Hal-hazırda Ayna qəzetinin 31.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyətdən ailəyə  
 
 
Elmira Mirzəyeva: "Psixoloji maarifləndirməyə çox böyük ehtiyac var"
Elmira Mirzəyeva:
"Psixoloji maarifləndirməyə çox böyük ehtiyac var"
Bu gün cəmiyyətin psixoloqların dəstəyinə çox böyük ehtiyacı olduğu etiraf edilir
Şənbə, 31.12.2011

A.Əhmədova mətn ölçüsü  

Son illər ölkə əhalisinin psixi sağlamlığı ilə bağlı tədqiqat aparılmayıb. Odur ki, konkret araşdırma və ya tədqiqatlara əsaslanaraq fikir söyləmək mümkün deyil. Praktik Psixoloqlar Assosiasiyasının prezidenti Elmira Mirzəyeva şəxsi müşahidələrinə, həmkarları ilə söhbətlərinə, insanlarla ünsiyyətinə arxalanaraq və bir vətəndaş olaraq deyir ki, insanların psixi sağlamlığı arzuolunan səviyyədə deyil. Onun fikrincə, bunun obyektiv və subyektiv səbəbləri var.

- Ölkə əhalisinin bir milyonu məcburi qaçqın və köçkündür. Kim deyə bilər ki, bu insanların psixi sağlamlığı normaldır. Posttravmatik stress sindromları, qayıdan yurd təəssüratları... Bu insanların yaşadıqlarına maddi və iqtisadi durumlarının tamamilə dəyişməsini də əlavə etsək, yaranan mənzərəni təsəvvür etmək çətin olmaz.

Hamıya məlumdur ki, Dağlıq Qarabağ varlı bir diyarımız olub. Ağdam rayonundakı 2-3 mərtəbəli imarətlər, bolluğu ilə səs alan bağ-bağçaları olan məcburi köçkün indi yataqxanadakı bir otaqda məskunlaşıb. Unutmayaq ki, o vaxt Bakıya uşaq gələnlər böyüyüblər, onlar ailə qurmaq istəyirlər. Harada yaşasınlar, vəziyyətdən necə çıxsınlar? Məcburi köçkünlük özü ilə bərabər iqtisadi problemləri artıb.

Ölkəmizdə öz itkin düşmüş övladlarını gözləyən ailələr, analar var. İtkin düşən insanların sayı 6 mindən çoxdur.

Doğrudur, ölkədə iqtisadi inkişaf var, lakin bütün problemlərin həlli demək deyil. Problemlər illərlə yığıldığı üçün onların həllinə də illər lazımdır.

- Sizcə, insanların ruh düşkünlüyünü aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir. Xarici ölkələrdən fərqli olaraq bizim küçələrdəki əksər vətəndaşların üzü gülmür, gözlərindən kədər, yorğunluq sezilir...

- Gülərüzlülük içdən gəlməlidir. Amerika təbəssümünü mən növbətçi maska hesab edirəm. Bu, bizim ölkəmizdə keçərli deyil.

REKLAM

Azərbaycan xalqı psixoloji xüsusiyyətlərinə görə emosionaldır. Alnımızda məmnunluğumuz, məyusluğumuz, narazılığımız, əsəbiliyimiz, sevincimiz, kədərimiz yazılır. İnsanın üzünün gülməsi üçün qəlbi gülməlidir. Əks halda, bu, riyakarlıqdır. İnsanın ovqatı, əhvalı xoş olanda insan gülümsəyir. Ona görə də hesab edirəm ki, illərlə yığılan problemlər yavaş-yavaş həll edildikcə insanların ovqatı, psixi sağlamlığı da bərpa ediləcək.

Bu gün başqa problemlər də var. İnsanlar işlə həddən artıq yüklənirlər. Xroniki yorğunluq isə stressə yol açır. Stress insan həyatında normada olarsa, insan üçün faydalıdır. Stress insan orqanizmini səfərbər edir. Ektremal hadisədə insan elə bir hərəkət edə bilər ki, başqa vaxt onu bacarmazdı. Bu onun nəticəsidir ki, insan orqanizminin qüvvəsi səfərbər olur, stressi dəf edir. Ayda-ildə bu yaxşıdır. Amma insan orqanizmi stress bombardmanına məruz qalırsa, bəla başlayır. Bəzən insanlar bir günahı olmadan stressə düşür.

Məsələn, nəqliyyatda sürücü-sərnişin münaqişələri hər gün yaşanır. Bu, əhalinin psixi sağlamlığına mənfi təsir edən amillərdir. Azərbaycan sərnişini ilə, tutalım, alman sərnişinin arasında fərq çoxdur. Almaniyada avtobus dayanacağında avtobusların nömrəsi və gəlmə dəqiqəsi elektron tabloda göstərilir. Alman sərnişin işə sakit şəkildə çatır. Azərbaycanlı sərnişinin keçirdiyi həyəcan və narahatlıq isə ayrıca mövzudur. Tıxaclarla əlaqədar avtobusların yarım saata yaxın gecikməsinə öyrəşmişik. Hələ sürücünün sükan arxasında siqaret çəkməklə sərnişinləri əsəbiləşdirməsi, gecikən avtobusların yanacaqdoldurma məntəqəsinə daxil olub benzin doldurması vərdiş etdiyimiz mənzərələrdir. Baxmayaraq ki, avtobusun sərnişinlə məntəqəyə daxil olması təhlükəlidir və qadağandır.

Bizdə hətta metronun tunelində qatar 10 dəqiqəyə yaxın ləngiyə bilər. Şəxsən mənim kimi hər dəqiqəsi bölünmüş bir pedaqoji işçi üçün bu, dəhşətdir. Mən psixoloqam, məlum metod və priyomlardan istifadə edərək özümü sakitləşdirirəm, stressi atladıram.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Oxşar xəbərlər:

İntiharlar artır

Uşaqlara vaxt ayıraq

Psixoloqların rolu artdıqca...

Özünə qəsd edənlərin çoxu qadınlardır

Bölmənin digər xəbərləri
 
Qızların təhsildən yayınması qorxulu tendensiyadır
Cənub rayonlarında durum məhz belədir

Antidepressantların satışı resept əsasında olmalıdır
Çünki bu tip dərmanlar insanlarda narkotik effekti yaradır

Zorakılıq baş veribsə, insan danışmalıdır
Lakin bu danışıq gizli saxlanmalı, məxfilik qorunmalıdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər