Hal-hazırda Ayna qəzetinin 03.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Kimin ordusu güclüdür: İranın, yoxsa İsrailin?
Kimin ordusu güclüdür: İranın, yoxsa İsrailin?
Məsələ heç də kəmiyyətdə deyil
Şənbə, 03.12.2011

S.Soltan mətn ölçüsü  

İran hakimiyyəti ölkənin sərhədləri daxilində tez-tez hərbi manevrlər keçirir. Ötən həftə İnqilab Keşikçiləri Qvardyası hərbi təlimləri başa vurdu, həftənin əvvəlində isə Tehran körfəzdəki neytral sularda hərbi manevrlər keçirməyə başlayıb.

Bu təlimlər zamanı hakimiyyət bir qayda olaraq ölkə əhalisinə və beynəlxalq ictimaiyyətə öz silahlarını nümayiş etdirir, yeni silahların "uğurla sınaqdan" keçirildiyini elan edir və s. Tehranın bu yarışda daha çox İsraillə özünü müqayisə etməyə, onları sürətlə silahlanmada ötıb keçməyə çalışdığı gözdən qaçmır.

Bu iki dövlət arasında qarşılıqlı söz deyişməsi, informasiya savaşının davam etdiyi bir vaxtda onların silahlı qüvvələrinin qüdrəti barəsində məlumat yayılıb. "Oqonyok" jurnalının builki 45-ci sayında bununla bağlı material dərc edilib və burada kimin ordusunun daha qüdrətli olduğu barədə təsəvvür yaranır.

İran silahlı qüvvələri

Bu ölkənin iki müstəqil hərbi qurumu var - Ordu (şahdan qalma sayılan bu quruma "ərteş" də deyirlər) və İnqilab Keşikçiləri Qvardiyası ("sipah"). Onların ümumi sayı 523 min nəfərdir. Bu sayın 450 mini quru qoşunlarında, 43 mini Hərbi Dəniz Donanmasında, 30 mini Hava Hücumundan Müdafiə Qüvvələrində xidmət edir.

Bundan başqa, 350 min ehtiyat qüvvəsi var ki, onların 40-60 mini yarımhərbi qurumların əməkdaşlarıdır. Qvardiyanın tabeliyində olan, qadın, hətta yeniyetmə və uşaqların da üzv olduğu 12,6 milyon bəsic də (qvardiyanın əsas kadr bazası, yarımhərbi dəstə) ehtiyat qüvvə sayılır.

Quru qoşunlarında 1700 tank (420-si Rusiya istehsalı T-72, 100-ü isə İranın quraşdırdığı "Zülfiqar"), 610 "BMP", 640 "BTR", 8200 ədəd artilleriya qurğusu, 200-ə yaxın helikopter ("Cobra", "Chinook", "Mi-17", "Mi-8") var.

İran Hərbi Dəniz Donanması 1990-cı illərin əvvəlində Rusiya istehsalı "877EKM Paltus" tipli sualtı qayığa malikdir. Bundan başqa, 7 ədəd "Güadir", 3 ədəd isə "əl-Sabehat" tipli İran istehsalı sayılan sualtı qayıqları var.

İran sahillərini 4 ədəd "Alvand" tipli freqat və 3 ədəd "Bayandur" korvet, kiçik katerlər, eləcə də üzərində raket qurğusu yerləşdirilmiş "HY-2 Silkworm i YJ-2" qoruyur.

İranla İsrail arasında ümumi su sərhədi olmasa da, bu ilin sentyabrında Tehran "əməliyyat məlumatları toplamaq üçün" Qırmızı dənizə sualtı qayıqlar çıxarmışdı.

Hava Hücumundan Müdafiə Qüvvələrinin 300-ə yaxın təyyarəsi, o cümlədən 130 qırıcısı (ABŞ istehsalı "F-1", "F-5", "F-7", "F-14" və Rusiyanın "MiQ- 29"u), 170 hücum təyyarəsi ("Su-25", "Su-24", "F-4") mövcuddur.

Yazıda vurğulanıb ki, İran hərbi hava qüvvələrinin texnika parkının 60 faizi ciddi əsaslı təmirə ehtiyac duyur. İran Hava Hücumundan Müdafiəsində 10 ədəd "ZRK S-200", 45 ədəd "S-75", 29ədəd "Tor-M1" və başqaları mövcuddur. Nəhayət, İranın 12-16 "Shahab" ballistik raketinin olduğu qeyd edilib. Bu raketlər 1,5 min kilometrdəki hədəfi vurmaq qabiliyyətindədir.

İsrailin Müdafiə Ordusu (TSAXAL)

Bu orduda 176,5 min nəfər, o cümlədən 133 mini quru qoşunlarında, 9,5 mini donanmada, 34 mini Hərbi Hava Qüvvələrində xidmət edir. Yarımhərbi təşkilatdakıların sayı 8 min nəfərdir. Savaş olacağı halda İsrail 560 min ehtiyat hərbçini səfərbər edə bilər.

TSAXAL-ın 3500 zirehli texnikası var. Özlərinin istehsalı olan 1500 ədəd "Merkava" tipli tankı İranda fiziki və mənəvi cəhətdən qocalmış uyğun texnikanı üstələyir. Müdafiə Ordusunun "Magach-7" tipli 100 tankı, ABŞ istehsalı olan modifikasiya edilmiş 700 ədəd köhnə "M-60", 560 ədəd "M-48679656E3B", Britaniya istehsalı 200 ədəd "Centurion"u var.

İsrail ordusunda 10,5 min ədəd "BTR", 5,5 min artilleriya qurğusu (620-si özüyeriyən, 450-si qoşqulu, 220-si atəş sistemli və 4100-ü isə minaatanlardır).

Donanmanın 3 sualtı "Dolphin"i, 60-a yaxın kateri var.

Yəhudi dövlətinin Hərbi Hava Qüvvələri bölgənin ən güclüsü sayılır. Onun 460 ədəd aviatexnikası, o cümlədən 170 qırıcısı (ABŞ istehsalı olan "F-15" və "F-16") və 270 hücumçu (ABŞ-da istehsal olunan "A-4", "F-4", "F-16D", "F-16", İsraildə hazırlanmış "Kfir"), eləcə də "Cobra" və "Apache" tipli 80 döyüş helikopteri mövcuddur.

Hava Hücumundan Müdafiə hissələrində "ZRK Arrow" tipli 3 batareyası, "Patriot"-lu 6 batareyası, "Improved Hawk" sistemli 17 batareyası var. Bundan başqa, mütəxəssislərin hesablamasına əsasən, Təl-Əviv 6,5 km-likdəki hədəfi vura biləcək "Jerichoa" quraşdırılmış 200 ədəd nüvə başlığına malikdir. Doğrudur, yəhudi dövləti sonuncu silahının varlığını nə inkar, nə də təsdiq edir.

Bir də məsələ heç də kimin silahının daha modern olmasında, əsgərlərinin say çoxluğunda deyil. Fikrimizcə, başlıcası əlində olanla düşməni yerində oturtmaq bacarığıdır...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanın "Xəzri"si düşmənləri əsdirəcək

Ermənistan ordusunun çağırışçı problemi

Orduda itkilər artır

Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib

Orduda ruhani təsisatı ideyası?

Bölmənin digər xəbərləri
 
Mücərrəd savaş meydanı
Dağıstan poliqonunda bütün tərəflər özlərini haqlı sayır

İran Türkiyəni vurmaq istəyir?
Lakin bu hədə ciddiyə alınırmı?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər