Hal-hazırda Ayna qəzetinin 10.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Səid Muğanlı barədə həbs qərarı qüvvədə qalır
Səid Muğanlı barədə həbs qərarı qüvvədə qalır
Onu mövcud quruluş əleyhinə şeirlər yazmaqda suçlayırlar
Şənbə, 10.12.2011

mətn ölçüsü  

İranda türk dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlının apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsində keçirilən prosesdə onun etirazı rədd edilib və aşağı instansiya məhkəməsinin azərbaycanlı jurnalist barəsində çıxardığı həbs qərarı qüvvədə saxlanılıb. Səid Muğanlı 6 aylıq həbs cəzasını çəkmək üçün yaxın günlərdə həbsxanaya aparılacaq.

Azərbaycanlı jurnalist Səid Muğanlı Təbriz İnqilab Məhkəməsi tərəfindən İrandakı mövcud quruluşun əleyhinə şeirlər yazmaqda ittiham olunaraq 6 ay azadlıqdan məhrum edilib.

Bu ölkədə hazırda 42 jurnalist həbsdə saxlanılır və İran həbsdə olan jurnalistlərin sayına görə dünyada birincidir. Ümumi rəqəmə görə, hazırda dünyada 179 jurnalist peşə fəaliyyəti ilə əlaqədar həbsdədir. "Lenta.ru" xəbər portalına istinadən, bu rəqəmi Jurnalistlərin Müdafiəsi Komitəsi (Committee to protect journalists) açıqlayıb. Komitə həbsdə olan jurnalistlərin sayına görə İranın birinci yerdə olduğunu bildirib. İlk onluqda Eritreya (28), Çin (27), Vyetnam (9), Türkiyə, Suriya (8), İsrail və Fələstin Muxtariyyəti (7) də var. Ötən illə müqayisədə həbsə atılan redaktor, müxbir və fotojurnalistlərin sayı daha 34 nəfər artıb.

Yeri gəlmişkən, İranda insan hüquqlarının pozulması ilə bağlı BMT məruzə hazırlayacaq. "İranda insan haqlarının pozulması bu ölkədə ümumi vəziyyətin acınacaqlı olmasından xəbər verir" (APA). Bu sözləri İranda insan haqlarının durumu ilə bağlı məruzə hazırlamaq üçün Avropa ölkələrinə səfər edən BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid bildirib. Fransadan sonra Almaniyaya səfər edən BMT təmsilçisi burada da iranlı siyasi mühacirlər ilə görüşüb:

"Görüşlərimdə əsas məqsəd İranda pozulan insan haqları ilə bağlı daha ətraflı məlumat əldə etməkdir. İran ölkədə araşdırma aparmağa icazə vermədiyindən bu ölkədəki insan haqlarının durumu ilə bağlı informasiyaları ancaq Avropanın İran əsilli sakinlərindən əldə edə bilirəm. Çalışıram ki, İranda son prezident seçkilərindən əvvəl və sonra bu ölkədən çıxmış siyasi mühacirlərlə görüşüm".

İranda həbs olunmuş, işgəncələr görmüş və edam edilmiş insanların ailələri ilə əlaqə saxlamaq istədiyini bildirən Əhməd Şəhid növbəti səfərinin Kanadaya olacağını bildirib:

"Bütün görüşlərimdə aldığım məlumatları toplayaraq geniş məruzə hazırlayıb BMT-nin İnsan Haqları Şurasına təqdim edəcəyəm.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İran parlamentinin deputatları danışdı

Ermənistanın kölə vəziyyəti Kremlə sərf edir

Möhlət Müslümov Təbrizdə çıxış edəcək

Miniatür sənətinə də diqqət yetirildi

Yerevan yeni səfirini təyin etdi

Bölmənin digər xəbərləri
 
Azərbaycan Milli Hökuməti - 66
Azadlıq idealı məntiqi sonluğuna qovuşmalıdır

Təbrizdən bizə qarşı əcaib təhdidlər davam edir
Bu fikirləri söyləyənlərin başında, deyəsən, çox şey qarışıb

Jurnalist girov müqabilində sərbəst buraxılıb


Azərbaycanlı deputat səfirliyə hücumu pisləyib




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər