Hal-hazırda Ayna qəzetinin 24.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Gürcüstanın dostları bəlli oldu
Azərbaycan və Türkiyə ölkənin strateji müttəfiqi elan olunub
Şənbə, 24.12.2011

C.Məzahiroğlu mətn ölçüsü  

Dünən Gürcüstan parlamentində bu ölkənin yeni Milli Təhlükəsizlik Konsepsiyasının layihəsi yekun müzakirəyə təqdim edilib. APA-nın Gürcüstan xəbər saytlarına istinadən verdiyi məlumata görə, yeni sənəddə 2008-ci il avqust hadisələrindən sonra regionda baş vermiş siyasi-hərbi dəyişikliklər nəzərə alınıb.

Konsepsiyada Cənubi Osetiya və Abxaziya problemləri ilə yanaşı, Gürcüstan üçün təhdid yaradan digər risklər də qeyd olunub. Sənəddə bildirilir ki, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi regiondakı əsas problemlərdəndir:

"Bu dövlətlər arasında silahlı münaqişənin yenidən başlaması hər üç Güney Qafqaz ölkəsinin təhlükəsizliyini zəiflədəcək, bütün regionda Rusiyanın siyasi təsiri artacaq".

"Gürcüstanın milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri" bölməsində Gürcüstanın Azərbaycanla strateji müttəfiq olduğu vurğulanıb, Ermənistanla əlaqələr isə "sıx əməkdaşlıq" kimi təsvir olunur:

"Gürcüstanı Azərbaycan və Ermənistanla tarixən ənənəvi mehriban qonşuluq münasibətləri bağlayır. Bölgədə əməkdaşlığın dərinləşməsi, ümumi iqtisadi məkan və ümumi bazarın inkişafına, eləcə də regionun sabitliyi və rifahına öz əhəmiyyətli töhfəsini verəcək".

Sənəddə ABŞ-ın Gürcüstanın strateji tərəfdaşı olduğu deyilir: "Gürcüstan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə ABŞ-ın yardım proqramları vasitəsilə artırıb. Gürcüstan bu sahədə əməkdaşlığın dərinləşməsində maraqlıdır".

Türkiyə də Tiflisin yaxın müttəfiqi elan edilib. Bu ölkə ilə iqtisadi sahədə olduğu kimi, hərbi təhlükəsizlik sahəsində əlaqələrə önəm verildiyi qeyd olunub:

"Türkiyə NATO-nun üzvü və regional liderlərdən biri kimi, həm də mühüm hərbi tərəfdaşıdır. Gürcüstan Türkiyə ilə təhlükəsizlik və müdafiə sahəsində əlaqələrin daha da inkişafına böyük əhəmiyyət verir".

Konsepsiyada Gürcüstanın Avroatlantik məkana inteqrasiyası ölkənin əsas prioriteti olaraq göstərilib.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır

Gürcüstan NATO kodifikasiya sisteminə qoşulur

"Azərbaycan bayrağı İst-river sahilində"

Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi

Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var

Bölmənin digər xəbərləri
 
Əhmədinejad İrəvana gəldi
Küveyt şeyxləri də bura ayaq açıblar

Torpaq və qan
Quzey Qafqazdakı bu problemə görə Rusiya bir dövlət olaraq dağıla bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər