İranlı Rusiyadan vətənə radioaktiv maddə aparmaq istəyib
|
\"Şeremetyevo\"da bunun qarşısı alınıb
Şənbə, 17.12.2011
|
|
mətn ölçüsü |
|
|
|
Nüvə proqramı ətrafında durumun gündən-günə kəskinləşdiyi İran üçün arzuedilməz insident baş verib. Rusiya Federal Gömrük Dairəsinin rəsmiləri Moskvanın "Şeremetyevo" Hava Limanında İranın paytaxtı Tehrana uçmaq istəyən sərnişinin yük çantasında radioaktiv maddə aşkarlandığını açıqlayıblar. APA-nın məlumatına görə, gömrükçülər detektorların standart radiasiya dəyərinin 20 qat yüksək olduğunu göstərməsi səbəbindən sərnişinin yük çantasını yoxlamaq məcburiyyətində qalıb və oradan 18 metal parçası tapıblar. Yoxlamalar nəticəsində metal parçaların nüvə reaktorunda istifadə edilən "Natrium-22" adlı radioaktiv maddə olduğu müəyyənləşib. Faktla bağlı istintaq başladılıb və radioaktiv maddə prokurorluğa təqdim olunub. Radioaktiv maddəni yük çantasında daşıyan sərnişinin şəxsiyyəti haqqında hələlik məlumat verilmir.
|
|
|
Oxşar xəbərlər:
İrandan Qarabağa - təbii qaz
Xəzəri ən çox çirkləndirən ölkələrdən biri İrandır
Narko-tacir karvanının sonu görünmür
Son bir ayda - 425 kq narkotik...
İrana Azərbaycan vətəndaşlarının səfəri məhdudlaşdırılıb
|
|
|