Hal-hazırda Ayna qəzetinin 26.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyətdən ailəyə  
 
 
Qadınların işə qəbulunda ayrı-seçkiliyə yol verilir
Qadınların işə qəbulunda ayrı-seçkiliyə yol verilir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qadın hüquqlarının qorunması və onlara hüquqi yardım məqsədilə şura yaradılıb
Şənbə, 26.11.2011

A.Əhmədova mətn ölçüsü  

Əmək bazarında qadınların iştirak səviyyəsi aşağıdır, ancaq son zamanlar qadınların əmək bazarında iştirakı getdikcə artmaqdadır. Bu fikirləri Bakıda "İş yerlərində ayrı-seçkiliyin qarşısının alınmasında həmkarlar ittifaqlarının rolu" mövzusunda konfransda Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib.

Azərbaycanda qadınların əsasən təhsil və səhiyyə sistemində çalışdığını qeyd edən Mehbalıyev deyib ki, digər sahələrdə isə qadınların iştirak səviyyəsi aşağıdır. Azərbaycanda qızların əsasən humanitar sahələr üzrə təhsil almaqda maraqlı olduqlarını vurğulayan Mehbalıyev son zamanlar qızların arxitektura sahəsi üzrə də təhsil almağa maraq göstərdiklərini açıqlayıb və bildirib ki, bu da sevindirici haldır: "Bu, o deməkdir ki, ölkəmizdə qadınlar qeyri-ənənəvi sahələrdə də çalışmağa üstünlük verirlər".

Qurum sədri deyib ki, Azərbaycanın inkişafı, onun daha da demokratikləşməsində qadınların çox böyük rolu olmalıdır:

"O dövlətdə demokratiya inkişaf edəcəksə, orada qadınların hüquqları da qorunmalı, qadınlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər. Əgər qadınlar dövlətin ictimai-siyasi həyatında fəal iştirak etmirlərsə, deyə bilərəm ki, orada demokratiya zəifdir və demokratiyanın gələcəyi sual altındadır".

Mehbalıyev xatırladıb ki, BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" 1979-cu il Konvensiyası var və bu, xüsusi əhəmiyyətə malikdir. Onu da vurğulayıb ki, Həmkarlar İttifaqları Konfederasiyasında qadın hüquqlarının qorunması və onlara hüquqi yardım məqsədilə şura yaradılıb. Bu şura yerlərdən təqdim olunan şikayətlərin, əsasən də qadınların qarşılaşdığı problemlərin və ayrı-seçkilik faktlarının araşdırılması üçün fəaliyyət göstərir. Bundan başqa, konfederasiyanın hüquq şöbəsinə də tapşırılıb ki, hüquqi müstəvidə problemləri olan qadınlara yardım edilsin:

"Bu məsələdə qadınların həmkarlar təşkilatının üzvü olub-olmaması əsas deyil. İstənilən qadın bizə müraciət edərək, hüquq müstəvisində kömək ala bilər. Hətta həmin şöbə maddi tələb olmadan hüquqları pozulan qadınların vəkillə təmin olunmasına da kömək etməyə hazırdır".

Mehbalıyev deyib ki, Azərbaycanda qadınların işə qəbulu və hüquqları ilə bağlı problemlər var və bunun olmadığını demək yanlışlıqdır. Dövlət bu problemlərin həlli və tədbirlər görülməsi məqsədilə ayrıca struktur yaratmaqla yanaşı, müvafiq qanunvericilik bazası da formalaşdırıb. Buna baxmayaraq, bəzi işəgötürənlər qadınların işə qəbulu prosesində ayrı-seçkiliyə yol verirlər:

"İşə götürənlər sonradan ailə və uşaq məsələləri ilə bağlı qarşıya çıxan məsələlərlə bağlı yaranacaq problemlərdən kompensasiya olunmaq üçün qadınların işə götürülməsində ayrı-seçkilik edirlər. Əks cinsin nümayəndəsinə daha çox üstünlük verirlər".

Mehbalıyev qeyd edib ki, əmək qanunvericiliyinə görə, uşaqlı analar üçün iş prosesi zamanı güzəştlər tətbiq olunmalı və onların iş saatı az olmalıdır:

"Əfsuslar olsun ki, bunlar çox zaman həyata keçirilmir. Buna baxmayaraq, konfederasiya qadın hüquqlarının tanınması üçün müvafiq tədbirləri davam etdirir. Həmkar təşkilatları sahəsində 15638 qadın çalışır. Bunların mindən çoxu isə həmkarlar təşkilatı komitələrinin sədrləridir. Həmişə çalışırıq ki, qadınlara onların hüquqlarını izah edək".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Cənub Media Hüquq Mərkəzi bölgə jurnalistləri arasında sorğu keçirib

Soyqırım cinayətinin tanıdılmasına hüquqi dəstək

Gəncədə hüquq müdafiəçilərinin görüşünə əngəl

Miqrantların hüquqları pozulur

Erməni qadınlar Bakıya gəlmədilər

Bölmənin digər xəbərləri
 
Məhkəmələrin ailələrin qorunub saxlanmasında rolu aşağıdır
Ailə və Cinayət məcəllələrinə, məhkəmə qərarlarının icrası haqqında qanuna əlavə və dəyişiklik paketi hazırlanıb

Qızların nikah yaşı qaldırıldı
Qanun nə qədər təkmilləşsə də, tək qanun yolu ilə erkən nikah probleminin həlli mümkünsüz sayılır

Uşaqların övladlığa verilməsi ilə bağlı yeni qaydalar hazırlanır
Beynəlxalq təcrübədə övladlığa verilmə prosesi sadədir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər