Hal-hazırda Ayna qəzetinin 03.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Tələbələr davamlı təzyiq altında
Hakimiyyət onlardan daha çox qorxur
Şənbə, 03.12.2011

mətn ölçüsü  

Güney azərbaycanlı tələbələrə qarşı hakimiyyətin təzyiqləri ara vermir. Bu günlərdə Binab şəhərinin yerli universitetinin bir qrup tələbəsi həmin ali təhsil ocağının təhlükəsizlik bölməsinə çağırılıb. Onlar hədələnməklə yanaşı, "Qərbyönlü siyasi-ideoloji cərəyanlara bağlılıqda və pantürkizmi təbliğ etməkdə" suçlandırılıblar. Hakimiyyətin bu yerli qurumu onlara özünəməxsus "xəbərdarlıq" edib.

Tələbələrin yataqxanadakı otaqlarının, mənzillərinin qanunsuz, yerli-yersiz yoxlanılması artıq adi hal alıb. Xəbərlərə görə, hakimiyyət təmsilçiləri bu sayaq "yoxlamaları" davamlı şəkildə aparsalar da, "şübhəli heç bir nəsnə" aşkarlaya bilməyiblər.

Polis bu sayaq davranışı ilə tələbələr, gənclər arasında xof yaradıb, onları davamlı olaraq nəzarət altında saxlamağa çalışır. Ötən həftə Zəncan şəhərindən olan yazıçı, jurnalist, hüquq müdafiəçisi Davud Xudayari yerli avtovağzalda həbs olunub. GənAz TV-nin məlumatına əsasən, ailəsi İnqilab Məhkəməsinin Zəncan bölməsinə müraciət etsə də, onun vəziyyəti və ittihamı barədə heç bir xəbər əldə edə bilmirlər. Hakim Dadyari isə bildirib ki, Xudayari barəsində "müvəqqəti həbs qərarı çıxarılıb, istintaq işləri davam edənə qədər" heç bir məlumat verə bilməz.

Qeyd edək ki, Davud Xudayari insan haqları fəalıdır, bundan öncə də dəfələrlə oxşar təzyiqlərə məruz qalıb.

Noyabrın 24-də Azərbaycan milli hərəkatının təəssübkeşi "Qaya" rəqs qrupunun rəhbəri, şair, Əhər Universitetinin tələbəsi Cəlal Salehpur (Bulud) ETTELAAT-ın Təbriz bölməsinin əməkdaşları tərəfindən həbs edilmişdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sumqayıtda kütləvi zəhərlənmə

İçərişəhər Yeni ilin gəlişinə hazırlanıb

Qara Şəhər - Ağ Şəhər adlanacaq

Gəncədə şəhər günləri gözəl keçdi

Bu məkrli "Paytaxt salatı"

Bölmənin digər xəbərləri
 
İranda edamların ardı-arası kəsilmir
Son günlər xeyli adam asıldı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər