Balakəndə 11-ci sinif şagirdi həmkəndlisini bıçaqlayıb. Rayonun Hənifə kənd sakini, 17 yaşlı Zakir Rasim oğlu Gözəlov hər iki budunun və qarnının sol nahiyəsinin kəsilmiş və deşilmiş bıçaq xəsarətləri ilə mərkəzi rayon xəstəxanasına gətirilib. Polisin ilkin araşdırmalarından bəlli olub ki, Gözəlov onun həmkəndlisi, yerli orta məktəbin 11-ci sinif şagirdi Namiq Vaqif oğlu Bayramov tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
|