Hal-hazırda Ayna qəzetinin 26.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Allahşükür Paşazadə: "Zəncir vurmaq, bədənə xəsarət yetirmək islamda bəyənilməyən hərəkətlərdir"
Allahşükür Paşazadə:
"Zəncir vurmaq, bədənə xəsarət yetirmək islamda bəyənilməyən hərəkətlərdir"
Qazilər Şurası bununla bağlı fətva verdi
Şənbə, 26.11.2011

İ.Balıoğlu mətn ölçüsü  

Şiəməzhəb müsəlmanlar üçün böyük önəm daşıyan Məhərrəm ayı başlanır. Bununla bağlı olaraq QMİ Qazilər Şurasının geniş tərkibli yığıncağı keçirilmişdir.

"Məhərrəm ayının onuncu günü İmam Hüseyn və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi gündür. Belə bir acı hadisə insanlarımız üçün həm də ədalət uğrunda, dinimizin saflığı naminə mübarizə aparmağın rəmzi kimi dəyərlidir. Ona görə də təziyə günlərində məscid və ictimaiyyət nümayəndələri şəhidlərimizin ruhuna uyğun şərait yaratmalıdır. Tibbi ehtiyaclar üçün ən münasib əzadarlıq nümunəsi göstərilərək, qanvermə aksiyaları təşkil edilməlidir". APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Məhərrəmlik ayının başlanması və Aşura günü ilə əlaqədar QMİ Qazilər Şurasının geniş tərkibdə yığıncağında deyib. Şeyxülislam bir daha bildirib ki, müqəddəs məkanlarda, ictimai yerlərdə zəncir vurmaq, qayda-qanunları pozmaq, bədənə xəsarət yetirmək islamda bəyənilməyən hərəkətlərdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov da sözügedən toplantıda demişdir ki, "Bu gün Azərbaycan xalqının Kərbəlası Qarabağdır" və "İmama yas saxlamaq adı altında zəncir vurmaq, baş yarmaq bir çoxlarının hələ də İmam Hüseyn məktəbinin mahiyyətindən xəbərsiz olduğunu göstərir". Komitə sədri xatırlatmışdır ki, Xocalı soyqırımını törədənlər Kərbəla müsibətinin günahkarlarından daha amansız və qəddar davranıblar. Kərbəla müsibəti davam etdiyi halda, "İmama yas saxlamaq" adı altında zəncir vurmaq, baş yarmaq, üz cırmaq, saç yolmaq və şəbeh tamaşaları hazırlayıb Yezid icad etmək içimizdən bir çoxlarının hələ də İmam Hüseyn məktəbinin mahiyyətindən xəbərsiz olduğunu göstərir".

Orucov qeyd edib ki, yas saxlamaq, təziyə mərasimləri keçirmək normal haldır: "Amma unutmayaq ki, Qarabağ yarası sağalmayıb və xalqımızın Kərbəlası hələ də qalır, deməli, İmam Hüseyn kimi, şəhidliyi gözə alıb, düşmənlə mübarizəyə, savaşa atılmağı da düşünməliyik".

O, Azərbaycandakı sabit dini durumu mövcud dövlət və din münasibətlərinin keyfiyyət göstəricisi, prezident İlham Əliyevin uğurlu din siyasətinin nəticəsi kimi dəyərləndirib. Məhərrəm ayının fəzilətlərilə yanaşı, onun bəzi xarakterik tərəflərinə də aydınlıq gətirən Dövlət Komitəsi sədri şəhidlik fəlsəfəsini haqq-ədalət mübarizəsi, Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda rəşadət göstərmək tərbiyəsi kimi səciyyələndirib. Orucov deyib ki, təziyə günlərinin hüzn mədəniyyətimiz şəraitində keçməsində din adamlarının rolu böyükdür.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası qarşıdakı Aşura mərasimilə bağlı fətva verib ("Turan"). Fətvada islam il tarixi olan hicri-qəməri təqvimilə 1433-cü il noyabrın 27-si (Məhərrəm ayının 1-i) başlandığı qeyd edilir. Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qətlinin bu aya düşdüyü "Aşura" mərasiminin dekabrın 6-da qeyd ediləcəyi nəzərə çatdırılır. QMİ Qazilər Şurası bütün dindarlara İmam Hüseyn əzadarlığını imama layiq keçirməyi tövsiyə edir. Bu mərasimlərin məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməsi vacib sayılır. Qurşağadək soyunaraq zəncir vurulması, bədənə xəsarət yetirməklə qan çıxarılması kimi islamda bəyənilməyən hərəkətlərə yol verilməməsi xüsusi vurğulanır. Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının bu il də keçiriləcəyi bildirilir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Qar paytaxtda yol hərəkətini iflic etdi
Yağıntı bir neçə gün davam etsəydi...

İran istehsalı qaz sobaları - ölüm mələkləri
Paytaxt prokurorluğu hadisələri araşdırmağa başlayıb

Rafiq Tağıya qarşı sui-qəsddə müəmmalar
Ölümün səbəbi: həkim biganəliyi, ya sifarişli qətlin sona çatdırılması?

Azərbaycan kimdən və nə silahlar alıb?


Azərbaycan nərə ovunu tam dayandırıb
9 ayda qanunsuz ovla bağlı 117 945 manat cərimə tətbiq olunub

Bu il 47 qadın ailə problemləri zəminində həlak olub
47 qadın intihar, 11 qadın intihara cəhd edib

Samir Şərifov: "SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması üçün 2012-ci ildə vəsait ayırmaq imkanları var"
Əmanət kitabçalarını hazırlayaq?

Bu il 105 uşaq bioloji ailələrinin himayəsinə qaytarılıb
Misir Mərdanov: " Ölkə üzrə ümumilikdə 465 nəfər uşaqın internat məktəblərinə düşməsinin qarşısı alınıb"
Qənirə Paşayeva: "Bu ailələrə dövlət tərəfindən kömək edilməlidir"




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər