Hal-hazırda Ayna qəzetinin 24.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Respondentlərin əksəriyyəti savaş tərəfdarı deyil
Tərtər, Bərdə və Göyçayda Qarabağ sorğusu keçirilib
Şənbə, 24.12.2011

C.Məmmədov mətn ölçüsü  

"Atlas" Araşdırmalar Mərkəzi Dağlıq Qarabağ münaqişəsi və onun həll yolları barədə Tərtər, Bərdə və Göyçayda keçirdiyi sorğunun nəticələrini açıqlayıb. "Azərbaycan öz torpaqlarını hansı yolla geri qaytarmalıdır?" sualına Tərtər respondentlərinin təxminən 85 faizi "sülh yolu ilə", yalnız 15 faizi "müharibə yolu ilə" cavabını veriblər. "ATƏT Minsk Qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz" sualına sorğu iştirakçılarının əksəriyyəti, təxminən 75 faizi müsbət cavab verib. Cəmi 25 faiz Minsk Qrupunun fəaliyyətini mənfi qiymətləndirib. "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyini necə qiymətləndirirsiniz?" sualına respondentlərin 80 faizi mənfi, 20 faizi müsbət dəyərləndirib. Buna baxmayaraq, "Azərbaycan münaqişənin həllində hansı dövlətin vasitəçiliyinə üstünlük verməlidir?" sualına respondentlərin təxminən 40 faizi yenə "Rusiya" deyib. Daha çox üstünlük verilən dövlət isə 50 faizlə Türkiyədir. Respondentlərin cəmi 10 faizi ABŞ-ın adını çəkib. Cavab variantlarında yerləşdirilməsinə baxmayaraq, Tərtər respondentlərindən heç biri Fransa və İranın adını çəkməyib.

"Vətəndaş cəmiyyəti səviyyəsində Ermənistan və Dağlıq Qarabağ erməniləri ilə təmaslara münasibətiniz necədir?" sualına respondentlərin təxminən 60 faizi müsbət, 40 faizi mənfi yanaşıb. "Siz özünüz belə bir dialoqa hazırsınızmı?" sualına isə tərtərlilərin mütləq əksəriyyəti, yəni 95 faizi ermənilərlə təmaslara, dialoqa hazır olduqlarını bildiriblər.

Bərdədə də diqqətçəkən cavablar ortaya çıxıb. "Azərbaycan öz torpaqlarını hansı yolla geri qaytarmalıdır?" sualına respondentlərin təxminən 60 faizi "sülh yolu ilə", 40 faizi "müharibə yolu ilə" cavabını verir. "Minsk Qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz" sualına sorğu iştirakçılarının 75 faizi mənfi cavab verib. Cəmi 25 faiz Minsk Qrupunun fəaliyyətini müsbət qiymətləndirib. Maraqlıdır ki, bu nəticə Tərtərdəki nəticənin tərsidir. "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyini necə qiymətləndirirsiniz?" sualına respondentlərin 60 faizi mənfi, 40 faizi müsbət cavab verib. "Azərbaycan münaqişənin həllində hansı dövlətin vasitəçiliyinə üstünlük verməlidir?" sualına respondentlərin təxminən 65 faizi Türkiyə, 30 faizi Rusiya, cəmi 5 faizi ABŞ deyib. Tərtərdə olduğu kimi, cavab variantlarda yerləşdirilməsinə baxmayaraq, Fransa və İranın adını Bərdədə də çəkən olmayıb.

"Vətəndaş cəmiyyəti səviyyəsində Ermənistan və Dağlıq Qarabağ erməniləri ilə təmaslara münasibətiniz necədir?" sualına respondentlərin təxminən 75 faizi müsbət, 25 faizi mənfi yanaşıb. Bu, Tərtərdəki nəticəyə yaxındır. "Siz özünüz belə bir dialoqa hazırsınızmı?" sualına isə Bərdədəki respondentlərin 75 faizi ermənilərlə təmaslara, dialoqa hazır olduqlarını, 25 faizi isə əksini bildiriblər. Tərtərdə mütləq əksəriyyət, yəni 95 faiz dialoqa hazır olduğunu yazmışdı.

Göyçayda keçirilən sorğuda "Azərbaycan öz torpaqlarını hansı yolla geri qaytarmalıdır?" sualına respondentlərin təxminən 60 faizi "sülh yolu ilə", 40 faizi isə "müharibə yolu ilə" cavabını veriblər. Bu, Bərdədəki nəticə ilə üst-üstə düşür. Ümumiyyətlə isə hər 3 rayonda "sülh yoluna" üstünlük verənlərin sayı çoxluq təşkil edib. "Minsk Qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?" sualına sorğu iştirakçılarının 80 faizi mənfi cavab verib. Cəmi 20 faiz Minsk Qrupunun fəaliyyətini müsbət qiymətləndirib. "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçiliyini necə qiymətləndirirsiniz?" sualına respondentlərin mütləq əksəriyyəti, yəni 90 faiz mənfi cavab verib.

"Azərbaycan münaqişənin həllində hansı dövlətin vasitəçiliyinə üstünlük verməlidir?" sualına respondentlərin təxminən 90 faizi Türkiyə, 6 faizi Rusiya, cəmi 4 faizi ABŞ deyib. Bərdə və Tərtərdə olduğu kimi, Fransa və İranı seçən olmayıb. Hər 3 rayondakı sorğuda Türkiyə lider olub.

"Vətəndaş cəmiyyəti səviyyəsində Ermənistan və Dağlıq Qarabağ erməniləri ilə təmaslara münasibətiniz necədir?" sualına respondentlərin təxminən 60 faizi müsbət, 40 faizi mənfi yanaşıb. Beləliklə, hər 3 rayonda bu məsələyə müsbət yanaşma qeydə alınıb. "Siz özünüz belə bir dialoqa harızsınızmı?" sualına Göyçaydakı respondentlərin 70 faizi ermənilərlə dialoqa hazır olduqlarını bildirib. Bununla da hər 3 rayonda əksəriyyət bu suala müsbət cavab verib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Mübariz İbrahimov Milli Qəhrəman adına layiq görüldü

Sərdar Həmidov şəhid məzarlığının dağıdıldığını deyir

Şahid müttəhimi tanımadı

Vidadi İsgəndərovun məhkəməsi yekunlaşır

Bu gün orkestr var, bəs 5 ildən sonra necə olacaq?

Bölmənin digər xəbərləri
 
Neft şirkəti NZS sakinlərinə bir ay vaxt verdi
Sakinlər isə kompensasiya verilməyəcəyi təqdirdə evləri uğrunda mübarizə aparacaqlarını vəd edirlər

Azərbaycan 2013-də rəqəmli yayıma keçir
Beynəlxalq öhdəliyə görəsə, bunun üçün rəsmi Bakının 2015-ci ilə qədər vaxtı var

"Demokratiya üçün musiqi"
Kampaniya aktiv fazaya keçdi

Bu köhnə filan nömrədir?
Şəhər marşrutlarında "köhnə" və "yeni" nömrə çaşqınlığı

Evləri sökülənlər birləşir
Onlar hüquqlarını birgə müdafiə etmək barədə düşünürlər

Media Hüququ İnstitutu illik hesabat açıqladı
İl ərzində 72 jurnalistə 90 halda təzyiq faktı qeydə alınıb

Yeni ildən xarici teleseriallara yasaq gəlir
MHİ isə bu qərarı qanunazidd hesab etdi

Eşitmə qabiliyyəti olmayan əsgər tərxis olundu


"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun qəbul edildi




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər