Hal-hazırda Ayna qəzetinin 26.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
BMT-dən İran əleyhinə yeni qətnamə
BMT-dən İran əleyhinə yeni qətnamə
ABŞ və Kanada isə sanksiyaları sərtləşdirib
Şənbə, 26.11.2011

İsmayıl mətn ölçüsü  

Dünya nizamında oyun qaydalarını müəyyən edən Qərb dünyasının İrana qarşı davranışları bu son aylarda bir-birinin ardınca dramatik bir şəkildə çökən diktatura ölkələri ilə rəftarları xatırladır. Bir-birinin ardınca görülən tədbirlər, atılan addımlar İranın yaxın zamanlarda mürəkkəb və qaranlıq bir zolaqdan keçəcəyinin əlamətləri kimi qavranılır. İran rəhbərliyi artıq müharibə ssenarisini istisna etmir və bunu mümkün variantlardan biri kimi görür.

İran bir izqoy ölkə olaraq getdikcə küncə daha bərk qısnanmaqdadır. Son olaraq noyabrın 22-də BMT-nin ümumi yığıncağında İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul olunub. Səsvermədə BMT üzvü olan 192 dövlətdən 177-si iştirak edib. Kanada hökuməti tərəfindən hazırlanmış sənədin 86 ölkə lehinə, 32 ölkə əleyhinə səs verib, 59 ölkə isə bitərəf qalıb. Rəqəmlərdən də göründüyü kimi, İrana beynəlxalq arenada dəstək məhduddur. Yumşaq deyilsə, İranı sevən ölkələr azdır.

Qətnamədə İranda insan hüquqları sahəsində davam edən və təkrarlanan ciddi pozuntulardan narahatlıq ifadə olunur. Sənəddə döymə və əl-ayaq kəsilməsi də daxil olmaqla zorakılıqlara, çoxsaylı edamlara, azyaşlıların kütləvi edamına, qadınların, etnik azlıqların diskriminasiyasına, yığıncaq və ifadə azadlığı hüququnun pozulmasına, din azadlıqlarının məhdudlaşdırılmasına, saxlanılan və ya həbs edilmiş şəxslərin prosessual təminat hüququna əməl edilmədiyinə diqqət yönəldilir.

Bundan başqa, ABŞ və Kanada İrana qarşı sanksiyaları sərtləşdiriblər. Məsələn, Kanada XİN İrana qarşı yeni sanksiyalar tətbiq edib. Kanada XİN başçısı Con Berdin sözlərinə görə, onun ölkəsi İran hökuməti ilə maliyyə əməliyyatlarına tam qadağa qoyur. İrana ixracı yasaq olunan malların siyahısı da genişləndirilir. Kanadaya gəlişləri yasaq şəxslərin siyahısı da genişləndirilmişdir.

"MAQATE-nin İranın nüvə proqramı ilə bağlı hesabatı göstərir ki, Tehran rejimi sülh və təhlükəsizlik üçün daha ciddi təhlükə olmağa başlayıb. Bununla bağlı əlavə tədbirlər görməyə məcburuq", - deyə Berd bildirib.

Xatırladaq ki, ABŞ da bu həftə İrana qarşı sanksiyaları sərtləşdirib. ABŞ öz vətəndaşlarına və şirkətlərinə İranın neft-kimya sənayesinin təmsilçiləri ilə biznes əlaqəsi qurmağı yasaq edib.

Öz növbəsində İran parlamentinin sədri Əli Laricani bildirib ki, ölkə rəhbərliyi İrana qarşı sanksiyaları dəstəkləyən ölkələrlə münasibətlərə yenidən baxacaq. "Fars" xəbər agentliyinə istinadən, spiker bildirib ki, ABŞ və Avropanın son təşəbbüsü cavabsız qalmayacaq. Laricani deyib ki, İran parlamenti bu məsələni yaxın zamanlarda müzakirə edəcək.

Dünya dövlətlərini ABŞ-ın siyasətindən uzaqda durmağa çağıran parlament sədri əks təqdirdə, bu dövlətlərə qarşı əks tədbirlər görüləcəyini vurğulayıb. Bəlli olduğu kimi, hazırda ABŞ və bəzi Avropa dövlətləri İrana qarşı bank-maliyyə sektorunu əhatə edən yeni, sərt sanksiyalar tətbiq edərkən digər ölkələri də bu cəza tədbirlərinə cəlb etməyə çalışır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İrandan Qarabağa - təbii qaz

Xəzəri ən çox çirkləndirən ölkələrdən biri İrandır

Narko-tacir karvanının sonu görünmür

Son bir ayda - 425 kq narkotik...

İrana Azərbaycan vətəndaşlarının səfəri məhdudlaşdırılıb

Bölmənin digər xəbərləri
 
"Münafiqlər qruplaşması" və PKK dəstələri Gəncə yaxınlığında?
İran XİN sözçüsü bu iddiaya münasibət bildirib

11 nəfər edam olunub




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər