Hal-hazırda Ayna qəzetinin 03.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İranda edamların ardı-arası kəsilmir
İranda edamların ardı-arası kəsilmir
Son günlər xeyli adam asıldı
Şənbə, 03.12.2011

mətn ölçüsü  

İranda orta əsrlərə xas olan və çağdaş mədəni dünya tərəfindən pis baxılan edam formaları hələ də qüvvədə qalır və praktikada istifadə edilir. Gələn xəbərlərə görə, azərbaycanlı məhbus barəsində çıxarılmış belə bir dəhşətli hökm icra olunacaq. Tehran vilayəti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi aşağı instansiya məhkəməsinin çıxardığı qərarı təsdiqləyib. Tehranda yaşayan Yaşar adlı azərbaycanlı barədə şirniyyat dükanından pul oğurladığına görə ümumi məhkəmə tərəfindən onun barəsində İslam cəza qanununun 198 və 201-ci maddələrinə əsasən əlinin kəsilməsi hökmü çıxarılıb. Hökm məhkəmənin icra qurumu tərəfindən həyata keçiriləcək.

Başqa bir xəbərə görə, "narkotik maddələrin satışında və cinsi təcavüzdə günahlandırılan" 15 nəfər dar ağacından asılıb. "Narkotik maddələrin satışında" ittiham olunan 11 nəfər Şiraz şəhərinin Adilabad zindanında, "cinsi təcavüzdə günahlandırılan" 4 nəfər isə Məşhəd və Şəhrikərd şəhərlərinin zindanlarında edam edilib. Edam olunanların adları mediaya açıqlanmayıb.

Noyabrın 29-da isə daha 9 məhbus dar ağacından asılıb. APA-nın məlumatına görə, məhbuslardan 8-i Kirmanşah vilayətində, biri isə Savə şəhərində edam olunub. Kirmanşah vilayətinin baş prokuroru Müctəba Maliki deyib ki, vilayətdə dara çəkilən məhbuslardan 6-sı külli miqdarda narkotik maddələrin daşınması, satışı və istifadəsində günahlandırılır. Onlardan 5-i kişi, biri isə qadındır. İki nəfər isə təcavüzdə ittiham olunub. 8 məhbus da xalqın gözü qarşısında edam olunub.

Savə şəhər prokurorluğundan isə bildirilib ki, "Xəlic fars" meydanında kütlənin iştirakı ilə bir nəfər dara çəkilib. Həmin məhbus oğurluqda və təcavüzdə günahlandırılıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İrandan Qarabağa - təbii qaz

Xəzəri ən çox çirkləndirən ölkələrdən biri İrandır

Narko-tacir karvanının sonu görünmür

Son bir ayda - 425 kq narkotik...

İrana Azərbaycan vətəndaşlarının səfəri məhdudlaşdırılıb

Bölmənin digər xəbərləri
 
Tələbələr davamlı təzyiq altında
Hakimiyyət onlardan daha çox qorxur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər