Hal-hazırda Ayna qəzetinin 03.12.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.12.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Qafqaz amazonları dünya elminə açıqlanır
Qafqaz amazonları dünya elminə açıqlanır
Nuridə Atəşinin eyniadlı kitabı Almaniyada 4 dildə nəşr edildi
Şənbə, 03.12.2011

İsmayıl mətn ölçüsü  

Tədqiqatçı yazar Nuridə Atəşinin "Qafqaz amazonları" Miflər arxasındakı gerçək tarix" kitabı Azərbaycan, rus, alman və ingilis dillərində Almaniyanın Berlin şəhərində nəşr edilmişdir. Kitab Azərbaycanın görkəmli tarixçi və arxeoloqlarından, albanşünas professor Fəridə Məmmədova, Kamal Əliyev, arxeoloqlardan Mübariz Xəlilov, Bəhlul İbrahimli, Milli Məclisin mədəniyyət Komissiyasının sədri prof. Nizami Cəfərovun rəyləri əsasında Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə nəşr edilmişdir.

Tədqiqatçı indiyə qədər beynəlxalq elm aləmində amazonlar haqqında hakim olan, belə ki, onların bir mifologiya olması, yaxud skit, yunan qadınları olmaları və yaxud da onların kiçik Asiyada, Qara dəniz sahilində ilkin məskən salmaları və Qafqaz bölgəsinə yalnız bundan sonra gəlmiş olmaları kimi tezislərinə, fikirlərinə cəsarətlə qarşı çıxmış, amazonların ilkin vətəni olaraq Güney Qafqazı, xüsusilə qədim Azərbaycan torpaqları hesab edilən Dağlıq Qarabağın əzəli qədim torpaqları olduğunu sübut etməyə çalışmışdır. Müəllif kitabda 15 illik tədqiqatının nəticələri olaraq sübut edir:

- Dünyanın ən qədim (e.ə. II minilliyə aid) savaşçı qadın qəbrinin Qafqazdan - Azərbaycanın Naxçıvan bölgəsindəki Plovdağ-II-dən aşkar edilməsi,

- Qafqazın metallurgiya mərkəzinin beşiyi olması,

- amazon silahları hesab edilən təbərzin baltaların və hətta onların hazırlanması üçün istifadə edilmiş qəliblərin cənubi Qafqazdan, xüsusi ilə Azərbaycanın müxtəlif bölgələrindən tapılması,

- dünya mədəni irsinə aid olan Qobustanda amazonların ilkin izlərini göstərən qaya rəsmlərini və bir sıra arxeoloji tapıntılar kimi faktlarını və bir çox sayda başqa elmi yenilikləri ilk dəfə olaraq dünya elminə təqdim edir.

Hazırda Azərbaycanda PA yanında Elm Fondunun, Azərbaycan Dövlət Memarlıq və Tikinti və eləcə də Avrasiya Universitetlərinin təşkil etdiyi beynəlxalq Albaniya konfransında iştirakçısı olan Nuridə Atəşi ilk dəfə olaraq öz elmi kəşflərini dünyanın bir çox ölkələrindən qatılan beynəlxalq alimlərin qarşısındakı elmi məruzəsində beynəlxalq elm mənsublarının mühakiməsinə verəcəkdir. Önümüzdəki günlərdə paytaxt Bakıda kitabın təqdimat mərasimi keçiriləcəkdir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rusiya ordusu Qafqazda hərbi təlimlər keçirir

Güney Qafqaza aid yeni xəritələr aşkarlanıb

"Diplomatların dəyişdirilməsi ABŞ-ın prioritetlərinin dəyişməsi demək deyil"

Quzey Qafqaz: sülh təşəbbüsləri və teraktların yeni dalğası

Quzey Qafqaz: idarəolunan vətəndaş savaşının gizlinləri

Bölmənin digər xəbərləri
 
Qazax opera ulduzu Nurcamal Usenbayeva Bakıda idi
Paytaxtda Abay Kunanbayev küçəsinin açılışı olub

"İki il ərzində əllərim daşa döndü"
Ənvər Sadıqov deyir ki, həyatını proqnozlaşdırsaydı, əsgərliyə getməzdi

Mario Lantsaya həsr olunmuş konsert proqramı hazırlanır


Tariximizin doğru-düzgün salnaməsini yazmış ədib
və dilimizin fədakar qoruyucusu

Mikayıl Abdullayev - 90


Xalçalarımız fars mədəniyyət örnəkləri kimi təqdim olunub


Tahir Salahovdan "Min bir gecə"




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər