Hal-hazırda Ayna qəzetinin 03.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Sülhəddin Əkbər: "Prosesə xarici xüsusi xidmət orqanları cəlb olunmalıdır"
Rafiq Tağının öldürülməsi ilə bağlı aparılan istintaqa təklif verildi
Şənbə, 03.12.2011

C.Məzahiroğlu mətn ölçüsü  

"Yazıçı publisist Rafiq Tağının ölümündə İran xüsusi xidmət orqanlarının əli olmasına dair ehtimallarla bağlı fikir söyləmək üçün əldə məhkəmə səviyyəsində sübut oluna biləcək dəlillər, faktlar lazımdır". Bu fikri Avroatlantik Şuranın sədri Sülhəddin Əkbər bildirib.

"Bunu ancaq peşəkar səviyyədə aparılan istintaq müəyyən edə bilər. Amma eyni zamanda bəllidir ki, Rafiq Tağı 2006-cı ildə yazdığı "Avropa və biz" məqaləsinə görə İranın iki ayətullası onun qətli ilə bağlı fitva vermişdi. Ölümündən sonra da İrandan bu ölümün gerçəkləşdirilməsinin müsbət qarşılandığı haqda bəyanat verildi. Təbii olaraq, istintaq orqanlarına bu, imkan verir ki, məhz bu istiqamətdə başlıca versiya olaraq istintaq aparılsın", - deyə o bildirib.

R.Tağının qətlə yetirilməsi ilə bağlı istintaqın sona qədər aparılaraq cinayətkarın tapılacağına ümid etmədiyini bildirən S.Əkbərin fikrincə, Azərbaycanda xarici dövlətlərin, xüsusilə də Rusiya və İranın xüsusi xidmət orqanlarının törətdiyi cinayətlərin heç biri bu günə qədər açılmayıb. Sülhəddin Əkbərin sözlərinə görə, əgər xarici xüsusi xidmət orqanları Rafiq Tağının ölümü ilə bağlı inkarolunmaz faktlar ortaya qoyarsa, Azərbaycan tərəfi pis vəziyyətdə qala bilər:

"Mənə elə gəlir ki, Azərbaycan ictimaiyyəti, eyni zamanda Rafiq Tağının ailəsi tələb etməlidir ki, bu istintaq prosesinə xarici xüsusi xidmət orqanları cəlb olunsun. Türkiyə, ABŞ və Avropa Birliyi ölkələrinin xüsusi xidmət orqanları bu araşdırmada iştirak etməlidir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Cabbar Savalanlının istintaq müddəti artırıldı

7 hərbçinin ölümü ilə bağlı istintaq yekunlaşıb İş məhkəməyə göndərilib

Hərbi prokurordan açıqlamalar

Hücumda şübhəli bilinən şəxs kameralarda qeydə alınıb

Sülhəddin Əkbər: "NATO-nun Qafqaz siyasətində ciddi dəyişikliklər edilməlidir"

Bölmənin digər xəbərləri
 
Ziyalılar Forumu yenə toplaşmağa hazırlaşır
Dekabrda növbəti iclas olacaq

Xalq qiymət artımından razıdır
Gənclərin metroda qiymət artımına qarşı aksiyası dəstəklənmədi

Parlament büdcə müzakirələrinə qayıdır
Dekabrın 6-da Milli Məclis iclasa toplaşır

Deportasiyadan 23 il keçdi
Bu hadisə anılıb

Baş Prokurorluqdan yeni korrupsiya siyahısı
Korrupsiyaya qarşı mübarizə tədbirləri barədə yeni məlumat açıqlanıb

Mina qurbanları
Azərbaycanda onların sayı Güney Qafqazın digər ölkələrindən 2 dəfə çoxdur

Hücumda şübhəli bilinən şəxs kameralarda qeydə alınıb
Rafiq Tağının ateist olmağı barədə fikirləri isə özü mətbuatda alt-üst edib

Vəkilər ucarda həbs edilən hüquq müdafiəçisi ildə görüşüblər
Taleh Xasməmmədov polisin kabinetində polisə müqavimət göstərməkdə təqsirli bilinərək həbs edilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər