Hal-hazırda Ayna qəzetinin 03.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
"Yoxsulluqla mübarizədə itirilmiş onilliklər"
"Yoxsulluqla mübarizədə itirilmiş onilliklər"
Göstərici orta səviyyələrə çatsa da, Güney Qafqazda sonuncuyuq
Şənbə, 03.12.2011

A.Əhmədova mətn ölçüsü  

Ayrı-ayrı dövlətlərin sosial siyasətinin və qlobal sosial trendlərin monitorinqi ilə məşğul olan Socal Watch International təşkilatı son iyirmi ili "yoxsulluqla mübarizədə itirilmiş onilliklər" hesab edir. Bu qurumun hər il müntəzəm işləyib hazırladığı "Basic Carabilities Index"inin (BCI) 2011-ci il üzrə hesabatında göstərilir ki, son iyirmi ildə dünya ticarəti (ixrac üzrə) 5 dəfəyə yaxın artaraq 1990-cı ildəki 781 milyard dollar səviyyəsindən 2010-cu ildə 3.7 trilyon dollara çatıb. Planetimizin hər bir sakininə düşən milli gəlir isə 2 dəfədən çox artaraq 1990-cı ildəki 4079 dollar həddindən 2010-cu ildə 9116 dollar həddinə yüksəlib. Ancaq bütün bunlarla yanaşı, mühüm sosial inlikatorların (uşaq ölümlərinin sayı, təhsilə cəlbedilmə səviyyəsi, peşəkar tibb işçilərinin iştirakı ilə həyata keçirilən doğumların sayı və s.) məcmusu kimi hesablanan BCI iyirmi ildə çox cüzi dəyişib.

İqtisadçı-ekspert Kənan Aslanlı deyir ki, XXI əsrin ilk onilliyində dünya ticarəti və adambaşına düşən milli gəlir əvvəlki onillikdən daha sürətli artıb, yoxsulluqla mübarizənin nəticələrində isə qlobal səngimə müşahidə edilib:

"Əsas səbəb iqtisadi artım və çiçəklənmə nəticəsində yaranan faydaların və gəlirlərin qeyri-bərabər və ədalətsiz bölgüsüdür. Hazırda dünya iqtisadiyyatında baş verənlər "iqtisadi bum"un yerini tədricən iqtisadi durğunluğa verəcəyini söyləməyə əsas verir. Beləliklə, dünya üzrə yoxsullar və həssas sosial qruplar iqtisadi böyümədən fayda götürməsələr də, iqtisadi tənəzzüldən ciddi şəkildə əziyyət çəkəcəklər. Onsuz da pis olan həyat səviyyələri bundan sonra daha da pisləşəcək. Son iyirmi ildə daha da pisləşən ekoloji mühitin də əsas qurbanları məhz yoxsullardır. Sosial indikatorların çox cüzi dəyişdiyi son on ildə atmosferə atılan karbon-dioksid tullantısının adambaşına düşən norması 4.1 tondan 4.6 tona (kömür ekvivalenti ilə) yüksəlib".

İqtisadçının fikrincə,"Socal Watch International"ın sözügedən indeksi bunu daha aydın göstərdi. Çünki BCI bir indeks olaraq yoxsulluğun ölçülməsinin alternativ vasitəsidir. Belə ki, yoxsulluğun ölçülməsinin aparıcı alətləri bu günə qədər monetar xarakterli olub və gün ərzində 1-2 dollardan az vəsait qazanan insanların sayını ölçmək əsas götürülüb. BCI isə yoxsulluğun və rifahın ölçülməsinə qeyri-monetar tərəfdən yanaşaraq insanın sağlam böyüməsi və normal həyat sürməsi üçün həyati əhəmiyyətə malik olan baza göstəricilərinə əsaslanır.

Kənan Aslanlı həmin göstəriciləri açıqlıdı: "5 yaşına çatmamış uşaqların ölüm səviyyəsi, peşəkar tibb işçilərinin iştirakı ilə həyata keçirilən doğumların sayı, ibtidai təhsil pilləsinə cəlb edilənlərin xüsusi çəkisi, orta təhsili başa vuranların xüsusi çəkisi, böyüklər arasında savadlılıq səviyyəsi. İndeks 1-100 bal intervalında dəyişir və 100 bal sosial sferanın baza göstəricilərinin tam təmin olunduğunu nümayiş etdirir. Azərbaycanın göstəricisi indeksdə nisbətən yaxşılaşaraq orta səviyyələrə çatsa da, hələ də Cənubi Qafqazda sonuncuyuq... ".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Maliyyə Nazirliyi əmanətləri qaytarmaqda maraqlı deyil

Yoxsulluğun səviyyəsi düzgün ölçülmür

Vüqar Bayramov: "Gələn il əmanətlərin qaytarılacağı gözlənilmir"

Büdcə hesabatları məzmunlu və əhatəli yazılmır

Az gəlirli vətəndaşlar vergidən azad ediləcək

Bölmənin digər xəbərləri
 
Rus rublu və türk lirəsi də pis olmaz
Bu qərar Neft Fondunun manevr imkanlarını artırar

Vergi yükünün aşağı salınması ikili mühasibatlığı aradan qaldırar
Öz növbəsində, dövlət büdcəsinə yığımlar artar

Bakının mərkəzində yeraltı avtomobil dayanacaqları tikiləcək


Külli miqdarda pirat CD və DVD disklər aşkarlanıb




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər