Hal-hazırda Ayna qəzetinin 24.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Media Hüququ İnstitutu illik hesabat açıqladı
İl ərzində 72 jurnalistə 90 halda təzyiq faktı qeydə alınıb
Şənbə, 24.12.2011

İ.Abbasov mətn ölçüsü  

Dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində (RATİ) Media Hüququ İnstitutu "Azərbaycanda ifadə azadlığı - defamativ məhkəmə işləri, basqılar, bilgi azadlığı, internet azadlığı, teleradio düzənlənməsi"nə dair illik hesabat təqdim etdi.

İlk çıxış edən Media Hüququ İnstitutunun (MHİ) rəhbəri Rəşid Hacılı bildirdi ki, hazırlanan hesabatda ilk növbədə media nümayəndələrinə, jurnalistlərə qarşı edilən təzyiqlər, eləcə də 2011-ci ildə Azərbaycanda İfadə azadlığı hüququnun hazırkı vəziyyəti haqqında gəlinən nəticələr öz əksini tapmaqdadır. Daha sonra çıxış edən MHİ-nin proqram koordinatoru Xalid Ağəliyev ilk olaraq, MHİ-nin tədqiqatların aparılmasına və hesabatların hazırlanmasına verdiyi dəstəyə görə USAİD İREX təşkilatına, İnternet sahəsində vəziyyətin monitorinqinə görə Britaniya səfirliyinə və ATƏT Bakı Ofisinə təşəkkür etdiklərini bildirdi. Daha sonra Ağəliyev qeyd etdi ki, sabiq siyasi məhbus Eynulla Fətullayevin həbsdən azad olmasından sonra hesabatın müzakirəsinə pozitiv əhval-ruhiyyədə başlayacaqlarını düşünürmüş. Lakin ilin sonuna yaxın yazıçı-publisist Rafiq Tağının qətli hesabatın bədbin notlarla təqdimatını diktə edib.

Ağəliyev bildirib ki, son 2-3 il ərzində jurnalistlərə qarşı təzyiq və basqılar, hədələnmə halları çoxalıb. Yalnız 2011-ci il ərzində 72 jurnalist 90 halda fiziki, psixoloji basqıya, təzyiqə məruz qalıb. Açıqlanan sənədə görə, mediaya, jurnalistlərə qarşı böhtan və təhqirə görə azı 32 iddia qaldırılıb, 8 jurnalistin isə yazılarına görə cinayət məsuliyyətinə cəlb olunması istənilib. Diffamasiya iddiaları ilə bağlı "Azadlıq", "Yeni Müsavat", "Xural" qəzetlərinə qarşı məhkəmə iddialarının çoxluq təşkil etdiyini deyən Ağaliyev jurnalistərdən 2 700 000 AZN təzminat istənildiyini deyib. Onun sözlərinə görə, jurnalistlərin üzərinə ümumilikdə 46 000 AZN-dən artıq təzminat ödəmək vəzifəsi qoyulub.

Jurnalistlərə qarşı iddia və şikayətlərin müəlliflərinin əksəriyyətinin məmurlar, millət vəkilləri olduğunu bildirib. İnternet və ifadə azadlığı sahəsində də durumun dəyişməz qaldığını deyən natiq burda da inhisarçılığın olduğunu, internet xidməti göstərən 29 provayderin əksəriyyətinin dolayısı ilə hökumətə bağlı strukturların nəzarəti altında çalışdığını vurğulayıb. Bölgələrdə internetin sürətinin və xidmət səviyyəsinin xüsusilə aşağı olduğu, domenlərin qeydiyyatında olduğu kimi, 3-cü nəsil rabitə texnologiyaları üzərində (3G)də inhisarçılığın hökm sürdüyü qeyd edilib. Teleradio düzənləməsi sahəsində ciddi nöqsanların bu il də aradan qaldırılmadığı, rəqəmsal yayıma keçidə əsaslı hazırlıq görülmədiyi, 2015-ci ilə qədər yekunlaşdırılması planlaşdırılan bu sistemlə bağlı cəmiyyətə hərtərəfli bilgi verilmədiyi bildirilib. Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı diffamasiya haqqında qanunun hələ də qəbul olunmadığını qeyd edərək, mülki diffamasiya ilə bağlı ciddi problemlərin olduğunu bildirib, problemi daha da qabardıb. Bu ilin açıq qadağalar ili olduğunu vurğulayan jurnalist Şahvələd Çobanoğlu hesabatda Mətbuat Şurasının işinə hüquqi qiymət verilməsini də vacib saydı.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Cənub Media Hüquq Mərkəzi bölgə jurnalistləri arasında sorğu keçirib

Qubada jurnalistlər üçün düşərgə

"Döyüşdən reportaj"

Bakı polisi hesabat verdi

"Media açarı" mükafatı təqdim edildi

Bölmənin digər xəbərləri
 
Neft şirkəti NZS sakinlərinə bir ay vaxt verdi
Sakinlər isə kompensasiya verilməyəcəyi təqdirdə evləri uğrunda mübarizə aparacaqlarını vəd edirlər

Azərbaycan 2013-də rəqəmli yayıma keçir
Beynəlxalq öhdəliyə görəsə, bunun üçün rəsmi Bakının 2015-ci ilə qədər vaxtı var

"Demokratiya üçün musiqi"
Kampaniya aktiv fazaya keçdi

Bu köhnə filan nömrədir?
Şəhər marşrutlarında "köhnə" və "yeni" nömrə çaşqınlığı

Evləri sökülənlər birləşir
Onlar hüquqlarını birgə müdafiə etmək barədə düşünürlər

Respondentlərin əksəriyyəti savaş tərəfdarı deyil
Tərtər, Bərdə və Göyçayda Qarabağ sorğusu keçirilib

Yeni ildən xarici teleseriallara yasaq gəlir
MHİ isə bu qərarı qanunazidd hesab etdi

Eşitmə qabiliyyəti olmayan əsgər tərxis olundu


"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun qəbul edildi




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər