçıxarma sənayesinə məxsusdur. Ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, sənayenin strukuturunun da diversifikasiya olunmasına ciddi ehtiyac var.

3.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
İşsizlərin sayı 38,7 min nəfərə düşüb
Rəsmi rəqəmlər belə deyir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər