Hal-hazırda Ayna qəzetinin 24.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Atlas" Araşdırmalar Mərkəzi: "2012-ci ildə Qarabağ münaqişəsinin nizamlanmasında ciddi irəliləyiş gözlənilmir"
"Atlas" Araşdırmalar Mərkəzi:
"2012-ci ildə Qarabağ münaqişəsinin nizamlanmasında ciddi irəliləyiş gözlənilmir"
Mərkəz proqnozları tünd boyalarda görür
Şənbə, 24.12.2011

C.Məzahiroğlu mətn ölçüsü  

Bu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan rəhbərlikləri, xarici işlər nazirləri və prezidentlər səviyyəsində xeyli görüş keçirilsə də, ümumilikdə münaqişənin nizamlanmasında irəliləyiş nəzərə çarpmayıb. Bu rəy dünən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu və mərkəz ekspertlərinin 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan işlərin yekunu ilə bağlı mətbuat konfransında səsləndi. Elxan Şahinoğlu dedi:

"Azərbaycan bu il Qarabağ məsələsini ard-arda bir neçə dəfə BMT səviyyəsində müzakirəyə çıxardı. Amma bütün bunların münaqişənin nizamlanmasına ciddi təsiri olmadı. Ermənistanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Ermənistana səfərinin gedişində erməni tərəfi ilə birgə snayperlərin cəbhə xəttindən geri çəkilməsi ilə bağlı xüsusi bəyanata imza atması diqqətçəkən idi".

Şahinoğlun xatırlatdı ki, beynəlxalq təşkilatların, özəlliklə də Minsk Qrupu həmsədrlərinin snayperləri geri çəkmək ideyasına Azərbaycan tərəfi indiyədək o qədər də önəm verməyib: "Çünki snayper fəaliyyəti ermənilərin destruktiv fəaliyyətinə ciddi zərbə vurur".

Şahinoğlu eyni zamanda düşünür ki, danışıqlar davam edərsə, ola bilər tərəflər arasında yaxın vaxtlarda "snayper razılaşması" imzalansın.

Şahinoğlu hesab edir ki, "xalq diplomatiyası barədə xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamaları xüsusi önəm daşıyır: "Bu kampaniyaya artıq start verilib. Aydındır ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ erməniləri ilə rəsmi təmasa girə bilməz. Amma QHT-lərin girməsi lazımdır və mümkündür".

Ekspert hesab edir ki, Litvanın ATƏT-dəki sədrliyi ötən il olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bir yenilik gətirmədi. Lakin 2012-ci il üçün ümumi gözləntilər mövcuddur:

1. Münaqişənin nizamlanmasında irəliləyiş ehtimalı azdır. 2013-cü ildə həm Azərbaycanda, həm də Ermənistanda seçkilərdir və bu səbəbdən tərəflər nizamlanma yönündə hansısa səmərəli və ciddi addımlar atmaqdan çəkinəcəklər.

2. Rusiyada siyasi vəziyyətin qeyri-müəyyənliyi münaqişənin nizamlanmasına mane olan amillərdən biridir. Vladimir Putin prezident seçilsə, onun dövründə Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçiliyi Azərbaycanın milli maraqlarına uyğun olmayacaq. Çünki Putin daha çox Ermənistanla əlaqələrin, onların manefələrinin qorunmasına üstünlük verir. Azərbaycan ictimai dairələri isə digər həmsədr ölkədən - ABŞ-dan dəstək gözləyirdi. Amma təəssüf ki, ABŞ aktivlik göstərmədi.

3.

REKLAM

Avropa Birliyinin münaqişənin nizamlanmasına marağı artıb. Bu il Varşava toplantısında Azərbaycan da daxil olmaqla 6 ölkə Şərqi Avropa ölkəsi adlandırıldı və bu, münaqişələrin nizamlanmasında müsbət tendensiyalara səbəb olacaq. Gələn il bu yöndə AB-nin fəallaşması gözlənilir.

Bununla belə, 2012-ci ildə Qarabağ münaqişəsi ətrafında ciddi irəliləyişin gözlənmədiyini qeyd edən Şahinoğlu bildirdi ki, münaqişənin nizamlanmasında Minsk Qrupu formatı artıq işə yaramır.

Fransa parlamentinin aşağı palatasında qəbul olunan qərara münasibətini açıqlayan Şahinoğlu 2012-ci ilin fevral ayının 22-dək gözləməyin zəruri olduğunu qeyd etdi:

"O vaxt qərar senata çıxarılacaq. Azərbaycan hakimiyyəti Türkiyə ilə koordinasiyalı şəkildə addımlar atmalıdır. Aydındır ki, Fransa erməni lobbisinin istəyi ilə çıxış edir. Erməni lobbisinin əlində alət olan bir ölkə münaqişənin həllində ciddi rol oynaya bilməz. Beləliklə, senatda qəbul olunub-olunmamasından asılı olmayaraq, Azərbaycan Fransaya mesajlar göndərməlidir. Azərbaycan Fransa ilə əlaqələrin məhdudlaşmasına hədəflənən addımların paketini irəli sürməlidir. Fransanın Minsk Qrupu həmsərliyindən çıxarılmasına səylər, Total şirkətinə mesajların göndərilməsi bu qəbildən ola bilər. Göstərməlidir ki, hökumətlərinə etiraz etsin. Amma inanmıram ki, hansısa ciddi dəyişiklik baş versin".

"Atlas" Araşdırmalar Mərkəzinin eksperti Nicat Məlikov bildirdi ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinin məhz Rusiyada olması çoxdan formalaşmış bir fikirdir və Rusiyanın son addımlarını izləyəndə bir daha bunun şahidi oluruq.

Məlikov xatırlatdı ki, Putin - Medvedev tandemində Rusiyada son 1-2 ildə yeni polit-texnologiya ortaya çıxdı:

"Qərbə yaxın Medvedev və Rusiya imperiyasının sərhədlərini bərpa etmək istəyən Putin. Qərbin bu tandemə inanması real görünmürdü. Bu vəziyyətdə Rusiya münaqişənin nizamlanması ilə bağlı tərəflərə nə təklif edə bilərdi? Heç nə. Məncə, Putinin prezident seçilməsi artıq həll olunmuş məsələdir. Onun dövründə münaqişənin həlli necə olacaq? Bəlli idi ki, Medvedev yumşaq siyasətlə münaqişənin nizamlanmasına çalışırdı, amma Putin sərt üsullara əl ata bilər, daha sərt, daha kəskin ritorika ola bilər. Doğrudur, "Putin - ikinci versiya"sı - tam mənada Putinin köhnə obrazı təqdim oluna bilməz. Biz bu versiyadan nə gözləyirik? Fikrimcə, ritorika dəyişəcək, siyasət dəyişməyəcək. Rusiya siyasətində şəxsiyyətlər və siyasi sistem heç nə həll etmir, qurulmuş obrazlar var. Rusiyanın gələn il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səmərəli təklif irəli sürəcəyinə inanmıram".

Mərkəzin digər eksperti Elnur Eltürk münaqişənin nizamlanmasında diaspora hərəkatlarının fəaliyyətindən danışdı. Onun sözlərinə görə, bu gün xaricdə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini çatdırmaq üzrə fəaliyyətləri zəifdir. "Erməni diasporu doğrudan güclüdür. Mənim fikrimcə, Fransada baş verən proseslər zamanı parlamentin qabağına 5 min yox, 50 min vətəndaş etiraz aksiyasına çıxmalı idi. Beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün ciddi addımlar atmalıyıq".

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ruslara Qarabağda kilsə tikdirmək planı

AB Azərbaycanın notasına bazar ertəsi cavab verəcək

Dağlıq Qarabağ: nizamlamada geriləmə var

Avroparlamentar iki yerə bölünəcək

Bölmənin digər xəbərləri
 
Milli Məclis Parisə od püskürdü
Fransa parlamentinin qərarı ciddi tənqid edildi. Deputatlar Azərbaycan səfirini geri çağırmağı tələb etdilər

Abdulla güldən Parisə "Minsk Qrupu" ismarıcı
Prezident xatırlatdı: "Məlum qanun layihəsi qüvvəyə minərsə, Fransa bu vasitəçilikdən dərhal əl çəkməlidir"

Azərbaycanın NATO münasibətlərində ziddiyyət
Ekspertin fikrincə, rəsmi Bakı ciddi qərarlar qəbul etməlidir

Araz Əzimov ABŞ bürokratiyasını qınayıb
Amerikalı diplomatlar prezident, Senat və ya bir ovuc lobbiçidən kimi dinləyəcəklərini bilməyəcəklər

Huşyar Zebari Bakıya gəldi
Bağdadda Azərbaycan səfirliyinin açılması da söhbət mövzusu olub

Cənubi Qafqaz Rusiya, Türkiyə və Antanta arasında (1920-1921)


Tomas Markert bizim qanundan narahatdır
Siyasi partiyalar qanunu ətrafında deyişmə davam edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər