Hal-hazırda Ayna qəzetinin 10.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Varlılar varlanır, kasıblar isə kasıblaşır
Şənbə, 10.12.2011

mətn ölçüsü  

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ekspertləri planetin müxtəlif ölkələrində ən varlı və ən kasıb insanların gəlirləri ilə bağlı hesabat dərc ediblər. Hesabatda gəlinən əsas nəticə isə heç kimi təəccübləndirməyib: varlılar varlanmaqda, kasıblar isə kasıblaşmaqda davam edirlər. Digər bir məsələ təbəqələr arasında fərqin hansı sürətlə böyüməsi olub. Avropa Birliyində, məsələn, bu sahədə sürətə görə Böyük Britaniya liderlik edir.

Tədqiqata görə, krallıqda 10 faiz daha çox təmin olunmuş vətəndaşlar ən kasıblardan 12 dəfə çox qazanırlar. Hazırda (2008-ci ilin məlumatlarına görə) ən varlı britaniyalıların orta illik gəliri 55.000 funt-sterlinq (64.200 avro) təşkil edir. Kasıblar isə ildə 4700 funt-sterlinq (5500 avro) alır. Bu fərq isə 1985-ci illə müqayisədə 8 dəfə çoxdur. Beləliklə, britaniyalıların gəlirlərinin qeyri-bərabərliyi 1970-ci illərin ortalarından bəri iqtisadi cəhətdən inkişaf etmiş ölkələr arasında ən yüksək hədlə artır.

Bu göstəricilərdən bir qədər geri İtaliya qalır. Burada ən gəlirli vətəndaşların göstəricisi ən kasıb təbəqənin gəlirindən 10 dəfə çoxdur. Onların əməkhaqqı müvafiq olaraq 49 300 və 4900 avro təşkil edir. Son 20 il ərzində varlılar və kasıblar arasında fərq artıb. O zaman əməkhaqqı fərqi 8:1 idi. Varlılar və kasıblar arasında fərq AB-nin "vicdanlı" üzvləri - Almaniya, Danimarka, İsveçrədə də artır. Burada göstərici 5:1-dir. Lakin bu rəqəm digər ölkələrlə müqayisədə az qala itib-batır. Məsələn, Braziliya, Rusiya, Hindistan və Çində ən varlılar kasıblardan 50 dəfə çox qazanır.

Ekspertlər hesab edir ki, fərq maliyyə elitasının artması hesabına həyata keçir. Dünyada 1985-ci ildən bəri varlılar və kasıbların gəlirlərinin dəyişmədiyi yeganə ölkə isə Belçikadır. Hesabatda qeyd olunur ki, son 50 ildə gəlirlərin qeyri-bərabərliyi hökm sürür. "Euromag" yazır ki, statistikaya görə, müxtəlif ölkələrdə dünyanın ən varlı adamlarının gəlirləri ən kasıb insanların gəlirlərini 10 dəfə üstələyir.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yoxsulluğun səviyyəsi düzgün ölçülmür

Az gəlirli vətəndaşlar vergidən azad ediləcək

"Yoxsulluqla mübarizədə itirilmiş onilliklər"

Yoxsulluğun səbəbi - ailələrin çoxuşaqlı olması

Bölmənin digər xəbərləri
 
Məvaciblər 10 faizdən çox artırıla bilərdi...
Çünki müvafiq sferalarda çalışanların məvacibləri ölkə üzrə orta aylıq əməkhaqqından aşağıdır

Rusiyadan miqrant pulları 30 faiz azalıb
Azərbaycanlıları orada bir problem gözləmir

Avtobuslarda bahalaşma gözlənilmir
İntellektual İdarəetmə Sisteminə keçid buna zəmin yaratmır

Metroda bir sərnişinin daşıma xərci 22 qəpik...
Metropolitenin rəisi isə bu rəqəmin 72 qəpik olduğunu iddia etdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər