Azərbaycanlı deputat səfirliyə hücumu pisləyib
|
Şənbə, 10.12.2011
|
|
mətn ölçüsü |
|
|
|
Xatəminin prezidentliyi dövründə ölkənin səhiyyə naziri işləmiş, hazırda Təbriz, Üskü və Azərşəhr ( türk adı - Tufarqan) şəhərlərinin deputatı olan doktor Məsud Pezişkian Böyük Britaniya səfirliyinə hücumu pisləyib. Azərbaycanlı deputat bu hərəkətin beynəlxalq qanunlara zidd olduğunu deyib: "Əgər biz diplomatik qaydalara inanırıqsa, onda qanuni yollarla hərəkət etməliyik".
Məsud Pezişkian bildirib ki, İran hökuməti diplomatların təhlükəsizliyini mütləq təmin etməlidir: "Axı onların ölkədə fəaliyyət göstərməsinə özü razılıq verib. İndiki şəraitdə bütün dövlətlərlə əlaqələri pozmaq və düşmənçilik yaratmaq düzgün deyil".
|
|
|
|
|
|
|