Hal-hazırda Ayna qəzetinin 19.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
Azərbaycanın xarici hərbi siyasəti
Azərbaycanın xarici hərbi siyasəti
Bu ilin avqust-oktyabrında baş verənlərin xronologiyası
Şənbə, 19.11.2011

mətn ölçüsü  

"Ordunun Aynası" bu sayında həmin aylarda Azərbaycanın xarici hərbi siyasətinə dair faktları diqqətinizə təqdim edir.

GÖRÜŞLƏR, TƏDBİRLƏR, HADİSƏLƏR

3-5 avqust. Bakıda Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı keçirilib. Toplantıda SQ-nin ikitərəfli əməkdaşlıq fəaliyyəti, hədəflər, əsas istiqamətlər və prioritetlər müzakirə edilib, aparılan islahatlardan danışılıb. Bundan başqa, AR müdafiə sənayesinin potensialı və s. məsələlər haqqında hesabat və müzakirələr edilib.

5 sentyabr. Müdafiə naziri Səfər Əbiyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.

6-8 sentyabr. Polşanın Kelç şəhərində 19-cu Beynəlxalq Müdafiə Sənayesi Sərgisi - "MSPO-2011" keçirilib. Sərgidə ziyarətçi qismində Azərbaycan Silahlı Qüvvələrinin də təmsilçiləri iştirak edib.

30 sentyabr. Müdafiə naziri Səfər Əbiyev ATƏT Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul edib.

6 oktyabr. Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XIV iclası keçirilib. İclasın işində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan xüsusi xidmət orqanlarının heyətləri iştirak edib. Tədbirdə müşahidəçi qismində Rusiya, Ukrayna və Gürcüstanın müvafiq strukturlarının yüksək vəzifəli əməkdaşları da təmsil olunub. Tədbirin sonunda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XIV iclasının nəticələri üzrə yekun sənəd imzalanıb.

REKLAM

Konfransın növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alınıb. Elə həmin gün prezident İlham Əliyev türkdilli konfrans iştirakçılarını qəbul edib.

11 oktyabr. GUAM Parlament Assambleyası və Baltik Assambleyasının Bakıda keçirilən "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransda çıxışında Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin 2-ci katibi Elçin Hüseynli Ermənistanı götürülən öhdəlikdən artıq silahlanmada suçlayıb. Hüseynli onu da deyib ki, Ermənistana silah satışına Latviyanın "Latspeceksports" şirkəti də cəlb olunub. XİN təmsilçisi konfransda iştirak edən Baltik Assambleyasına üzv olan parlamentarlara müraciət edərək onları bu məsələni araşdırmağa çağırıb.

11 oktyabr. Müdafiə naziri Səfər Əbiyev Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçısı olan Niderland Krallığının keçmiş müdafiə naziri Villem Frederik van Eekeleni qəbul edib.

11 oktyabr. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM baş katibi Valeri Çeçelaşvilini qəbul edib.

23 oktyabr. Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 145 xilasedicisi xilasetmə avadanlıqları və xüsusi təlim keçmiş itləri ilə, eyni zamanda özlərinin fəaliyyətini təmin edən avadanlıq və ehtiyatlarla birlikdə İL-76 markalı təyyarə ilə Türkiyənin Van şəhərinə yola düşüblər.

25 oktyabr. Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

NATO İLƏ ƏMƏKDAŞLIQ

8 avqust. AR Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ANAMA-NATO/NAMSA-nın Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə layihəsi olan Saloğlu layihəsinin rəsmi bağlanış mərasimini keçirib.

12 avqust. Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası Batalyonunun 99 əsgəri Rumıniyada "Qara Dəniz Rotasiya Qüvvəsi-2011" çoxtərəfli təlim məşqlərində iştirak edərək geri dönüblər.

18-25 sentyabr. Azərbaycan hərbçiləri Gürcüstanın paytaxtı Tiflis şəhərində "Eternity-2011" kompüter dəstəkli komanda-qərargah təliminə qatılıblar.

23 sentyabr - 16 dekabr. Azərbaycan hərbçiləri Qarmis-Partenkirxendə C.Marşal Mərkəzinin ali təhlükəsizlik üzrə kursuna qatılıblar.

25-30 sentyabr. Azərbaycan hərbçiləri Londonda silahlara nəzarət üzrə təlim inspeksiyalarına qatılıblar.

26-29 sentyabr. Azərbaycan hərbçiləri Çernoqoriyanın Niksic şəhərində NATO qiymətləndirməsinə (NEL 1) qatılıblar.

27-28 sentyabr. Azərbaycan hərbçiləri Qarmis-Partenkirxendə C.Marşal Mərkəzinin terrorizmlə mübarizə işçi qrupunun növbəti görüşünə qatılıblar.

27-29 sentyabr. Azərbaycan hərbçiləri Munster/Bergendə quru qoşunları bölmələrində informasiya toplantısına qatılıblar.

28 sentyabr - 5 oktyabr. Azərbaycan hərbçiləri Brüssel və Monsda tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursuna qatılıblar.

7-15 oktyabr. Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (Operational Capabilities Consept - OCC) üçün bəyan etdiyi taborunun hazırlığının qiymətləndirilməsi təlimi keçirilib. Birinci səviyyəli özünüqiymətləndirmə təlimi yerli ekspertlərin iştirakı ilə baş tutub.

2-5 oktyabr. Azərbaycan hərbçiləri İstanbulda Harvard məzunları tərəfindən Qara dəniz təhlükəsizlik məsələlərinin müzakirəsinə qatılıblar.

3-7 oktyabr. Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda Azərbaycan hərbçiləri üçün "Maddi-texniki təminat" mövzusunda təlim kursu reallaşıb.

3-7 oktyabr. Azərbaycan hərbçiləri Almaniyanın Oberamerqau şəhərində NATO sülhün dəstəklənməsi əməliyyatları üzrə kursa qatılıblar.

3-7 oktyabr.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Bölmənin digər xəbərləri
 
NATO ilə əməkdaşlığın hərbi islahat tərəfi
Azərbaycan Silahlı Qüvvələrində bir çox islahatlar yerinə yetirilməmiş qalır

Türkiyə Cümhuriyyətinin hərbi doktrinal baxışları
Türkiyənin Azərbaycan və Gürcüstanla hərbi təhlükəsizlik münasibətlərinin inkişafı bütövlükdə Cənubi Qafqazda sülh və sabitliyə yönəlib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər