Hal-hazırda Ayna qəzetinin 17.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
"Batmış" əmanətlər qaytarıla bilər
"Batmış" əmanətlər qaytarıla bilər
Bunun üçün müvafiq təkliflər hazırlanıb
Şənbə, 17.12.2011

mətn ölçüsü  

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycan vətəndaşlarının SSRİ dönəmindən qalan bank əmanətlərinin bərpası və qaytarılması barədə konsepsiya hazırlayıb. "APA-Economics"in məlumatına görə, İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu hazırlanan konsepsiyanın yaxın vaxtlarda müvafiq dövlət orqanlarına təqdim ediləcəyini bildirib.

İbadoğlunun sözlərinə görə, Azərbaycanda "Əmanət Bankı"ndakı əmanətlərin bərpası və qaytarılmasına hələ başlanılmasa da, əksər MDB ölkələrində oxşar proseslər artıq başa çatıb. Belə ki, 1995-ci ildə Rusiyada, 1996-cı ildə Qazaxıstanda, 1997-ci ildə Qırğızıstan və Ukraynada, 2002-ci ildə Moldovada əmanətlərin qaytarılması prosesinə start verilib və bu proses uğurla həyata keçirilib. Azərbaycanda isə ölkə vətəndaşlarının 1992-ci il yanvarın 1-nə qədər olan müddətdə keçmiş "Əmanət Bankı"na qoyduqları vəsaitlərin bərpası və qaytarılması prosesi ləngiyir. İTM vəziyyəti araşdırarkən müəyyənləşdirib ki, bununla bağlı müxtəlif vaxtlarda təşəbbüslər olub və müvafiq qanunvericilik aktları təsdiq olunub.

Mərkəzin əmanətlərin bərpası və qaytarılması ilə bağlı apardığı hesablamaların nəticələrinə görə, "Kapital Bank"ın apardığı inventarlaşma zamanı 1 986 min əmanətçi aşkar edilib. Onların əmanətlərinin ümumi həcmi 4,8 mlrd. sovet rublu təşkil edir. "Köhnə əmanətlərin struktur təhlili göstərir ki, əmanətlərin 70%-ə qədəri 2000 rubla qədər olub. Məbləği 10 000 rubldan çox olan əmanətlərin xüsusi çəkisi isə 10%-ə qədərdir. Hökumətin hazırkı maliyyə imkanları şəraitində bu vəsaitlərin 5 il ərzində - 2013-2017-ci illərdə 3 mərhələdə qaytarılması təklif olunur. Belə ki, əmanətlərin I mərhələdə (2013-2014-cü illər) 1942-ci ilə qədər anadan olanlara və ya onların vərəsələrinə, müharibə əlillərinə, I və II qrup əlillərə, qaçqın və məcburi köçkünlərə, II mərhələdə (2015-2016-cı illər) 1943-1972-ci illərdə anadan olanlara və onların vərəsələrinə, III mərhələdə (2017-ci ildə) 1973-1991- ci illərdə anadan olanlara qaytarılması təklif olunur", - deyə Q.İbadoğlu bildirib.

İTM tərəfindən əmanətlərin indeksləşdirilərək bərpası ilə əlaqədar olaraq hökumətə 3 ssenari təklif edilir. Belə ki, I ssenaridə 1000 rubladək hər 1 rubla 1 manat, II ssenaridə 1000 rubladək hər 1 rubla 90 qəpik, sonuncu ssenaridə 1000 rubladək hər 1 rubla 80 qəpik ödənilməsi təklif olunur.

Qiymətləndirmələrə görə, bu vəsaitlərin 3 ssenari üzrə indeksləşdirilərək sahiblərinə qaytarılması Azərbaycan büdcəsinə təxminən 1,5-1,8 mlrd. manata başa gələcək. Bu isə orta hesabla 1 əmanətçiyə 750-1000 manata qədər vəsaitin qaytarılacağını deməyə əsas verir.

Beləliklə, I ssenarinin maliyyələşdirilməsi dövlət büdcəsinə bütövlükdə 1,8 mlrd. manata, ildə orta hesabla 360 mln. manata, II ssenarinin maliyyələşdirilməsi dövlət büdcəsinə bütövlükdə 1,65 mln. manata, ildə orta hesabla 330 mln. manata, III ssenarinin maliyyələşdirilməsi isə bütövlükdə 1,5 mlrd. manata, ildə orta hesabla 300 mln. manata başa gələcək.

Mərkəzin ekspertlərinin fikrincə, bu layihənin icrası zamanı vətəndaşa xidmət göstərmək və onların sifarişlərini yerinə yetirmək banklar üçün o qədər də asan məsələ olmayacaq. Çünki bankların filiallarının az olması, mövcud bank sistemində xidmətlərin tez reallaşdırılması üçün avtomatlaşdırılmış sistemlərin olmaması müəyyən çətinliklər yarada bilər. Eyni zamanda, bu vəsaitin nağd formada dövriyyəyə buraxılması əhalinin alıcılıq qabiliyyətinin artmasına və inflyasiyanı stimullaşdıran amillərin fəallaşmasına gətirib çıxara bilər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Mənfəət vergisi ləğv edilir

Samir Şərifov: "SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması üçün 2012-ci ildə vəsait ayırmaq imkanları var"

Batmış əmanətlər daxili borc elan olunmalıdır

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir

Maliyyə Nazirliyi əmanətləri qaytarmaqda maraqlı deyil

Bölmənin digər xəbərləri
 
Metro cip-kartları dəyişdiriləcək
Bu dəfə də kartların pulla satılıb-satılmayacağı bəlli deyil

Neft qurtarır, hökumət neft haqqında qanun qəbul etmək istəmir
İlham Şaban: "Bu gün fondun rezervlərindən böyük həcmdə xərcləmələr olur ki..."

Toyuq məhsulları ucuzlaşır
Yazadək qiymətlər indiki səviyyədən yuxarı olmayacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər