25 noyabr Beynəlxalq Qadınlara qarşı zorakılığın aradan qaldırılması Günü kimi qeyd olunur. Bu gün rəsmi olaraq 1999-cu ildə BMT Baş Assambleyası tərəfindən elan olunub, amma 1981-ci ildən etibarən 1960-cı ildə Dominikan hökmdarı Rafael Truxilyonun əmri ilə vəhşicəsinə qətlə yetirilmiş Mirabel bacılarının faciəvi ölümü ilə əlaqədar qeyd olunur.
Qadınlara qarşı məişət zorakılığı bütün dünyada yayılıb. Qadınların 70 faizi fiziki və sosial zorakılıqdan əziyyət çəkir. Avropa qadınlarının 15%-ə qədəri hər gün məişət zorakılığının qurbanı olur. AŞPA-nın keçmiş baş katibi Terri Devis deyib ki, "qadının istehzaya, alçaldılmaya, fiziki acılara məruz qaldığı yer ev adlandırıla bilməz, bu, həbsxanadır...".
"Təmiz Dünya" QHT-nin rəhbəri Mehriban Zeynalova qeyd edir ki, noyabrın 25-dən dekabrın 10-dək bu hadisəyə həsr olunmuş kampaniya keçiriləcək. Kampaniyanın mövzuları ev zorakılığı, namizədlik irəli sürən qadınlara qarşı siyasi zorakılıq, döyüş əməliyyatları zonasında qadınlara qarşı cinsi zorakılıqdır. Bu il məişət zorakılığı qurbanlarının monitorinqi göstərib ki, 2011-ci ilin yanvar ayından noyabr ayınadək 67 qadın intihar, 11 nəfər isə intihara cəhd edib.
47 qadın ailədaxili münasibətlər zəminində həlak olub, 32 qadın ciddi xəsarət alıb.
Zeynalova xatırladıb ki, 2010-cu ildə ölkə parlamenti məişət zorakılığı haqqında qanun qəbul edib, lakin indiyədək onun tətbiq mexanizmi işlənib hazırlanmayıb ki, bu da qadınlara zorakılığa qarşı mübarizə aparmağa imkan vermir.
|