Hal-hazırda Ayna qəzetinin 19.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Əli Həsənov Tehrana yollanır
Əli Həsənov Tehrana yollanır
Münasibətlərin indiki durumu müzakirə ediləcək
Şənbə, 19.11.2011

C.Məmmədov mətn ölçüsü  

Azərbaycan-İran münasibətlərinin son vəziyyəti ilə bağlı Əli Həsənovun başçılıq etdiyi heyət Tehrana səfər edəcək. Səfər İran tərəfin dəvəti ilə baş tutur (APA). Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdirinin bu səfəri çərçivəsində iki ölkə arasında mövcud ictimai-siyasi əlaqələr, o cümlədən mətbuat, informasiya, teleradio və təbliğat sahəsindəki vəziyyət, gələcək əməkdaşlığın prinsipləri müzakirə ediləcək.

Səfər çərçivəsində İranda müxtəlif çevrələr tərəfindən aparılan antiazərbaycan, eyni zamanda Azərbaycanın müəyyən dairələrinin apardığı antiiran təbliğatı, bu kimi xoşagəlməz halların qarşısının alınması məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.

Lakin hazırda münasibətlər o dərəcədə korlanıb ki, heç bir müzakirə Azərbaycanda ictimai rəyi dəyişdirə bilməz. İranda türk əhalinin insani hüquqları pozulacaqsa, onların dilinə və mədəniyyətinə həqarətli münasibət qalacaqsa, İran dövlətinin işğalçı Ermənistanla sıx münasibətləri saxlanacaqsa, bu tərəfdə ona kəskin mənfi münasibət davam edəcək. Dövlətin nəzarətində olan media orqanları qıcıqlandırıcı məsələlərə toxunmaqdan çəkinə bilər, lakin müstəqil mətbuat bildiyini yazacaq və deyəcək. Öz növbəsində, təbii ki, İran din adamları da ölkəmizin dünyəvi deyil, islami yol tutmasını istəyirlər və ölkəmizin daxili işlərinə yerli-yersiz qarışmaları davam edəcək. Başqa sözlə, iki ölkə arasında münasibətlərin sağlam məcraya oturması prinsip məsələsidir. Tehran dəyişilməyə hazırdırmı? - açar sual budur.

Ekspertlər nə düşünür?

Ekspertlərin fikrincə, bu kimi səfərlər münasibətlərin dəyişməsinə müsbət təsir göstərməyəcək. Ona görə ki, İran beynəlxalq təzyiqlər qarşısında geri çəkilmir və regional təhlükəsizliyə əsas təhdid olaraq qalır.

Bir sıra ekspertlər indiki vəziyyətdə Azərbaycan heyətinin İran səfərini rəsmi Bakının vasitəçilik səyi kimi də qiymətləndirirlər. "Belə səfərlər çox olacaq. Türkiyədən, Rusiyadan, Azərbaycandan belə səfərlərin artmasını müşahidə edəcəyik. Məqsəd İran hakimiyyətinin bölgədəki destruktiv fəaliyyətinə son verilməsi, Tehranın nüvə proqramının dayandırılmasıdır. Sual onunla bağlı olmalıdır ki, Tehran bu səfərlərə önəm verib, mövqeyini dəyişəcəkmi? Buna inanmırıq", - deyə Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin ekspertləri bildirir.

REKLAM

Ümumilikdə onların fikrincə, rəsmi Bakının Tehrana heyət göndərməsi düzgün addımdır. "Fikrimizcə, bu, Tehran və Bakı arasında qaranlıq qalmış bir çox məsələlərin aydınlaşmasına səbəb olacaq. Amma bunun münasibətlərin düzəlməsinə səbəb olacağını düşünmürük. Münasibətlər daha da gərginləşə bilər", - deyə mərkəz ekspertləri bildirir.

Yaxın aylarda İranla bağlı vəziyyət dünyanın bir nömrəli mövzusu olacaq. Söhbət nüvə proqramının dayandırılmasından və ümumiyyətlə ləğv olunmasından başlayaraq İranın hazırkı rejiminin dəyişdirilməsi və bu ölkənin demokratikləşdirilməsi planı ilə bağlıdır. Artıq müxtəlif istiqamətlərdə İranın çərçivəyə salındığını müşahidə edirik. Belə bir vəziyyətdə rəsmi Tehran regionda cərəyan edən prosesləri araşdırır və indiki zamanda müttəfiq tapmağa daha çox ehtiyac duyur. Amma proseslər heç də İran hakimiyyətinin istədiyi kimi getmir. Region ölkələri hər hansı bir halda İranın tərəfində olmayacaqlar. Xüsusilə də Azərbaycan. Rəsmi və qeyri-rəsmi məlumatlardan görünür ki, Azərbaycan 2011-ci ilin ortalarından etibarən iqtisadi baxımdan daha çox Qərblə bağlanmağa başlayıb. İndi də siyasi və hərbi münasibətlərin dərinləşmə prosesi gedir. Azərbaycanın belə siyasəti İran rəhbərliyinin xoşuna gəlmir və bu səbəbdən müxtəlif ayətullahlar səviyyəsində, generallar, deputatların dilindən Azərbaycana qarşı bəyanatlar səsləndirilir.

Xatırladaq ki, bu günlərdə ABŞ-ın "FOX-11" telekanalı Federal Təhqiqatlar Bürosunun İranın Azərbaycanda hakimiyyət dəyişikliyi planının üstünü açdığının bəyan edib. Belə ki, plana əsasən, İran xüsusi xidmət orqanları gələn il ölkəmizdə iki səs-küylü terakt və bir siyasi qətl törətməyə hazırlaşır. Bu da ölkədə ajiotaj, panika yaranmasına, əhali arasında etirazların baş qaldırmasına xidmət etməlidir. Hətta Tehranın bu plan üçün meksikalı narkotacirlərlə işbirliyinə getdiyi də açıqlanıb. Telekanalın məlumatına görə, ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb ola biləcək siyasi qətlləri İran ayətullahlarına yaxın çevrələr təşkil edib. Bu, nə dərəcədə realdır?

Ekspertlərə görə, səslənən bütün bu məlumatlar regionda baş verən proseslər çərçivəsində cərəyan edən informasiya müharibəsinin detallarıdır. Əslində İran rejiminin Azərbaycanda hakimiyyət dəyişikliyi arzusunda olmasi heç kimə sirr deyil. İran hakimiyyəti istərdi ki, Azərbaycanda da oxşar rejim qurulsun. Bunun üçün müxtəlif fəaliyyətlərə dəstək verir, etiraz aksiyalarına təşviq edir və s. Məqsəd Azərbaycanın Qərbə inteqrasiyasını dayandırmaq, burada dini rejim qurmaqdır. İndiki vaxtda, İrana qarşı beynəlxalq kampaniyanın gücləndiyi bir zamanda bu, rəsmi Tehran üçün çox önəmli görünür.

Ekspertlərin fikrincə, Azərbaycan hər cür təxribata hazır olmalıdır. Molla rejimi Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirmək üçün hər vasitəyə əl ata bilər. Ortada olan hər bir informasiyanı yoxlamaq hüquq-mühafizə orqanlarının səlahiyyətinə və məsuliyyətinə aid olan məsələdir.

Müşahidəçilərin fikrincə, Azərbaycan İranla sərhədlərə nəzarəti indidən gücləndirməlidir. İrana gedənlər, İrandan Azərbaycana səfər edənlərin sənədləri diqqətlə yoxlanılmalı, onların missiyaları aydınlaşdırılmalıdır. Burada söhbət sərhədlərdə hansısa bürokratik əngəllər yaradılmasından getmir. Azərbaycanın milli maraqlarının təmini üçün məhz İranla sərhəddəki keçid məntəqələrinin, ümumilikdə bütöv sərhəd zolağının diqqətə götürülməsi vacib sayılır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Tehranda yeni kortəbii nümayişlər

Hərbi şəhərciklər boşaldılacaq

Dünya türklərinin Media Platforması yaradıldı

Libermanın Bakı bəyanatları Bakını narahat etmir

Ölkəmizdən 4 narkotik tranzit xətti keçir

Bölmənin digər xəbərləri
 
Ketrin Eşton da müəmmalı "güzəştlərdən" danışıb
Demə, AB-nin münaqişələrin həlli və sülhə gəlməklə bağlı təcrübəsi var və onu bölüşməyə hazırmış

Mütəllibov Bakıya dönməyə hazırlaşır
Onun partiyasında qanunun qəbulunu gözləyirlər

DTK agentlərinin sensasiyalı siyahısı açıqlandı
Milli-azadlıq hərəkatının rəhbərləri, dövlət xadimləri agent çıxdı

Serj Sarqsyan: "Qarabağda müharibə yenidən başlana bilər..."
Ermənistan prezidentinə görə, münaqişə yeni mərhələyə ayaq basıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər