Hal-hazırda Ayna qəzetinin 03.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
"İmam Xomeyni" məscidinin axundu həbs olunub
"İmam Xomeyni" məscidinin axundu həbs olunub
O, bir neçə maddə ilə təqsirləndirilir
Şənbə, 03.12.2011

mətn ölçüsü  

Bülbülə qəsəbəsində fəaliyyət göstərən "İmam Xomeyni" məscidinin icma rəhbəri Hacı Məsim Novruzov həbs olunub. APA-nın məlumatına görə, o, vergidən yayınma ittihamı ilə saxlanıb. Hacı Məsim Novruzov eyni zamanda "İmam Xomeyni" məscidinin axundudur.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Məsim Novruzov 2 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyasının hökmündən verilən apellyasiya şikayəti isə baxılması üçün hakim Həsən Əhmədovun icraatına verilib.

İttihama görə, Məsim Dəmir oğlu Novruzov Cinayət Məcəlləsinin 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 310-cu (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) maddələri ilə təqsirləndirilib.

Həbs olunan Məsim Novruzov "Cəfəri" heyətinin rəhbəri Hacı Abgül Süleymanovun və "İslam-azeri.az" internet qəzetinin baş redaktoru Ramin Bayramovun qayınatasıdır. Abgül Süleymanov və Ramin Bayramov isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub. Adıçəkilən şəxslər Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşlar törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinir. Keçirilmiş baxışlar nəticəsində hər iki şəxsdən narkotik maddələr aşkarlanaraq götürülüb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Adi zarafatın səbəb olduğu qətl
İndi cəzasını 9 il dəmir barmaqlıq arxasında çəkməli olacaq

Sərxoşların "musiqi zövqü" ağır cinayətə yol açdı
Kartof sahəsində işləyən fəhlələr yeyib-içəndən sonra maqnitofonu işə salıblar...

Saxta diplomlarla bağlı proses yekunlaşır
Bir həftə sonra geniş bilgi veriləcək

Cinsi zorakılıq törədənə 1 il 6 ay?
Lakin zərərçəkmiş tərəfin narazılığı qəbul edilməyib

Quldur dostların "işi gətirməyib"
Hərəsinə 8 il 6 ay...

İrandan narkotik daşıyanlar məhkəmə qarşısında


Qudalar arasında bıçaqlaşma
Arvadını döyüb, sonra 8 qohumunu qana qərq etdi

İmişli rayonunda törədilən qətlin üstü açılıb


"Nissan"dan 218 min dollar oğurlanıb


"Toyota-Prado"dan pul oğurlayan şəxs tutulub


Restorandan 64 min manat oğurlanıb


Molla mollanı maşınla vurub öldürüb


Cəzaçəkmə Müəssisəsinə 2 telefon keçirmək istəyib


Dələduz "baş redaktor" tutulub


Saatlıda narkotik alverçiləri yaxalanıblar


Qayınata kürəkənini xüsusi amansızlıqla öldürüb


Şəmkirdə ata və oğul bıçaqlanıb




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər