Hal-hazırda Ayna qəzetinin 17.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Dağlıq Qarabağ separatçıları yenə dilənir
Dağlıq Qarabağ separatçıları yenə dilənir
Bakonun telemarafon təşəbbüsü puça çıxdı
Şənbə, 17.12.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Noyabrda Bako Saakyan İsveçrə, Almaniya, Argentina, Uruqvay, ABŞ və digər dövlətlərə yollanaraq erməni diasporundan, beynəlxalq kilsə və xristian təşkilatlarından bölücü bölgənin "məzlum xristian əhalisi"nə ianələr üçün bir sıra cəhdlər göstərdi. Bu sırada "Hnçak", "Ramkavar Azatakan" və "Daşnaksütyun" erməni partiyaları, humanitar təşkilatları da çox böyük çabalar göstərdilər. Ancaq bütün təşəbbüslərə baxmayaraq, telemarafon təbliğatların nəticəsi qismində Avropa və Amerika erməni icmaları və digər qurumlar Dağlıq Qarabağa 3 milyon dollara yaxın vəsait toplaya bildilər.

Bizim XİN niyə etiraz etmir?

Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın dövlət müstəqilliyini tanıdığı zaman bu ali qurumun üzvü olan bütün dövlətlər də səs vermişlər. Bu tanıma qərarında o da qeyd olunur ki, Azərbaycanın ərazi bütünlüyü də dünya birliyi tərəfindən birmənalı şəkildə qəbul edilir. 1988-ci ildən bu günə qədər Azərbaycanın ərazi bütövlüyünə xəyanət edən separatçı "DQR" rejimi hələ də ölkəmizin qanuni vətəndaşlığını qəbul etmək istəmir. Bəs bu rejimin adına dünya turnesinə çıxan separatçılara həmin dövlətlər hansı mənada viza verirlər? Azərbaycanın XİN-i bu yöndə həmin dövlətlərə nə üçün ən azından nota vermir?

Əldə etdiyimiz bilgilərə görə, onlar Ermənistan vətəndaşı olaraq xarici ölkələrə sıravi vətəndaş kimi getsələr də, məsələnin qəribə görünən tərəfi odur ki, separatçıları həmin dövlətlərdə "DQR-in rəsmi nümayəndəsi" qismində təqdim edirlər. Bir yandan Azərbaycanın ərazi bütövlüyünü tanıyan Fransa, ABŞ, Almaniya, İsveçrə, Argentina, İran və digər dövlətlər bu barədə bəyanatlar versələr də, digər yandan da "DQR" adına elə bu dövlətlərdə onları az qala rəsmi qaydada qəbul edirlər. Hətta separatçı ermənilərin şərəfinə ziyafətlər də təşkil olunur. Azərbaycanın XİN-i isə beynəlxalq aləmdə "DQR"-in adına təqdim olunan, hətta bir sıra toplantılara qatılanlarla bağlı zəruri addımlar atmır.

Bako Saakyanın ötən ay bir neçə dövlətə "işgüzar səfər"ə çıxması, separatçı rejimin xaricdəki "nümayəndəlikləri"nin daha da fəallaşması ilə müşahidə olundu. Bizim XİN xaricdə Azərbaycana qarşı hər hansı tədbirə görə dərhal reaksiya verməli və həmin dövlətləri məsuliyyətli olmağa dəvət etməli idi.

Hərbi xunta rejimli separatizm

İrəvanda dərc olunan "Qolos Armenii" həftəlik qəzetinin 2010-cu il 14 may tarixində qeyd olunur ki, hazırda "DQR"-də yaşayan erməni əhalisinin sayı 157 min nəfərdən 51 min nəfərə qədər azalıb. Onların çoxu Ermənistanın sabiq prezidenti Robert Köçəryan və indiki prezident Serj Sarqsyan hakimiyyəti dönəmində İrəvana köçmüşlər. Müəyyən qismi isə xarici ölkələrə miqrasiya etmişlər. Əli silah tuta biləcək insanlardan isə hərbi hissələr yaradılıb.

REKLAM

Onlar "DQR"-də və Ermənistanda xüsusi cəza dəstələri rolunu oynayırlar. "DQR"-lə bağlı araşdırmalar aparan Ayka Xanumyan yazır:

"Bölgədə hər xırda etiraz rejim tərəfindən nəzarətə alınır. Bako Saakyan keçmiş KQB məmuru olduğu üçün bölgəni elə həmin təfəkkürlə idarə edir. Siyasi, ictimai və hətta iqtisadi proseslərə birbaşa general mundiri geyinmiş kadrlar nəzarət edir. Təhsil naziri Vladik Xaçatryan general-mayor rütbəsinə malikdir. Mərkəzi Seçki Komissiyasının sədri Rəşid Petrosyan polis general-mayorudur. Ağdərə rayonuna istefada olan KQB polkovnik-leytenantı Vitali Danielyan, Xocavənd rayonuna istefada olan polis albayı Levon Çalyan, Laçın rayonuna polis albayı Suren Xaçatryan, Əsgəran rayonuna istefada olan general-mayor Sergey Qriqoryan, Martuni rayonuna hərbi general-mayor Nelson Soqomonyan icra başçısı təyin olunmuşlar".

Bölgədə bütün məmur kadrların hərbçilərdən ibarət olması "Freedom House" və digər beynəlxalq mərkəzlər tərəfindən də qeydə alınmışdır. Bütün icra başçıları rəhbəri olduqları bölgədə həm də yerli əhalidən ibarət hərbiləşdirilmiş strukturların "komandanı" hesab olunurlar.

25 minlik ordunu yemləmək dərdi

İrəvanda dərc olunan "Çorrord inknişxanityun" qəzetinin son icmalında qeyd olunur ki, Bako Saakyan 4 noyabrdan 5 dekabra kimi "Telemarafon - 2011" turnesində olmuşdur. Almaniya, İsveçrə, Uruqvay, Argentina və ABŞ-da erməni diaspor təşkilatları və kilsələri, eləcə də beynəlxalq humanitar yardım mərkəzlərində görüşlər keçirərək "DQR"-ə maliyyə yardımı üçün dilənmişdir. "Tetr.am" internet qəzetinin yazdığına görə, Bako Saakyan "telemarafon" tədbirlərində əvvəlki illərdən fərqli olaraq bu dəfə xeyli məyus olmuşdur. Çünki indi bütün dünyada yaşanılan maliyyə və siyasi böhranlar səbəbindən erməni icmaları "DQR"-ə heç də həvəslə lazım olan vəsaitini toplaya bilməmişlər.

Beləliklə, 2008-ci ildən indiyə kimi davam edən bir problem bu dəfə də təkrar olmuşdur. O ilin 19 fevral tarixində Ermənistanda keçirilən prezident seçkilərinin nəticəsində Serj Sarqsyana tabe olan "DQR"-dəki hərbi və digər silahlı qüvvələr seçkilərin saxtalaşdırılmasına etiraz edən əhalini gülləbaran etməsi dünya tərəfindən normal qarşılanmamışdır. Belə bir problem erməni diasporunun parçalanmasına və fikir ayrılığına səbəb olmuşdur.

Bako Saakyanın Argentinanın paytaxtı Buenos-Ayresdə məşhur erməni işadamı Eduardo Ernekyanla olan görüşü də istənilən nəticəni verməmişdir. "DQR"-lə bağlı araşdırmalar aparan əksər Qərb mərkəzlərinin fikrincə, dünyanın bəzi coğrafi nöqtələrində "xalqların öz müqəddəratını təyin etmə" siyasəti adı altında idarə olunmayan regionlar mövcuddur. Əslində bu bölgələr gizli silah və uyuşdurucu tranziti rolunda çıxış edir. Əldə olunan vəsait isə həmin regionu idarə edən hərbi xuntanın hakimiyyətinin saxlanmasına yönəldilir. Beynəlxalq səviyyədə uyuşdurucu və silah alverinin qarşısının alınması elə bu regionların çöküşü deməkdir. Çünki əksər hallarda idarə olunmayan regionlar daha çox terrorizmə dəstək verən qüvvələrin əsas dayaq nöqtəsi hesab olunur.

Qafqaz regionunda tədricən bu proseslərin qarşısının alınması "DQR", "Güney Osetiya" və "Abxaziya" kimi separatçı rejimlərin çökməsinə səbəb olmaqdadır. Hazırda "DQR ordusu" 25 min nəfəri birləşdirir. Bunca sayda hərbçini saxlamaq çox böyük maliyyə vəsaiti tələb edir. Öncələr erməni diasporunun humanitar yardımları sayəsində bütün bunlar mümkün idisə, indi diasporun işi heç də uğurlu deyil.

"DQR" nümayəndəlikləri fiaskosu

Hazırda ABŞ, Fransa, Almaniya, Kanada, Argentina, Rusiya, Ermənistan, Livan, Avstraliya, İran, Uruqvay, Yunanıstan, Kiprin yunan bölümü və digər dövlətlərdə "DQR" rejiminin "səfirlik" statusunda xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. Hansı ölkədə uydurma "erməni soyqırımı"nı tanımaq haqqında qərar verilibsə, orada bu nümayəndəliklərin də açılması paralel şəkildə strateji hədəf olaraq görülməkdədir. Fransadan sonra, ABŞ, Argentina və Uruqvayda "DQR" nümayəndəlikləri yerli erməni diaspor təşkilatları və həmin dövlətlərə məxsus xristian cəmiyyətlərinin vasitəsilə bədnam bölgəyə yardımların daha da artırılması üçün daha fəal şəkildə geniş təbliğat şəbəkələri qurublar. Amma bütün bunlara baxmayaraq, həmin təşəbbüslər və gözləntilər uğurla nəticələnməyib.

ABŞ-dakı "Linsi", "Tüfəngçiyan", "Manukyan", "Virciniya Devis" və digər erməni fondları "DQR" rejiminin saxlanılmasına heç bir maliyyə dəstəyi verməyiblər. "DQR"ə məxsus nümayəndəliklərin bu uğursuzluğunun əsas səbəblərindən biri də Ermənistan və "DQR"-ə hər il erməni diasporu tərəfindən yardımların, toplanılan ianələrin yerli hakimiyyət tərəfindən mənimsənilməsi faktları elə erməni mətbuatı tərəfindən aşkar olunduğu üçün artıq xaricdəki erməni diasporu və digər humanitar yardım fondları yardım göstərməkdə həvəsli mövqe nümayiş etdirmirlər. Bu "nümayəndəlik"lərin saxlanılması üçün erməni diasporu da maliyyə yardımlarını dayandırmalı olub.

Ukrayna, Moldova, Bolqarıstan, İspaniya, İtaliya, Hollandiya, İsveç, İsveçrə və digər dövlətlərdə artıq "DQR" nümayəndəlikləri tamamilə qapanıbdır.

"Ayastan" Fondu və "DQR"

Bako Saakyan ABŞ-ın Los-Anceles, Nyu-York, Boston, Hyuston şəhərlərindəki erməni diasporu və İsak Vardanyan, Gevork Voskanyan kimi zənginlərlə görüşündə onları "DQR"-ə yatırımlar qoymağa dəvət etsə də, heç bir nəticə əldə edə bilməyib. O, hətta ABŞ-dakı "Kilikiya Erməni Apostol Kilsəsi", "Şərqi Amerika Erməni Yeparxiyası" və digər erməni dini mərkəzlərinin rəhbərlərini də "DQR"-ə ianə yardımlarının təşkilinə səfərbər etsə də, bu təşəbbüslər ciddi nəticə verməyib. Arxiyepiskop Muşqe Martirosyan bildirib:

"Bizim apardığımız bütün təbliğatlara sadəcə "Hnçak", "Daşnaksütyun" və "Ramkavar Azatakan" tipli klassik erməni siyasi partiyalarının üzvləri məcbur olaraq bu ianə kampaniyasında iştirak etdilər. Buna görə də "Ayastan" Fonduna minnətdarıq" .

"Ayastan" Fondunun törəmə qurumu olan "Erməni Humanitar Yardımı" təşkilatı telemarafonlarda bütün cəhdlərinə baxmayaraq, ABŞ-dakı 1 milyon 800 min nəfərlik erməni əhalisi bu təbliğatlarda aktiv iştirak etməyiblər. Argentinadakı bütün Güney Amerika dövlətləri üzrə erməniləri dini və milli kimlik məsələsində birləşdirən "Müqəddəs Qriqori Lusavor Kafedral Kilsəsi", "Mari Manukyan" adına Humanitar Təhsil Mərkəzi, məşhur erməni keşişi Hisak Muradyanın, Argentina parlamentinin vitse-spikeri Oskar Ahvadın, Uruqvaydakı "Müqəddəs Nerses Kilsəsi"nin, "Erməni Apostol Kilsəsi" Yeparxiyasının, parlamentin sədri Luis Lakaylenin və deputat Elen Laurnaqanın genişmiqyaslı təbliğatları da bir səmərə verməmişdir.

"Ayastan" Fondu Los-Ancelesdəki "İran Erməniləri Birliyi" mərkəzi ilə birlikdə Suriya və Livandakı eyniadlı erməni təşkilatlarını da "DQR"-ə ianə yardımları" kampaniyasına səfərbər etsə də, heç bir uğur qazana bilməmişdir. Bako Saakyan bu dəfə "DQR"-ə yardım təbliğatına bölgədəki erməni yeparxiyasının sədri Parqev Martirosyanı da özü ilə birlikdə aparmışdı. Hər il keçirilən "Ermənistan-"DQR"-Diaspor" telemarafonları zamanı orta hesabla 12-15 milyon dollar vəsait toplanırdısa, bu dəfə 3 milyon dollara yaxın məbləğ əldə edilmişdir. "Müqəddəs Vardan Kilsəsi" (Nyu-York), "İzmirliyan Fondu" (Sürix), "Erməni Yevangelist Kilsəsi" (Paramus şəhəri, Nyu-Cersi ştatı, ABŞ), "İsveçrə Erməni Humanitar Birliyi" (Sürix) və digər mərkəzlər "Ayastan" Fondunun strategiyasına uyğun olaraq genişmiqyaslı təbliğatlar aparsalar da, gözlənilən nəticələrə nail ola bilmədilər.

İlk dəfədir ki, "Dünya Erməniləri - Ayastan Fondu" bunca uğursuzluğa düçar olmuşdur. Bu həmin fonddur ki, onun təşəbbüsü ilə 1988-1995-ci illərdə separatçı "DQR" rejiminin saxlanılması üçün bütün dünya ermənilərini səfərbər edərək ildə ən azından 500-600 milyon dollar vəsait toplayırdı. Erməni strateqlərinin etiraf etdiyi kimi, 1998-ci il 19 oktyabr tarixində İrəvanda parlamentin binasında baş verən müdhiş terror olayından sonra, hər il Ermənistan və "DQR"-ə dünya erməni diasporu tərəfindən olunan maliyyə yardımları da azalmağa başlamışdır. Çünki hər iki bölgədə hakimiyyət hərbi xunta tərəfindən nəzarətə alınmışdır.

Xaricdə yaşayan ermənilər bu iki regionun inkişaf perspektivini görmədikləri üçün yardımları dayandırmağa məcbur olublar. 



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistana ianə payı ildən-ilə azalır

Dağlıq Qarabağda növbəti "seçki" saxtakarlığı

Bölmənin digər xəbərləri
 
İranlı Rusiyadan vətənə radioaktiv maddə aparmaq istəyib
"Şeremetyevo"da bunun qarşısı alınıb

Tehran Avropanın İrandan neft almayacağına inanmır
Lakin onun neft dolu tankerləri alıcı tapmaqda çətinlik çəkməyə başlayıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər