Hal-hazırda Ayna qəzetinin 19.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Ehud Barak: "Belə partlayışlardan qoy çox olsun"
Lakin partlayışı kim törədib - müxalifət, İsrail, yoxsa qvardiyaçılar?
Şənbə, 19.11.2011

S.Sədrəddin mətn ölçüsü  

Tehranın 25 km-liyində, Şəhriyar şəhəri yaxınlığında İnqilab Keşikiçiləri Qvardiyasının hərbi bazasında baş vermiş partlayış nəticəsində briqada generalı Həsən Müqqədəm və daha 27 qvardiyaçının həlak olduğu, 16 nəfərin isə yaralandığı barədə xəbərlər yayılıb. Qvardiyanın təmsilçisi Ramazan Şərifin sözlərinə görə, daşınma zamanı baş vermiş partlayış bir neçə saat davam edib.

İndiki durumda bu olay Tehran hakimiyyətinin ölkə ictimaiyyəti qarşısında nüfuzuna zərbə vurmaqdan başqa, həm də İran vətəndaşlarında vahimə doğurub. Odur ki, hakimiyyət partlayışı törədənlərin tapılmasında hamıdan çox maraqlıdır. Bu dəfə onların yardımına Riçard Silverstayn adlı antiisrailli gəlib. 2003-cü ildə "Tikun olam" adlı bloq yaratmış bu şəxs iddia edir ki, partlayışın arxasında "Mossad" və İran müxalifəti durur.

Lent.az-ın "MIGnews"a istinadən məlumatına görə, o, İsrailin "10-cu" telekanalının hərbi eksperti Ora Gelerə istinad edib. Bu mütəxəssis bildirib ki, "əgər qvardiyanın raket bazasının partaladılıması Qərb kəşfiyyat agentlərinin əməli sayılırsa, o zaman onları bu uğurlu əməliyyata görə alqışlamaq lazımdır".

Silverstaynın qənaətincə, İsrail ola bilsin, kəşfiyyat məlumatları üçün müxalifətdəki İran Xalq Mücahidləri Təşkilatına pul verir. O hesab edir ki, bu müxalif qurum kəşfiyyat materiallarının əldə edilməsi ilə bağlı İsrail və Amerikanın əsas mənbəyidir. Riçard Silverstaynın sözlərinə görə, iranlı atom fizikinin müəmmalı qətlində də "Mossad"ın əli var". Onun fikrincə, İsrail bu yolla İranın nüvə proqramını "başsız qoyaraq", onların nüvə obyektlərinə hava zərbələri endirməyə də ehtiyac duymaz.

Qeyd etmək lazımdır ki, İran hakimiyyəti hərbi obyektlərdə baş vermiş oxşar partlayışları "bədbəxt hadisə" adlandıraraq, onun təşkilində İsraili suçlamayıb. Çünki bu onun müdafiə və təhlükəsizlik qüdrəti ilə bağlı mifin dağılmasına səbəb ola bilər. İsrailin müdafiə naziri Ehud Barak jurnalistlərin sözügedən partlayışla bağlı sualını qısaca belə cavablandırıb: "Belə partlayışlardan qoy çox olsun".

İndiki qarışıq durumda baş verən partlayış Tehrana ciddi siqnal da sayıla bilər. Özü də bu partlayış Tehran yaxınlığında baş verib. Bu isə çox mətləbdən xəbər verir. Partlayışı İsrail, yaxud mücahidlərin törətmə ehtimalı özünü doğrultmazsa, bu, İran hakimiyyəti üçün faciəli hal sayıla bilər. Onda belə çıxır ki, partlayışı qvardiyaçılar törədib. Bu ehtimal isə İnqilab Keşikiçiləri Qvardiyasında mövcud rejimə qarşı müxaliflərin olması anlamına gəlir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Tehranda yeni kortəbii nümayişlər

Əli Həsənov Tehrana yollanır

Musiqiçilərimiz Tehran festivalında çıxış edəcəklər

Sanksiya və maddi maraqlar üz-üzə gələndə

"Müsəlman qardaşlar"dan Xamneyiyə cavab:

Bölmənin digər xəbərləri
 
80 yaşlı mühəndis işgəncəyə məruz qoyulub
Çünki məhbus uşaqlarına yardım edibmiş

İran Küveytin, Bəhreyn İranın "casusunu" ovlayıb
Küveyt ehtimali hücuma hazırlıq görür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər