Hal-hazırda Ayna qəzetinin 10.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Metroda bir sərnişinin daşıma xərci 22 qəpik...
Metropolitenin rəisi isə bu rəqəmin 72 qəpik olduğunu iddia etdi
Şənbə, 10.12.2011

A.Akif mətn ölçüsü  

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun dediyinə görə, bir çox ölkəyə nisbətən Azərbaycanda metroda gediş haqqı aşağıdır. Böyük Britaniya və dünyanın digər inkişaf etmiş ölkələrində həyat səviyyəsini Azərbaycanla müqayisə edən Əhmədov bildirir ki, o ölkələrdə metroda bir nəfərin gediş haqqı ölkəmizdən kifayət qədər çoxdur. Onun sözlərinə görə, metroda bir nəfərin gediş haqqı 72 qəpiyə başa gəlir, ancaq hazırda gediş haqqı 20 qəpikdir.

"Güzəran" Sosial Araşdırmaları Mərkəzinin sədri Qadir İbrahimli Azərbaycandakı gediş haqlarını dünya ölkələri ilə müqayisə etməyi gülünc sayır. Çünki xarici ölkələrdə metropoliten işçilərinin maaşları çox yüksəkdir və bu, maya dəyərində oturub. Azərbaycanda isə metro işçilərinin məvacibi dəfələrlə aşağıdır. Bundan əlavə müqayisə etdikləri ölkələrdəki xidməti Bakı Metropoliteninki ilə bir araya qoymaq mümkün deyir. Məsələn, orada qatarlar arasında intervallar maksimim 1 dəqiqədirsə, Bakıda minimum 2 dəqiqədir, bəzən 12 dəqiqəyə qədər uzanır.

Öyrəndik ki, iqtisadçı metroda sərnişin daşımanın maya dəyərini araşdırıb. Onun sözlərinə görə, bir sərnişinin daşıma xərci ən yaxşı halda 22 qəpiyə başa gəlir. İqtisadçi qeyd edir ki, ildə 2,2 milyon sərnişin metrodan istifadə edir. Bir ildə sərnişin daşınmadan 44 milyon manat vəsait əldə edilir. Hesab etsək ki, maya dəyəri 72 qəpikdir, o zaman Metropolitenin saxlanması üçün ildə 159 milyon manat vəsait lazımdır. Bunun 44 milyon manatı sərnişin daşınmadan əldə edilirsə, digər hissəsi dövlət büdcəsi hesabına ödənilir. 2012-ci ilin dövlət büdcəsinə ayrılan vəsaiti nəzərə alsaq, investisiya xərcləri istisna olmaqla, orta hesabla 17 milyon manat pul ayrılıb:

"Belə çıxır ki, dotasiya ilə birlikdə metropolitenə il ərzində 61 milyon vəsait bəs edir. Amma Tağı Əhmədov 72 qəpik deyəndə bu rəqəmin nəyə əsaslandığı məlum deyil".

Q.İbrahimlinin sözlərinə görə, metroda yerləşdirilən reklamlardan və ticarət obyektlərindən əldə olunan vəsait gizlədilir: "Bura qara bazara çevrilib. Tağı Əhmədovun özü də etiraf edir ki, burada yığılan vəsaitin heç kimə dəxli yoxdur. Ona görə də burada dövr edən milyonlarla vəsaiti hesablamaq mümkün deyil".

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müxalifət etiraz aksiyalarına hazırlaşır

Oktyabrın 25-də qış vaxtı başlayır

Bakı metrosunda qadın qatarın yoluna yıxılıb

Metroda aeroport qaydaları

Daha bir metro stansiyası açıldı

Bölmənin digər xəbərləri
 
Məvaciblər 10 faizdən çox artırıla bilərdi...
Çünki müvafiq sferalarda çalışanların məvacibləri ölkə üzrə orta aylıq əməkhaqqından aşağıdır

Rusiyadan miqrant pulları 30 faiz azalıb
Azərbaycanlıları orada bir problem gözləmir

Avtobuslarda bahalaşma gözlənilmir
İntellektual İdarəetmə Sisteminə keçid buna zəmin yaratmır

Varlılar varlanır, kasıblar isə kasıblaşır




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər