Hal-hazırda Ayna qəzetinin 31.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
"Yaşasın Azərbaycan!" hayqırmaq suç
Cəzası - şallaq və əlbəttə - həbs
Şənbə, 31.12.2011

S.Soltan mətn ölçüsü  

İran adlanan coğrafiyadan bol-bol gələn acı xəbərlərə görə, Azərbaycan türkünün tapdanan milli varlığı uğrunda haqq səsini ucaldan 25 soydaşımız azadlıqdan məhrum edilib, şallaqla cəzalandırılıb...

İran İnqilab Məhkəməsinin Təbriz bölməsi 25 azərbaycanlını 1945-ci ildə Pişəvərinin başçılığı ilə Güney Azərbaycanda qurulmuş muxtar Azərbaycan Milli Hökumətinin 66-cı ildönümü ilə bağlı keçirilən mərasimlərə qatıldığına görə cəzalandırıb. Məhkəmənin hökmü ilə Məsud Cəlilzadə, Möhsün Gülüstani, Səid İbrahimzadə, Məhəmməd Əhmədi və Pərviz Səidian bir il müddətinə azadlıqdan məhrum edilib, hər biri 70 şallaq zərbəsi ilə cəzalandırılıb. Kəyumərs Qurbani-Niknam, Şəhriyar Kəbiri-İsgəndəri, Behnam Fəthi, Orman Zahidə Təbrizi, Əli Şahid, Hamid Əndaz, Nəcəf Xəndani, Siyamək Kəndrudi, Kavə Rəstəmpur və Mehdi Məhəmmədpur 6 ay həbsə və 40 şallaq zərbəsinə məhkum olunub.

Bəhram Xudayari, Tacı Movlayi, Hamid Şahbazi, Vəhid Qulampur Gülzari, Əli Məhəmmədi Acbulaq, Adil Danapur, Əmir Buzəri, Bəhram Fəravani, Əlirza Nəqşi və Allahverdi Qurbani isə 91 gün müddətinə azadlıqdan məhrumetmə və 30 şallaq zərbəsi ilə cəzalandırılıb.

Urmiya gölünün qurumasına etiraz etdikləri üçün həbs olunmuş 37 azərbaycanlı da azadlıqdan məhrumetmə və şallaq cəzalarına məhkum edilib. "Media forum" saytının məlumatına görə, İran məhkəməsinin Təbriz şöbəsi onları "ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və ictimai asayişi pozmaqda" təqsirləndirərək, bu gənclərin hər birini 6 ay azadlıqdan məhrum edib, 30 şallaqla cəzalandırıb. Həbs və şallaq zərbəsinə məhkum olunmuşlar bunlardır:

Behcət Fəramərzi, Cəfər Purbayeqi, Mehrdad Acapur, Nasir Əbdi, Məhyar Qurbani, Peyman Atəş Binab, Məsud Peydai, Sabir Əhmədi, Məhəmməd İsmaili, Əlirza Hüseynzadə, Nurəddin Zarepur, Nadir Ameri Sehrəqi, Əbülfəzl Bəxşpur, Ramin Qolipur, Hamid Niknam Purəlilu, Əli Əsgər Muxtarpur, Əli Cəbrayılzadə, Cavad Eyvəzi, Əli Rafe Əyyubi, Məhəmməd Əsədi, Rza Şiri, Hüseyn Müqtədir Ehsani, Məhəmməd Çinari, Muctaba Səbbac Atefi, Vəhid Bərzihəri, Seyid Murtuza Musəvi, Rza Bordbar Camalabadi, Fərruz Tacılu, Tövhid Aslani, Saman Cahanpur, Həmid Qasımi, Səttar Əhmədifər, Möhsün Əlişahi, Pedram Əsgəri Dəvadhər, Hamid Daneşpur Zənadabadi, Əlirza Əzhəri, Kəyumərs Qurbani.

Başqa bir xəbərə əsasən, Təbriz Universitetinin tələbəsi Mehrdad Kərəmi də tutulub. O, Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını istəyənlərdəndir. ETTELAAT Təbriz şöbəsinin əməkdaşları zəncanlı fəal Mehrdad Kərəmini Təbriz Universitetində tutub zorla maşına mindirdikdən sonra bilinməz istiqamətə aparıblar. Ona qarşı irəli sürülən "ittiham" hələ də bəlli deyil.

GünAzTV-nin məlumatına əsasən, milli haqların təminini istəyənlərdən biri Qüdrətullah Yusifinin məhkəmə prosesi Təbrizdə məhkəmənin 4-cü istintaq şöbəsində keçiriləb. Hakim Haşimzadə ona ETTELAAT-ın yerli bölməsi tərəfindən irəli sürülmüş suçları açıqlayıb. Qurumun Qüdrətullaha qarşı irəli sürdüyü ittihamlar bunlardır: "milli təhlükəsizliyə qarşı çıxmaq", "qanunsuz aksiyalarda iştirak" və "xarici ölkələrin informasiya vasitələrinə müsahibə vermək".

Məhkəmə zalında hakim ona deyib: "Sənin sənədlərinin ardı da ETTELAAT-ın Tehradakı bölməsindən gələcək. Bundan sonra barəndə hökm çıxaracağıq".

Xatırladaq ki, Qüdrətullah Yusifi bu il sentyabrın 3-də təbrizli ettelaatçılar tərəfindən yaxalanıb. Noyabrın 3-də 20 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdı.

Təbrizin futbol üzrə "Traktor" klubu özünə çoxlu sayda tərəfdar toplaya bilib. Bu komandanın oyunlarında, bütün dünya stadionlarında olduğu kimi, tərəfdarlar çeşidli şüarlar hayqırırlar. Belə tərəfdarlardan biri Behzad Xudayari İnqilab Məhkəməsinin Təbriz şöbəsi tərəfindən 91 gün müddətinə azadlıqdan məhrum edilib. "Asayişi pozmaqda" suçu onun Təbrizin "Səhənd" stadionunda oyun zamanı "Marağanın ürəyinin səsi "Traktor!" və "Yaşasın Azərbaycan!" şüarı yazılmış plakat tutmağı olub. Hakimin qərarından belə çıxır ki, bu şüardakı yazılar cinayət xarakterlidir...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Daşqalaq hökmü edam cəzası ilə əvəz olunur
Ayətulla Laricani bunun mümkünlüyünü "əsaslandırıb"

Fakultativ dil kursları?
Bu ölkədə fars olmayanların ana dilində savadı sıfra yaxındır

GAMAC 2-ci qurultayına hazırlaşır
Ünvan Köln şəhəridir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər