Hal-hazırda Ayna qəzetinin 19.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
"Talışşünas"ların İrəvan toplantısına sözardı
"Talışşünas"ların İrəvan toplantısına sözardı
Xalqların xoş münasibətini qaraltmağa daha bir cəhd
Şənbə, 19.11.2011

Ənvər Börüsoy mətn ölçüsü  



Ənvər BÖRÜSOY

Noyabrın 12-13-də İrəvanda "İkinci Beynəlxalq Talışşünaslıq Konfransı"na Ermənistanla yanaşı, Rusiya, İran, Hollandiya, Gürcüstan, İngiltərə, ABŞ və Kanadadan da "qonaq"lar dəvət olunmuşdular. Konfransın əsas və başlıca məqsədinin - Azərbaycanda etnik bölücülüyü bir daha körükləmək, Dağlıq Qarabağ bölücüyünə dolayı yolla haqq qazandırmaq olduğunu anlamaq çətin deyildi. Bunu konfransa qatılan "armenoloq" və "talışşünas"ların çıxışları təsdiq edib. Kavə Fərroz (Kanada), Vardan Oskanyan, Viktoriya Arakelova (Ermənistan), Timirlan Aytberov, Şahban Xapizov, Yasir Kərəmzadə (Rusiya) və digərlərinin məruzələrində Azərbaycanda etnik separatizmin "sürətlə inkişaf etdiyinə" toxunulub.

Tehran və İrəvan etnik bölücülükdə birgə hərəkət edəcək

Ərəb baharının İranda da təkrarlanacağının əlamətləri özünü getdikcə açıq bir şəkildə hiss etdirdiyi bir vaxtda bu ölkənin hakim teokratik rejiminin Orta Şərqdə terrorizmi fəallıqla dəstəkləməsi, atom bombası əldə etməklə yeni təhdid vasitəsinə üz tutması, ölkə daxilində demokratik düşüncəni boğması, beynəlxalq terrorçu şəbəkələrə isti münasibət göstərməsi, BMT səviyyəsində sanksiyalar və bu sanksiyaların sərtləşmə perspektivi çox ciddi hadisələr ərəfəsində olduğunu deyir. İranla qonşu olan Əfqanıstan, İraq və Pakistanda yeni siyasi proseslər, Türkiyənin Orta Şərqdə mövqeyinin güclənməsi, Azərbaycan və Türkmənistanın ortaq mədəni, siyasi və iqtisadi layihələrə qoşulması İrandakı hakim klerikal rejimə yaxşı heç nə vəd etmir. Bütün bunları nəzərə alan Ermənistan və onun sadiq dostu İran mümkün ssenariləri əngəlləmək üçün özlərinə müttəfiq axtarışına çıxmışlar.

Bu iki dövlət Azərbaycanı "təkləmək" yönündə hərəkətlərini uzlaşdırmaq, bədnam "Dağlıq Qarabağ" rejiminin müdafiəsi üçün Azərbaycanda yeni etnik bölücülük ocaqlarını körükləməkdə ortaq hərəkət edirlər. İranda yaradılmış "Qafqaz Strateji Araşdırmalar Mərkəzi" (Tehran Universiteti), "Mehr Analitik İnformasiya Mərkəzi", "İran Mədəniyyət Mərkəzi", "Talışşünaslıq Təhlil Mərkəzi", "Arran Strateji Tədqiqatlar Mərkəzi" və s. öz bəlli layihələrinə bir qayda olaraq erməniləri də qatırlar. Ümid edirlər ki, birgə səy göstərməklə Azərbaycan və Gürcüstanda baş verən yeni siyasi və iqtisadi inkişaf proseslərinə xələl vura biləcəklər. Ermənilərin Gürcüstanda "Erməni Cevaxk Muxtariyyəti" və Azərbaycanda "Dağlıq Qarabağ" iddialarına dəstək verən İranın digər məqsədi isə Qafqazda demokratik proseslərin inkişafının qarşısını almaq, etnik zəmində yeni münaqişələrin baş verməsinə dayaq olmaqdır.

Bu gün Tehran və İrəvanı bir-birinə yaxınlaşdıran başqa faktorlar da var. Qərb ölkələrində baş verən yeni iqtisadi və maliyyə böhranları üzündən Ermənistanı "yemləmək" imkanları məhdudlaşıb. Qafqaz işlərinə müdaxilə imkanlarını artırmaq niyyəti ilə İran bu boşluğu həvəslə doldurmağa hazırdır. Ermənistana isə kim olur-olsun, təki pul versin. İranın Ermənistanı fəal şəkildə dəstəkləməsinin bir səbəbi də Quzey Azərbaycanın Güney Azərbaycana örnək təsirinin getdikcə güclənməsidir. Bu gün sayları 30 milyondan çox olan İran türklərinin etnik, milli və mədəni düşüncəsində ciddi dəyişiklik müşahidə olunur və bu dəyişiklik Tehranın totalitar və klerikal rejimini bərk qorxudub.

Qondarma "talışşünaslıq" hədəfləri

İrəvandakı konfransda 10 sahə üzrə hazırlanmış "məruzə"lər dinlənilib.

REKLAM

Toplantının təşkilatçılarından olan "Modus Vivendi" Mərkəzinin rəhbəri Ara Palyan gizlətmir ki, "talışşünaslıq" Ermənistan üçün xüsusi mahiyyət daşıyır".

"Talışşünaslıq" konfransına çoxdan hazırlaşdıqlarını qeyd edən İrəvan Dövlət Universiteti şərqşünaslıq fakültəsi iranşünaslıq kafedrasının müdiri Harnik Asatryan isə belə bir açıqlama verib: "Farsdilli xalqların ortaq strateji layihələrə qatılmasının Ermənistan üçün çox böyük mənası var. Qafqazda farsdilli tat, talış, osetin, kürd və digər xalqların, Orta Asiyada Tacikstanın da bu layihələrdə iştirakını təmin etməklə, hər iki regionda türk xalqlarının böyük gücə çevrilməsinin qarşısını almaqla, türk olmayan xalqların Ermənistanın maraqları ilə uzlaşan hədəflərdə birgə hərəkət taktikasına üz tutmaq əsas siyasi prioritetlərə çevrilməlidir".

Konfransa İranın Gilan vilayətindən qatılmış alimlər bildiriblər ki, İranda yaşayan giləklər əslində talışlarla eyni dil, mədəniyyət və soykökə malik olan bir toplumdur. Giləklərin sayı İranda 3 milyondur. Onlar Talışıstan hərəkatı başlayacağı təqdirdə bu prosesə öz dəstəklərini verəcəklərini vəd edirlər.

İrəvan Dövlət Universiteti tərəfindən nəşr edilmiş və konfrans iştirakçılarına dağıdılmış "Talış xalqının mədəniyyət və tarixinə giriş" adlı kitabda qeyd olunur ki, Azərbaycanın ən qədim və avtoxton sakinləri əslində talış xalqıdır. İndi burada əsas dominant mədəniyyətə, siyasətə malik olan türklər talış xalqına mədəni muxtariyyət verməli, eləcə də onların muxtar respublika yaratmalarını tanımalıdır.

"Panorama.am" internet portalına açıqlama verən "Talış Dirçəliş Hərəkatı" (Moskva) təşkilatının sədri Fəxrəddin Aboszadə bildirib ki, ermənilərin onları fəal şəkildə müdafiə etməsindən məmnunluq duyur. Deyib ki, Moskvada "Talış Milli Akademiyası", "Rusiya Talış Milli Mədəni Muxtar Mərkəzi", "Talış Ensiklopediyası", "Talışıstan Hərəkatı" və s. kimi qurumlar yaratmaqla "strateji məqsədlərini dərinləşdirməyə" çalışır, AB, AŞ, digər beynəlxalq qurumların dəstəyilə bu prosesin inkişafına nail olmağı düşünürlər. Ermənilərlə fəal işbirliyində olan bu subyekt Güney Qafqazda hər etnik topluma bir dövlət arzusundadır.

İrəvan "Tetr.am" xəbər mərkəzinin qeyd etdiyi kimi, erməni alimlərinin "talışşünaslıq" sahəsinə diqqət ayırması, bu yöndə daha geniş fəaliyyət göstərmələri yaxın gələcəkdə "Talış dövləti" qurulmasına böyük təkan ola bilər. İndiki halda erməni alimləri "talış dili", "talış mədəniyyəti" "talış coğrafiyası", "talışların tarixi", "talış ədəbiyyatı", "talışlarda din" və digər mövzularda tədqiqatlarını daha da genişləndirməyi vəd edirlər.

"ARMACAD"ın (Erməni Akademik Əməkdaşlığı Assosiasiyası) prezidenti Xaçik Gevorkyan demişdir: "Qafqazda xalqlararası münasibətlərin inkişaf etməsinin əsas dayaq nöqtəsi bütün xalqlara milli muxtar region statusunun verilməsi nəticəsində mümkün ola bilər. Azərbaycanda talışlar uzun illərdir etnik kimliyinə görə təqib olunurlar. Diskriminasiya siyasəti artıq dövlət səviyyəsinə çevrilibdir. Erməni xalqının mənəvi borcudur ki, belə bir aqibəti yaşayan xalqlara dəstək versin"...

Konfransa "Qafqaz İranşünaslıq Mərkəzi" (İrəvan), "Türkiyə, İran və Qafqazı Öyrənmə Mərkəzi" (İrəvan), Ermənistan EA Şərqşünaslıq İnstitutunun iranşünaslıq şöbəsi, İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrası və digər erməni araşdırma mərkəzlərindən kimlərsə qatılıblar. Konfransa İranın Ermənistan səfirliyi əməkdaşlarının qatılması xüsusi maraq kəsb etmişdir. Konfransın maliyyə xərclərini "Hyksos Fondu" (prezidenti Hraç Qabrielyandır) çəkib. Konfransda o da qeyd olunmuşdur ki, erməni tədqiqat mərkəzləri "Qafqazda avtoxton xalqlar" proyektinin tərkib hissəsi kimi digər xalqları səfərbər etməlidir, bunsuz Ermənistan bir dövlət olaraq Qafqazda mövqelərini tamam itirə bilər. Deyəsən, bu cənablar tarixin qatarı ötüb-keçəndən sonra vahiməyə düşərək başlarını tutublar:

"Qafqazda Azərbaycan, Gürcüstan və Türkiyənin strateji müttəfiqliyi dərinləşməkdə və inkişaf etməkdədir. Bu proses ermənilərlə yanaşı, digər xalqların da mövqelərinin daralmasına səbəb ola bilər. Ermənilər digər xalqları inandırmaq üçün daha qəti və ciddi addımlar atmalıdır. Çünki ermənilər və Ermənistanın Qafqazda itirdikləri mövqelərin miqyası ildən-ilə artmaqdadır".

Susqunluq

Azərbaycanda yaşayan bütün xalqlar tarix boyu birgə yaşayış tərzinə malik olmuşlar. Belə bir münasibət elə indinin özündə də davam edir. Odur ki, onların bu niyyəti xam xəyaldan başqa bir şey deyil. Lakin hər halda, unutmuruq ki, böyük güclərin Qafqazda "parçala və hökm sür", yaxud etnik bölücülüyü körükləmək siyasətində ermənilər hər zaman icraçı rol oynamışlar. Onlar bu hədəfə nail olmaq üçün başqa xalqları etnik bölücülük proseslərinə qatmaqla regionda siyasi böhranların yaranmasına və bununla da "bulanıq suda balıq tutacaqlarına" ümid etmişlər və edirlər. Sovetlər Birliyi dağıldıqdan sonra Qafqazda baş verən bütün etnik separatizmlərdə yenə də ənənəvi olaraq ermənilərin iştirakını görməyə bilmirik. Abxaziya, Güney Osetiya, Dağlıq Qarabağda baş verən etnik separatizm təşəbbüsləri bunun təsdiqidir.

Bizi ən çox narahat edən budur ki, Azərbaycanda bu xain hərəkətlərə cavab verə biləcək insanlar susqun mövqe nümayiş etdirirlər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Yerli telekanallar kəskin tənqid edilib

Tələbə azad sahibkarlıq işində

İyunda bir neçə telekanalın lisenziya müddəti bitir

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Azərbaycan heyətinin Ankarada mətbuat konfransı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər