Hal-hazırda Ayna qəzetinin 10.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyətdən ailəyə  
 
 
Ailə-məişət mövzusunda maariflənməyə ehtiyac var
Ailə-məişət mövzusunda maariflənməyə ehtiyac var
Bəzən jurnalistlər ailənin faciəsini düşünmürlər
Şənbə, 10.12.2011

A.Əhmədova mətn ölçüsü  

Mətbuat hər bir ailəyə, vətəndaşa bilavasitə təsir göstərir. Odur ki, jurnalistlərin bu sahədə yüksək professional dəyərlərə istinad etməsi, problemlərlə dərindən tanış olması, belə faktları işıqlandırarkən peşə etikasına riayət etməsi vacibdir. Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində "Gender əsaslı məişət zorakılığının aradan qaldırılması məqsədilə cəmiyyətin maarifləndirilməsində KİV-in rolu" mövzusunda təlim-seminar kecirilib.

Komitə sədri Hicran Hüseynova bildirib ki, bu gün jurnalistika kimi çətin peşə sahiblərinin içərisində qadınlar az deyil, onlar kişi həmkarları ilə birlikdə jurnalist peşəsinin ağırlığını öz çiyinlərində daşıyırlar. "Baxmayaraq ki, qadın jurnalistlərin peşəkarlıq baxımından özünütəsdiqi daha mürəkkəbdir", - deyə komitə sədri vurğulayıb.

Hüseynova bildirib ki, tək Azərbaycanda deyil, bütün dünyada jurnalistika çox məsuliyyətli fəaliyyət sahələrindən hesab olunur: "Media işçiləri unutmamalıdırlar ki, dərc olunan, efirdə nümayiş edilən hər bir məişət zorakılığı faktının arxasında insan və onun taleyi dayanır. Dözümlü, tolerant yanaşma nümayiş etdirən, aydın, dəqiq faktlara əsaslanan jurnalist işlərinə cəmiyyətin böyük ehtiyacı var".

Milli Televiziya və Radio Şurasından Sona Vəliyeva isə bildirib ki, qloballaşan ailə modelində Azərbaycan ailəsinin xüsusi yeri olduğu üçün jurnalistlər bu mövzuda həssas olmalıdırlar:

"Biz bu gün düşünməliyik, ailə və onun ətrafında baş verənlər haqqında necə yazaq ki, bu sahədə baş verənləri düzgün məcraya yönəldə bilək. Azərbaycan ailəsi min illərin təcrübəsini özündə toplayan milli-mənəvi dəyərlər sistemini özündə ehtiva edir. Azərbaycan dövləti milli-mənəvi amillərə, o cümlədən ailəyə böyük dəyər verərək onu dövlət siyasətinin tərkib hissəsi hesab edir. Jurnalistlər də daim bu prinsipi rəhbər tutsalar, yaxşı olar".

MTRŞ üzvü onu da jurnalistlərə xatırladıb ki, əgər bu gün hansısa şəxs ailədə, istərsə də cəmiyyətdə zorakılığa məruz qalırsa, bu, tək onun yox, onun ətrafının problemi hesab olunur: "O zaman belə nəticəyə gəlmək olar ki, həmin şəxsin timsalında cəmiyyətin bir hissəsi narahatlıqlar yaşayır. Mən çox istərdim ki, bu sahədə yazan jurnalistlər bu konteksti nəzərdən qaçırmasınlar".

"Azərbaycanda yeni ailə quran gənclərin ailə-məişət mövzusunda maarifləndirilməsi üçün istər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında, istərsə də digər formada layihələrə ehtiyac var" - Vəliyeva qeyd edir ki, yeni ailə quran gənclərlə gələcəkdə üzləşəcəkləri problemlər və bir sıra məsələlərlə bağlı vaxtında müzakirələr aparılmalıdır. "Bu gün insanların əsəbi o qədər gərgindir ki, onlar qadir olduqları və bacardıqlarına deyil, rastlarına çıxanlara malik olmaq istəyirlər. Ona görə də onların vaxtında maariflənməsinə nail olmaq lazımdır" - Vəliyeva bir MTRŞ üzvü olaraq bu kimi məqamlarda diqqətli olmağı tövsiyə edir. Məişət zorakılığı mövzusunda jurnalistlərin diqqətli olmalarının vacibliyini qeyd edən MTRŞ üzvü bildirib ki, bəzən jurnalistlər ailənin faciəsini düşünmədən yayımlayırlar, halbuki bu məsələdə "çox diqqətli olmaq lazımdır".

Sona Vəliyeva onu da bildirib ki, bəzi telekanallarda xalqın xeyrinə və maariflənməsinə faydalı olan verilişlər reytinq gətirmədiyi üçün təəssüf ki, bağlanıb. MTRŞ bu işlərə birbaşa müdaxilə edə bilməz, amma bu verilişlərə məsul olan şəxslərin öz içində daxili senzura olmalıdır: "Eyni zamanda jurnalistlər ekranlarda qoyduqları məsələlərə diqqətlə yanaşmalıdır. Bu gün verilişlərdə əksər sözlərin məğzinə varsaq görərik ki, çoxu kriminaldır. Bu, adətən hansısa ailənin yaşadığı faciədən bəhs edən verilişlər zamanı ortaya çıxır. Həmin verilişlər hazırlanarkən o qədər diqqətli olmaq lazımdır ki, müzakirə olunan faciə özü başqa bir faciə törətməsin".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Elçibəy ailəsi yardım təklifini qəbul etmir

Bu il 47 qadın ailə problemləri zəminində həlak olub

Bu il 105 uşaq bioloji ailələrinin himayəsinə qaytarılıb

Dünya əhalisinin sayı artır

1500 manatla "Özünədəstək"?

Bölmənin digər xəbərləri
 
Azərbaycanlılar xəstə uşağı övladlığa götürməkdən imtina edirlər
Yerli vətəndaşın övladlığa uşaq götürməsilə müqayisədə əcnəbi üçün bu xeyli çətin prosedurdur

Gənc ailələrin sosial müdafiəsi ilə bağlı yeni qanun layihəsi hazırlanacaq


Nikah kəsdirmək istəyənlər elektron qaydada müraciət edə bilərlər


"Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun kommentariyası nəşr olunub


"Diabeti olan bir uşaq ailə üçün böyük narahatlıqdır"


Aynur Sofiyeva: "Nikahdan öncə tərəflərin tibbi müayinədən keçməsi vacibdir"


Uşaqların irsi xəstəliklə doğulmasının qarşısı alına bilər


Ailə vəziyyətinə görə hərbi xidmətə çağırışa möhlətin şərtləri müəyyənləşdi


Dünya ölkələrinin əhali sayı reytinqi tərtib olunub


Hansı adlar populyardır?


60 min gəncin mənzil problemi var


Qadın sahibkarların təqdim etdiyi 1147 layihə maliyyələşdirilib




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər