Hal-hazırda Ayna qəzetinin 31.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Eposda tarix varmı?
Süleyman Əliyarlı deyir ki, var
Şənbə, 31.12.2011

İsmayıl mətn ölçüsü  

Eposda tarix varmı? Bu suala iki yanaşma var. Bir cərəyan deyir ki, eposda tarix axtarmaq lazım deyil. İkinci tərəf isə bu fikirdədir ki, eposda tarix də var. Onlar misal gətirirlər: əgər Homer Troyadan bəhs etməsəydi, Şliman gedib bu şəhəri qazıb torpağın altından üzə çıxarmazdı. Xəzər Universitəsində sayca 52-ci elm və sənət məclisinə nüfuzlu tarixçi Süleyman Əliyarlı və onun mövzusu "Epos və türk tarix öncəsi (prehistoria)" idi - bunun nə kimi məzmun daşığıdını izah edərkən bu kimi misallara üz tuturdu. Başqa bir misal da gətirdi. "Mahabharata"da deyilir: göydə dəhşətli bir partlayış oldu, yerdə canlı nə varsa yandı, bişdi, çaylar qaynadı, balıqlar bişdi. Bizim zəmanədə o ərazidə qazıntılar aparan arxeoloqlar daşları yanmış qala hasarları aşkarlayıblar. Kimyəvi analizlər göstərib ki, partlayış zamanı 15 min dərəcə istilik əmələ gəlibmiş...

Süleyman Əliyarlı danışırdı ki, "tarix Şumerdən başlanır" (Kramer) deyilir, amma tarixdə sonrakı ikinci xalq - çinlilər qalıb. Çin müstəsna haldır ki, 5 min illik yazılı tarixi qalıb. Biz türklərin yazılı tarixi Orxon-Yenisey abidələrindən başlanır və bunun alt-üst 1500 il tarixi var. Hunların tarixini də çinlilər yazıb və biz ondan öyrənirik. Türklərin tarixini qonşuları yazıb.

Süleyman müəllimin düşüncəsinə görə, (yazılı) tarix öncəsini (ön tarixi) öyrənmək üçün Esxil ən gözəl mənbədir. Orxon-Yenisey yazıları da tarix öncəsi "oxuna bilir". "Kitabi-Dədə Qorqud"dan misal gətirdi, "Qazan xan evini ildə bir dəfə yağmalardı". Tarixçi bunu hərbi qənimətin bölüşdürülməsi ilə izah edir. Süleyman Əliyarlı bu fikirdədir ki, bir çox mövzular dünya tarixi kontekstində açıqlana bilər. Maraqlı misallar gətirdi, müqayisələr apardı.

Epos - keçmiş haqqında qəhrəmanlıq hekayətidir, onda xalq həyatının bitkin mənzərələri var, eposun yaranması stadial xarakter daşıyır, lakin tarixi xüsusatlarla şərtlənmişdir. "Kitabi-Dədə Qorqud" isə, Süleyman müəllimə görə, bir qəhrəmanlıq eposu olaraq türk tarix öncəsi barədə zəngin bilgilər verir.

Folklorşünas alim Əli Şamil dedi ki, Süleyman Əliyarlı Azərbaycanda tarixə epos rakursundan baxan ilk alimdir, heyf ki, onun ardıcılları yoxdur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Altay Sadıqzadənin "22 HX" sərgisi açıldı
"Mexanika məkandır"ın ecazkarlığı heyrətləndirməyə bilmir

Azdramda nə baş verir?
Zemfira Nərimanova: "Bəsti Cəfərova şükür eləsin ki..."



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər