Hal-hazırda Ayna qəzetinin 17.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Təmas xəttinə yaxın hərbi hissələr müasir döyüş texnikası ilə təchiz olunub"
"Təmas xəttinə yaxın hərbi hissələr müasir döyüş texnikası ilə təchiz olunub"
Elçin Quliyevin sözlərinə görə, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üçün 1288 mənzil inşa edilib
Şənbə, 17.12.2011

C.Məzahiroğlu mətn ölçüsü  

"Dövlət Sərhəd Xidməti tərəfindən "2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair" Dövlət Proqramının icrası üzrə tədbirlər müvəffəqiyyətlə yekunlaşdırılıb". Bunu DSX-da 2011-ci ilin yekunlarına həsr olunmuş müşavirədə qurumun rəisi, general-leytenant Elçin Quliyev deyib. O bildirib ki, 2011-ci ildə dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məqsədilə ümumi büdcə ayrılmaları 2010-cu illə müqayisədə 121%, o cümlədən təkcə tikinti üzrə 184% artırılıb, nəticədə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində önəmli nailiyyətlər əldə olunub. Bu il 359 binadan ibarət 49 tikinti kompleksinin əsaslı təmir-tikintisi həyata keçirilib, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üçün 1288 mənzil inşa edilib.

Elçin Quliyev xatırladıb ki, bu il ilk dəfə DSX Akademiyasının tərkibində dəniz və aviasiya kafedraları fəaliyyətə başlayıb və həmin ixtisaslar üzrə qəbul keçirilib. DSX Sahil Mühafizəsinin cənub, mərkəz və şimal şöbələri fəaliyyətə başlayıb. Xəzər dənizinin sahil xətti boyu sahil nəzarəti məntəqələri Sahil Mühafizəsinin tabeliyinə verilib və tam peşəkar heyətlə kompleksləşdirilib. Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli vasitələrin verilməsi, Xəzər dənizində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi sərhəd sularında Azərbaycanın mənafelərinin qorunması, həmçinin müşahidə və aşkaretmə imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu il həmçinin Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsi yaradılıb. Yeni istismara verilən Lənkəran və Qəbələ beynəlxalq hava limanlarında sərhəd nəzarəti təşkil edilib. Təmas xəttinə yaxın hərbi hissələr müasir döyüş texnikası və müşahidə vasitələri ilə təchiz olunub.

Elçin Quliyev bildirib ki, bu il Azərbaycan sərhədçiləri tərəfindən qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 mütəşəkkil dəstə zərərsizləşdirilib.

Quliyevin sözlərinə görə, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq məqsədi ilə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən 1 əcnəbi şəxs və terrorçuluğa qarşı mübarizə tədbirləri çərçivəsində xaricdə münaqişə zonalarında silahlı qruplaşmaların tərkibində döyüşmüş 15 şəxs müəyyənləşdirilib.

Hesabat dövründə axtarışda olan 1307 şəxs DSX əməkdaşları tərəfindən tutulub, 434 nəfərin ölkədən çıxışı qadağan edildiyi üçün Azərbaycandan çıxmasına icazə verilməyib. 251 nəfər isə ölkəyə girişi qadağan olunduğu üçün Azərbaycana buraxılmayıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Öldürülən yaraqlı Avstriya vətəndaşı çıxdı

Arabulun məhkəməsi davam edir

Azərbaycan - Rusiya sərhədində atışma

Sərhəd Xidməti təlimlərə başlayıb

Türkiyə-Ermənistan sərhədləri üç ay ərzində açıla bilər

Bölmənin digər xəbərləri
 
Sulutəpədə yenə də qarşıdurma
Çoxsaylı yerli sakin, bizim əməkdaş və polis gördüyünü görüb

"Balıq qiyamı": Daxili qoşunlar Nərimanabad-2-yə hücum çəkib və sakinləri döyüblər
Balıqçılara açıq dənizə çıxmaq yasaq edilib

NATO-nun mənzil-qərargahında treninq keçirilib


Rusiyadan alınan 24 ədəd "Mi-35M" döyüş helikopterlərindən ikisi gətirildi


Yanvarın sonunda Azərbaycanda NATO Beynəlxalq Məktəbinin (NİSA) qış sessiyası keçiriləcək


"2 aprel işi" Avropaya "pəncərə" açdı
Məhkəmə 4 müxalifət fəalı barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb

Əvəz Zeynallı 42 yaşını həbsxanada qeyd etdi
Tərəfdarları isə baş redaktorun şərlənərək həbs edildiyini iddia edirlər

Jurnalistlərin də əmək hüquqları pozulur
Jurnalistlərin Həmkarlar İttifaqı sözdən əməli işə keçmək fikrindədir

Cəbhəçiyə 10 sutka həbs
Həbs ediləcəyini əvvəlcədən demişdi

Naxçıvanda hüquq özbaşınalığı
Hətta istintaqın nəticələri barədə də zərərçəkənlərə məlumat verilmir

MTN-də müəmmalı ölümlə bağlı qalmaqal davam edir
Söhbət Naxçıvanda baş verən hadisədən gedir

Milli Məclis dekabrın 23-də toplaşacaq
Deputatlar "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsini yenidən müzakirə edəcəklər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər