Hal-hazırda Ayna qəzetinin 26.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Azərbaycanla NATO arasında böhran
Azərbaycanla NATO arasında böhran
Hər şey ilk baxışdan göründüyü qədər sadə deyil
Şənbə, 26.11.2011

C.Məmmədov mətn ölçüsü  

Xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycan - NATO münasibətlərinin bu günü ilə bağlı diqqətçəkən fikirlər açıqlayıb. Azərbaycan və NATO arasında əməkdaşlıqda durğunluq yarandığını qeyd edən Əzimovun sözlərinə görə, "NATO-da konkret olaraq bir-iki ölkə dar siyasi, qərəzli mövqedən çıxış edərək qurumla Azərbaycan arasında imzalanmış Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) üçüncü mərhələsinin təsdiqlənməsini gecikdirir. Bu vəziyyət isə bizim əl-qolumuzu bağlayır".

A.Əzimov bildirib ki, plan təsdiq edilmirsə, əməkdaşlığın davam etdirilməsi proqramdan asılı olaraq yubanır: "Bu məsələ bir neçə aydır ləngiyir. Biz buna görə narahatıq. NATO-da bizə qarşı bu mövqenin davam etməsini istəməzdik".

Nəzərə almalıyıq ki, A.Əzimov bu fikirləri NATO baş katibinin müdafiə siyasəti və planlaşdırma üzrə müavini Hüseyn Diriöz Bakıda səfərdə olarkən səsləndirib. Siyasi təhlilçilərin fikrincə, əslində Əzimovun bu bəyanatı Azərbaycanla NATO arasında münasibətlərdə siyasi böhran yaşandığının göstəricisidir. Bu bəyanatın məqsədi bəlkə də rəsmi Bakının bir sıra tələblərini NATO rəsmisinin diqqətinə çatdırmaqdan ibarət olub. Maraqlıdır ki, NATO rəsmisi Bakıda Azərbaycanın NATO ilə əməkdaşlıqda özünü yaxşı tərəfdaş kimi göstərdiyini bəyan edib.

Belə olan təqdirdə görəsən Azərbaycanın NATO ilə münasibətlərində nə kimi problemlər baş qaldırıb? Ekspertlərin fikrincə, hazırda 3 əsas səbəbdən söhbət gedə bilər:

Qarabağ ziddiyyəti

Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) prezidenti Yaşar Cəfərli bildirdi ki, onda olan məlumata görə, hazırda tərəflər arasında ortaya çıxan əsas problem İPAP sənədinin preambula hissəsinin mətni ilə əlaqədardır. "Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə NATO-nun konkret mövqeyini tələb edir və bu mövqeyin İPAP sənədinin giriş hissəsində əksini tapmasının tərəfdarıdır. Amma bu tələb NATO-ya üzv ölkələr arasında tam olaraq dəstək tapmır. NATO müttəfiqləri əsasən münaqişənin nizamlanmasının ATƏT Minsk Qrupunun səlahiyyəti altında olma prosesinin qorunub saxlanılmasının və alyansın bu münaqişənin nizamlanmasına hər hansı şəkildə qarışmamasının tərəfdarıdırlar", - deyə Cəfərli izah edir.

Onun sözlərinə görə, alyans üzvlərinin belə mövqe sərgiləməklərinə baxmayaraq, Azərbaycan diplomatları ötən dövrdə alyansa üzv 28 ölkənin xarici siyasət idarələrinin təmsilçiləri ilə danışıqlar apararaq onların əksəriyyətindən NATO-nun Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasına dair bəyanat verməsi istiqamətində müsbət fikirlər almağa nail olublar. Lakin bir neçə ölkə bu yanaşmanın əleyhinə çıxıb. Bu ölkələri təmsil edən rəsmilərin fikrincə, NATO regionda münaqişə tərəfləri - Azərbaycan və Ermənistan arasında hər hansı ayrı-seçkiliyə yol verməməlidir. "Bu səbəbdən Azərbaycan tərəfinin NATO ilə İPAP çərçivəsində əməkdaşlığında problemlər ortaya çıxıb", - deyə o bildirdi.

Amma "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanla NATO arasında Qarabağ ziddiyyətinin yarandığına inanmır: "NATO, Avropa Birliyi, hətta BMT Dağlıq Qarabağ münaqişəsinin həllini ATƏT-ə yükləyiblər. Onda biz NATO-dan tələb etdiyimiz kimi gərək BMT və Avropa Birliyini də divara dirəyək ki, ədalətli mövqe ortaya qoysun və Ermənistana təzyiq etsin.

REKLAM

Əgər bu iki qurumdan və üstəgəl ATƏT-dən istədiyimiz nəticəni əldə edə bilmiriksə, NATO-nun yaxasından niyə yapışmalıyıq? Məncə, Qarabağ məsələsi bəhanədir. Tutaq ki, İPAP-ın giriş hissəsində Qarabağ məsələsi əksini tapdı, məgər bu, münaqişənin həllini sürətləndirəcəkmi?"

E.Şahinoğlunun fikrincə, NATO-nun hədəfləri fərqlidir: "Gürcüstan NATO ilə aktiv şəkildə əməkdaşlıq edir. Ona görə də NATO Gürcüstanın ərazi bütövlüyünü birmənalı vurğulayır. Rəsmi Bakı isə NATO ilə münasibətlərdə məsafə saxlamaqla bərabər, bu təşkilatdan qəti mövqe gözləyir. Rəsmi Bakı necə ki, Avropa Birliyi ilə əməkdaşlığı ləngidir, assosiativ anlaşma imzalanmasını, Dünya Ticarət Təşkilatına üzvlük məsələsini uzadır, eləcə də NATO ilə münasibətlərdə sürəti zəiflətməyə çalışır".

Hərbi islahatlar ziddiyyəti

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ekspertlərinin fikrincə, alyansla Azərbaycan arasında əməkdaşlıqda ortaya çıxmış problem əslində İPAP çərçivəsində ortaya qoyulan öhdəliklərin əksəriyyətinin rəsmi Bakı tərəfindən yerinə yetirilmədiyi ilə bağlıdır. Onların mülahizəsi belədir: "Bakı daim vaxt udmağa və islahatları ləngitməyə çalışır və bu da alyansa üzv dövlətlərdə müəyyən fikirlər yaradıb". Onların mülahizəsi bu günlərdə görüşdükləri NATO ekspertlərinin fikirlərinə isnad edir.

Mərkəz ekspertlərinə görə, Azərbaycan İPAP çərçivəsində çoxsaylı islahatları öhdəsinə götürüb və onları yerinə yetirməlidir. Lakin İPAP-ın birinci mərhələsinin imzalandığı dövrdən - 2005-ci ildən davam edən proses Azərbaycan Silahlı Qüvvələrində hələ də ciddi dəyişikliklərə gətirib çıxarmayıb. Araşdırmalar göstərir ki, İPAP çərçivəsində götürülmüş öhdəliklərin əksəri yerinə yetirilməmiş qalır və əslində İPAP-ın mərhələlərə bölünməsi də bu islahatları yerinə yetirmək üçün Bakı üçün vaxt imkanları yaratmaq anlamında idi.

Demokratiya ziddiyyəti

Hərbçilərin Hüquqularını Müdafiə Mərkəzinin direktoru Telman Əbilovun fikrincə isə, Azərbaycanın NATO ilə münasibətlərində yaranmış böhran alyansa üzv bir sıra ölkələrin Azərbaycandan demokratik islahatlar, insan hüquqları və söz azadlığının təmin olunması istiqamətində tələbləri ilə bağlıdır. Əbilov deyir: "Məndə olan məlumata görə, NATO-da Azərbaycanda demokratiya görmək istəyən ölkələr qrupu yaradılıb və onlar NATO-nun Azərbaycanla əməkdaşlığının güclənməsi perspektivlərinə fərqli yanaşma ortaya qoymağa başlayıblar".

Ekspert qeyd etdi ki, yaxın zamanlarda NATO-da təmsil olunan ölkələr qrupu tərəfindən Azərbaycan hakimiyyətinə demokratiya təpkiləri daha da güclənə bilər:

"Hər şey gözlənilir. Rəsmi Bakı bu təpkilərə dözə bilməyib NATO ilə tərəfdaşlığı dayandırmaq fikrinə də düşə bilər. Amma bu, mövcud hakimiyyət üçün arzuolunmaz nəticələrə gətirə bilər".

Siyasi icmalçı Elxan Şahinoğlunun fikrincə, Araz Əzimov sözügedən bəyanatı səsləndirməklə diqqəti əsas problemdən yayındırmağa çalışıb. "Araz Əzimov NATO ilə əməkdaşlığın yubanmasına görə durumu təqsirkar sayıb. Ancaq bir kəlmə də deməyib ki, bəs Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetiribmi? İlham Əliyev Brüsselə getməlidir. NATO-nun mənzil-qərargahında ciddi danışıqlar gözlənilir. Araz Əzimovun indidən məsuliyyəti NATO-nun üzərinə atması Brüssel görüşündən real nəticə çıxmayacağına işarədir. Bir sözlə, rəsmi Bakı NATO-nun ordu ilə bağlı tələb etdiyi islahatları yerinə yetirmək fikrində deyil".

Nə baş verəcək?

Xatırladaq ki, ötən ay NATO-nun Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Ayna" və "Zerkalo" qəzetlərinə müsahibəsində hazırda NATO-nun Azərbaycanla İPAP-ın üçüncü mərhələsi üzrə danışıqlar apardıqlarını və bu məsələnin həll prosesində olduqlarını, nəticəyə yaxınlaşdıqlarını qeyd etmişdi. Appaturay Azərbaycanın İPAP-a daxil etdiyi məqsədləri qarşılayacağına şübhə etmədiyini də vurğulamışdı.

Appaturay NATO baş katibinin Azərbaycan prezidentini Brüsselə, Şimali Atlantika Şurası ilə görüşməyə dəvət etdiyini bildirmişdi. Onda olan məlumatlara görə, bu görüş yaxın gələcəkdə baş tutmalıdır. NATO tərəfinin bu görüşə çox ciddi hazırlaşdığı və Azərbaycanın siyasi və hərbi rəhbərliyinin sorğu-suala tutulması və Bakının NATO ilə bağlı mövcud və perspektiv addımlarına, hərbi-siyasi islahatların yerinə yetirilmə perspektivinə aydınlıq gətirilməsi məqsədinin ortada olduğu bildirilir.

Beləliklə, ekspertlərə görə, ola bilər rəsmi Bakı qarşıdakı görüşdə Azərbaycan hakimiyyətinə ehtimali təzyiqləri qarşılamaq fikrinə düşüb və Əzimovun son açıqlaması da buna hədəflənib. Dolayısı ilə, bu açıqlamadan sonra mümkündür ki, İlham Əliyevin Brüsselə səfəri qeyri-müəyyən vaxta qədər təxirə düşsün.

Qeyd edək ki, Azərbaycanın bu ilin mayında "Qoşulmama Hərəkatı"na üzv olmasından sonra Bakının hərbi-siyasi cəhətcə mövcud və perspektiv oriyentasiyası NATO-ya üzv ölkələrin əsas müzakirə mövzularından birinə çevrilmişdi. "Doktrina" mərkəzinin ekspertləri hesab edirlər ki, Azərbaycan NATO ilə münasibətlərinin həlledici nöqtəsinə gəlib çatıb: ya daha ciddi münasibətlər qurulması naminə əməkdaşlıq davam etdirilməli, ya da prosesə son verilmə ehtimalları qalır. Bir məsələ dəqiqdir ki, rəsmi Bakı əvvəlkitək münasibətlərdə "vaxt udmaq" siyasətini davam etdirə bilməyəcək.

E.Şahinoğlunun fikrincə, rəsmi Bakı NATO ilə əməkdaşlığı tam dayandırmağa risk etməz. O deyir: "Gürcüstan və Ermənistan NATO ilə əməkdaşlıq edərkən, Azərbaycan bu prosesdən kənarda qala bilməz. Əks halda həm Azərbaycanın imicinə zərbə dəyər, həm də Rusiyaya boyun əydiyi görüntüsü güclənər". Ekspert eyni zamanda Azərbaycan-NATO münasibətlərində sıçrayış gözləməyin əbəs olacağı qənaətindədir:

"Rəsmi Bakı NATO ilə sülhməramlı əməliyyatlar çərçivəsində, hava məkanından istifadə məsələlərində əməkdaşlığı davam etdirəcək. Azərbaycan ordusu üzərində nəzarət və şəffaflığın artırılması məsələsinə gəldikdə, əməkdaşlığı ya zəiflədəcək, ya da indiki səviyyədə saxlamağa çalışacaq. Ancaq əməkdaşlığı ölü nöqtədə saxlamaq da rəsmi Bakıya getdikcə çətin olacaq".

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

Robert Simmons: "Azərbaycan NATO-ya üzv ola bilər"

Fransalı senator qaçqınlarla görüşüb

Ureki: "Rumıniya Azərbaycana yardımçı ola bilər"

NATO ekspertləri Bakıya gəlir

Bölmənin digər xəbərləri
 
Səyyad Aran: "YAP-ın qapılarını heç kim üzümə bağlaya bilməz"
Eks-baş konsul onunla bağlı yayılan xəbərə aydınlıq gətirdi

"Madrid - 2" təkliflərini Ermənistan tərəfi imzalamaqdan imtina edib
Bunu Azərbaycanın XİN rəsmisi Araz Əzimov bildirib

Qarabağlı azərbaycanlılar və ermənilər Berlində görüşəcəklər
Qarşıdakı müzakirələrin detalları açıqlanmır

Avropa Birliyinin Qarabağ imkanları müzakirə edilib
Lakin münaqişənin həllində söz sahibi Rusiya ilə ABŞ-dır

Qəbələ RLS: milli təhlükəsizliyə təhdid
Rəsmi Bakı qaranlıq məsələlər fonunda Rusiya ilə sövdələşməyə gedir?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər