Hal-hazırda Ayna qəzetinin 31.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Berti Foqts 65-i haqladı
Berti Foqts 65-i haqladı
Milli komandanın baş məşqçisi Berti Foqts dünən Dubayda doğum gününü qeyd edib
Şənbə, 31.12.2011

İ.Rəfiyev mətn ölçüsü  

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts dünən doğum gününü qeyd edib. O, ad gününü dünyanın ən gözəl şəhərlərindən olan Dubayda keçirməyi üstün tutub - alman mütəxəssisin 65 yaşı tamam olub. Dubayda istirahətdə olan Foqts Azərbaycandakı dostlarını da yubileyinə dəvət edib.

Əsl adı Hans-Hubert Vogts olan Berti Foqts 1946-cı ildə Almaniyanın Düsseldorf əyalətinin Büttgen şəhərində doğulub. O, futbol karyerasına 1959-cu ildə, 13 yaşında olarkən, Büttgen şəhərinin eyniadlı uşaq futbol komandasında başlayıb.

Foqts peşəkar futbolçu karyerasında cəmi bir futbol klubunun şərəfini qorumasına baxmayaraq, böyük uğurlar əldə edib. 1965-ci ildə Münhenqladbax şəhərinin "Borussia" klubunda sağ müdafiəçi mövqeyində oynamağa başlayan Foqst, klubun tərkibində 5 dəfə Almaniya çempionu, bir dəfə Almaniya kubokunun və iki dəfə UEFA kubokunun sahibi olub.

Nümayiş etdirdiyi gözəl oyun sayəsində "Teryer" ləqəbini alan Foqts 1979-cu ildə, 33 yaşında olarkən peşəkar futbolçu karyerasını bitirib. Karyerası boyunca cəmi 419 oyun keçirən Foqst, bu oyunlarda 32 qol vurub. Avrokuboklarda bu göstərici 64 oyunda 8 qoldur.

Berti Foqst Almaniya Federativ Respublikasının gənclər yığmasının tərkibində 9, 23 yaşa qədər olan milli komandada 3 və ölkənin əsas yığmasının tərkibində 96 oyun keçirib. Foqts alman futbolunun tarixinə milli komandanın tərkibində ən çox oyun keçirmiş futbolçulardan biri kimi daxil olub. O, 20 oyunda meydançaya "komandanın kapitanı" sarğısı ilə çıxıb. Almaniya milli komandasının 1974-cü ildə dünya çempionu adını qazanması onun karyerasının ən uca zirvəsi sayılır.

Məşqçi karyerasına 1979-cu ildə Almaniyanın milli gənclər komandasında başlayan Foqst, 1986-cı ildən etibarən əsas millidə baş məşqçinin köməkçisi, 1990-cı ildən etibarən isə Almaniya milli komandasının baş məşqçisi olub. Onun başçılığı altında Almaniya millisi 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının qalibi adını qazanıb. Lakin 1998-ci ildə dünya çempionatının 1/4 finalında Xorvatiya millisinə böyük hesabla uduzduqdan sonra Foqst yığmanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.

Daha sonra Foqst Leverkuzenin "Bayer" klubunun, Küveyt, Şotlandiya, Nigeriya milli yığma komandalarının baş məşqçisi olub. Foqst 2008-ci ilin mart ayından Azərbaycan milli komandasının baş məşqçisidir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Foqtsun 2010-da ilk sınağı

Başlayırıq Almaniyayla, qurtarırıq Türkiyəylə

Növbəti rəqib - Honduras millisi

Yığma Avstriyada 5 ulduzlu oteldə qalacaq

Foqts siyahını açıqladı

Bölmənin digər xəbərləri
 
"Rabitə" ili daha bir titulla başa vurdu
Azərbaycan çempionu "Top Volley İnternational"ın qalibi oldu

Gedən kim, qalan kim...
Klublar heyətlərində "təmizləmə əməliyyatına" başladılar

Araz Abdullayev "Panionios"da debüt etdi


"Barselona" dünyanın ən yaxşı idman komandasıdır


Tyerri Anri yenidən "Arsenal"da


Azərbaycan yığması İranla qarşılaşa bilər




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər