İran Küveytin, Bəhreyn İranın "casusunu" ovlayıb
|
Küveyt ehtimali hücuma hazırlıq görür
Şənbə, 19.11.2011
|
|
İnqilab Keşikçiləri Qvardiyasında baş vermiş partlayışdan sonra İran hakimiyyəti casus "ov"ladığını bəyan edib. Ölkə informasiya vasitələrinin məlumatına əsasən, dünən İslam Respublikasının cənub-qərbində Küveytin iki vətəndaşı həbs olunub. Onlar İrana qarşı casusluqda şübhəli bilinir, dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilirlər.
Rəsmilərin verdiyi açıqlamaya əsasən, hüquq-mühafizə qurumları onlardan "casusluq fəaliyyəti ilə bağlı" materiallar götürüblər.
Bəhreyn informasiya vasitələri də xəbər yayıblar ki, ölkənin Daxili İşlər Nazirliyinə və Səudiyyə Ərəbistanının paytaxt Manamadakı səfirliyinə hücum planlaşdıran terrorçu qrup aşkarlanıb. Onlar İranın İnqilab Keşikçiləri Qvardiyası tərəfindən dəstəklənirmiş.
Bu günlərdə Küveyt parlamentinin xarici işlər üzrə komitəsində İranın nüvə obyektlərinə ehtimal olunan hücuma ölkənin hazırlığı ilə bağlı məsələnin müzakirə olunacağı gözlənilir. Qapalı keçiriləcək bu iclasda əsas diqqətin radioaktiv maddələrdən zəhərlənməyə yönələcəyi planlaşdırılıb. Keçmiş səhiyyə naziri, deputat Məsum əl-Mübarəkin sözlərinə görə, bu ehtimal qarşısında özəl komitə yaradılıb. Küveyt belə bir ssenari ehtimalına qarşı hələ 2007-ci ildə özəl plan hazırlayıb.
|
|
|
Oxşar xəbərlər:
Azərbaycan alimi casusluqda ittiham olunur
Ermənistana casus funksiyası ayrılıb
"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...
İran - Qərb casus mübadiləsi
Casus-keşişin rəsmləri təbrizliləri bezdirib
|
|
|