Hal-hazırda Ayna qəzetinin 24.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İran stadionlarında irqçilik küləkləri əsir
İran stadionlarında irqçilik küləkləri əsir
Haqq tələb edənə isə 30 şallaq vurulub
Şənbə, 24.12.2011

S.Soltan mətn ölçüsü  

Ötən həftə BMT Baş Assambleyası İranda insan haqlarının pozulması haqda sənəd qəbul edib. Kanadanın təklif etdiyi həmin sənədə qurumun 193 üzvündən 89-u səs verib. 30 dövlət əleyhinə çıxıb, 64-ü isə tərəfsiz qalıb.

Sənəddə İranda insan haqlarının pozulmasından narahatlıq ifadə olunur, yerli hökumətin öz vətəndaşlarına qarşı zorakılığı və qeyri-insani cəza üsullarından (bədən üzvünü kəsmək, şallaq vurmaq, döymək) istifadə etməsi pislənir. İranda bu il edamların artmasından ciddi narahatlıq ifadə olunan qətnamədə insan haqları ilə bağlı 12 maddənin pozulduğu bildirilir.

Bu sıraya söz, əqidə, sərbəst toplaşmaq, etnik və dini azlıqların azadlıqlarının məhdudlaşdırılması, qadınlara qarşı ayrı-seçkilik və s. aid edilir.

Güney Azərbaycan türklərinin hüquqlarının təminini tələb edənlərdən biri Allahverdi Qurbani azadlıqdan məhrum edilib.

O, 2011-ci il sentyabrın 19-da Urmiya gölünün qurumasına hakimiyyətin laqeyd münasibəti ilə bağlı keçirilmiş aksiyalara qatıldığı üçün ETTELAAT əməkdaşları tərəfindən həbs olunub. Allahverdi Qurbani iki gün ETTELAAT Təbriz şöbəsinin təkadamlıq kamerasında, 7 gün isə Təbriz zindanında saxlandıqdan sonra 10 min ABŞ dolları məbləğində zəmanətlə müvəqqəti zaminə buraxılmışdı. Dekabrın 17-də onun "cinayət işinə" baxan İnqilab Məhkəməsinin Təbriz şöbəsi Allahverdi Qurbanini 91 gün həbsə məhkum edib və 30 şallaq zərbəsi vurulmasına dair qərar çıxarıb.

Tehran yalnız adi insan haqlarını pozmur. O, irqçilik də edir. Bu baxımdan İran hakimiyyətinin özünü gizlətdiyi ideologiyanın, panfarsçılığın zülmündən yalnız fars olmayanlar deyil, ölkəyə işləməyə gələnlər də bezib. GünAz.TV-nin məlumatına görə, Abadanın "Neft" futbol klubunun Afrikadan olan müsəlman futbolçusu Funikesi İranda gördəklərindən dəhşətə gəldiyini söyləmişdir.

O, "Qol" qəzeti məxbirinin suallarını cavablandırarkən İranda gördüyü münasibətlərdən danışır:

"Artıq dünyada irqçilik dönəmi sona çatıb və qara dərili problemi qalmayıb. Ancaq İranda bu problem hələ də yaşanır. Dəfələrlə rəqib oyunçular mənə qara olduğumu və iy verdiyimi deyiblər. Onlar nə üçün başa düşmürlər ki, mən də onlar kimi insan, müsəlman və şiəyəm?! Mən İranda gördüyüm irqi ayrı-seçkilikdən artıq cana doymuşam, mövsüm başa çatar-çatmaz bu ölkəni tərk edəcəyəm".

İrqçiliklə bağlı başqa xəbərdə isə bildirilib ki, İrandakı futbol stadionlarında Azərbaycan türkləri yenə təhqir edilib. APA-nın bu xəbərinə görə, ölkənin Ənzəli şəhərindəki "Təxti" adına stadionda Təbrizin "Traktorsazi" futbol klubu ilə yerli "Mələvan" arasında keçirilən oyundan sonra azərbaycanlıları aşağılayan şüarlar verilib. "Mələvan"nın beş minə yaxın tərəfdarı "traktor"çulara "eşşək" deyə bağırıblar.

İran İslam Respublikasının "Səhər" və "Səhənd" telekanallarından canlı yayımlanan oyunda təhqiredici bu kimi şüarlar açıq şəkildə eşidilib. "Traktorsazi" tərəfdarları və azərbaycanlıların ciddi narazılığına səbəb olan bu təhqirə görə təqsirkarların İran Futbol Federasiyasının İnzibati Komitəsi tərəfindən cəzalandırılması tələb edilir.

Hər iki xəbərdən belə bir eybəcər durum alınır: tutaq ki, afrikalı legioner oyunçu "iy verdiyi" üçün İrandan başını götürüb gedəcək, bəs, addımbaşı haqqı tapdanan, milli varlığı inkar və təhqir edilən Azərbaycan türkləri nə etməlidir? Bu ruhən xəstə, düşüncəsi belə iylənən panfarsçılarla bir yerdə yaşamağa dəyərmi?

Xatırladaq ki, bu ilin əvvəlində İranın başqa bölgələrində türk olmayanlar Təbrizin bu komandasının tərəfdarlarına qarşı təhqiredici şüarlar da səsləndiriblər. Ona görə də "Traktorsazi" tərəfdarları İranın Futbol Federasiyasını irqçilikdə suçlayaraq, FİFA-nın prezidentinə müraciət də etmişdilər:

"Hörmətli Prezident!

Biz, bu müraciəti imzalayanlar, İran İslam Respublikasının futbol üzrə super liqasında baş verən irqçi siyasətin qaldırılması yönündə bizə yardımçı olmağınızı xahiş edirik.

İran İslam Respublikası futbol meydanlarının irqçi amaclar üçün istifadə edilməsinin qarşısını almaq və İran Futbol Federasiyasının irqçi qərarlar verməməsi, habelə daha adil olması hər bir humanist insanın arzusudur... Biz inanırıq ki, idmanın ruhu və fəlsəfəsi bir daha insanlarımızı dostluq və bərabərliyə səsləyəcək..."

İndiyə kimi FİFA-dan da bir xəbər çıxmayıb. Avropada bu sayaq (hər iki xəbərdəkilər) olaylara əlüstü münasibət bildirilir. Ancaq bu müraciət hələ də cavabsız qalmaqdadır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İran parlamentinin deputatları danışdı

Ermənistanın kölə vəziyyəti Kremlə sərf edir

Möhlət Müslümov Təbrizdə çıxış edəcək

Miniatür sənətinə də diqqət yetirildi

Yerevan yeni səfirini təyin etdi

Bölmənin digər xəbərləri
 
"Mənə bir küçə bağışla"
Təbrizli şairənin Bakıda yeni şeirlər kitabı işıq üzü gördü

Azərbaycanlılar Eskişehirdə aksiya keçirdilər
Onlar İrandakı həbslərə etiraz ediblər

İranda türk milli fəallara basqılar davam edir
Yeni həbslər barədə xəbərlər gəlir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər