Hal-hazırda Ayna qəzetinin 19.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Gələcəyimiz bu gün  
 
 
Kosta-Rika təcrübəsi: bu, tətbiq edilə bilər
Kosta-Rika təcrübəsi: bu, tətbiq edilə bilər
Qida məhsullarını zənginləşdirməklə iqtisadiyyata dəyən itkini azaltmaq olar
Şənbə, 19.11.2011

A.Əhmədova mətn ölçüsü  

Məktəbdəki idman dərslərində 8 yaşlı Muxtar cəmi 110 sm görə ən sonuncu sırada dayanır. O dostlarının zarafatlarından, ondan hündür uşaqların onun başına əl vurmasından yorulub. Onun anası Səbinə Məmmədova uşağın pcixoloji vəziyyətindən çox narahatdır:" İdman dərsləri olan günlər oğlum məktəbə getmək istəmir, ağlayır ki, evdə qalmaq istəyir. Bütün sinif onun alçaq boyuna görə gülür". Uşağın alçaq boyundan narahat olan valideynlər həkimə baş çəkdilər. Diaqnoz bəlli idi: Anemiya

Tədqiqatlar göstərir ki, azyaşlı uşaqların erkən illərində optimal qidalanma və öyrənmə imkanlarının az olması ilk olaraq zehni inkişaf və məktəb nailiyyətlərində, daha uzun müddətdə isə gələcək qazanc və məhsuldarlıqda özünü göstərir.

Mikroelementlər böyük insanların və uşaqların inkişafı, sağlamlığı üçün çox vacib həyati maddələrdir. Dəmir, yod, fol turşusu, kalsium kimi mikroelementlər, və A, V1, V2, V12 və S kimi vitaminlər bizim orqanizmimiz üçün vacib maddələrdir.

Mikroelement çatışmazlığı "gizli aclıq" adlanır. İnsan lazımınca qida qəbul edə bilər, ancaq qidanın tərkibində mikroelement və vitamin kifayət qədər olmadıqda orqanizm qidalandırıcı vasitələri lazımi ölçüdə almır.

Adətən ictimai "gizli aclıq" probleminin üst hissəsini görür:dəmir defistli anemiya, yod çatışmazlığı - zob, A vitamini çatışmazlığı. Lakin bütün bu xəstəliklər əhalinin sağlamlığına mənfi təsir etməklə yanaşı sosial iqtisadi fəsadlara zehninin inkişaf səviyyəsinə, əmək qabiliyyətinə və işçilərin işləmək qabiliyyətinə, səhiyyə xərclərinə və ümumiyyətlə ölkənin iqtisadi inkişafına mane olur.

Son onillikdə irəliləyişlərə baxmayaraq, Azərbaycanda uşaqların zəif qidalanmasının əsas göstəriciləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi hədlərdən yuxarıdır və ictimai sağlamlıq baxımından ciddi problemlər yaradır.

Dünya Bankının məlumatlarına görə, dəmir defistli anemiya geniş yayılması səbəbindən, iqtisadi və sosial itkilərə yol açdığından, hər ölkədə milli gəliri 5 faiz aşağı saldığından ictimai səhiyyənin ən aktual problemlərindən biridir. Profilaktik tədbirlərə görə çəkilən xərclər isə 3 faiz təşkil edir. Dəmir defistli anemiyanın qarşısını almaq onu müalicə etməkdən ucuz başa gəlir. Bununla əlaqədar olaraq əhalinin sağlamlığı qorumaq məqsədilə dəmir defistli anemiya ilə mübarizə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün prioritet hesab edilir. BMT-nin Minilliyin İnkişaf Məqsədlərindən biri də uşaq və analar arasında mikroelement çatışmazlığının, o cümlədən dəmir defistinin aradan qaldırılmasıdır.

Anemiya ciddi mənfi təsirlərə malikdir:

Qadınlar arasında ölüm hallarının yüksəlməsi

Uşaqlar arasında ölüm hallarının yüksəlməsi

Uşaqların zehni inkişafının və qavrama qabiliyyətinin pisləşməsi

Həyat keyfiyyətinin pisləşməsi

Anemiya geniş yayılan ölkələrdə əmək qabiliyyətinin azalması nəticəsində iqtisadi itkilərin artması

Azərbaycan anemiyanın geniş yayıldığı ölkələrin siyahısındadır. Aparılan tədqiqatlar göstərir ki, 5 yaşlı uşaqlarda anemiyanın rast gəlinmə faizi 39 faizdir, 2 yaşlı uşaqlar arasında bu faiz daha yüksəkdir:54 faiz. 15-49 yaşlı qadınlar arasında anemiya 37 faiz qadında aşkarlanıb.

REKLAM

Hamilə qadınlarda bu rəqəm 44,7, südverən analarda isə 53,4 faiz təşkil edir.

Yeri gəlmişkən, uşaqlarda dəmir defisti zehni inkişafın zəif inkişaf etməsinə, fiziki və psixi inkişafın ləngiməsinə, infeksiyalara qarşı immunitetin zəifləməsinə, diqqət pozğunluğuna, yaddaşın zəifləməsinə səbəb olur. Dəmir defisiti 2 yaşlı uşaqlarda əsasən beyninin inkişafı mane olur ki, bu da uşağın gələcək illərində qarşısı alınmaz fəsadlara yol açmasına gətirib çıxarır.

Azərbaycanda qadınlarda anemiyanın yayılma səviyyəsi 37%-dir ki, bu da ÜST meyarlarına əsasən, kəskin ictimai səhiyyə problemidir. Kişilərdə anemiya üzrə heç bir məlumatın olmadığına baxmayaraq, bu təhlil anemiyanın kişilər arasında qadınlarda yayılma həddinin 1/5 qədəri - 7% olduğunu fərz etmişdir. Məşğulluq üzrə məlumatlara əsasən, işçi qüvvəsinin fiziki əməyə cəlb edilmiş nisbəti (anemiyanın təsirinin özünü daha çox büruzə verdiyi işlər) kişilərdə 51%, qadınlarda 25% olduğunu nəzərə alsaq, Azərbaycanda 236 min işçinin anemiyalı olduğu qənaətinə gələrik. Bu zaman məhsuldarlıq kəsiri 5%-dən 17%-dək dəyişir ki, İQH-nin hesablaması hər il 31 milyon AZN cari məhsuldarlıq itkisi təxmin edir.

Oktyabrda BMT Uşaq Fondu Milli Məclis və Səhiyyə Nazirliyinin nümayəndələrindən ibarət qrupun Kosta-Rikada qida məhsullarının mikronutrientlərlə və vitaminlərlə zənginləşdirilməsi təcrübəsi ilə tanış etmək məqsədilə səfərini təşkil edib. Səfər ərəfəsində nümayəndə heyətimiz Kosta-Rikanın Milli Məclisində, Səhiyyə Nazirliyində, qida institutunda olublar, anemiya ilə mübarizə strategiyası ilə tanış olublar.

Bu barədə söhbət açan YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Rəşid Mustafa bildirdi ki, Kosta-Rika sosial inkişaf səviyyəsinə, çoğrafiyasına və mentalitetinə görə Azərbaycanla yaxındır. Onun sözlərinə görə, heyət orada qida məhsullarının zənginləşdirilməsinin üç vacib aspekti - qanunvericilik, səhiyyə sistemi, istehsal sahələri ilə tanış olub:

"Qanunun icrasına cavabdeh qurumların işi, süd, şəkər, duz, unun və düyünün zənginləşdirildiyi zavodlarda hər şeyi öz gözlərimizlə gördük. Bir daha əmin olduq ki, qida məhsullarının zənginləşdirilməsi bahalı və çətin deyil. Mən düşünürəm ki, eyni prosesi Azərbaycanda həyata keçirmək mümkündür".

Mustafa onu da qeyd etdi ki, əgər texniki bazaya ehtiyac olarsa, Kost-Rika təcrübəsindən yararlana bilərik:

"Bizim oradakı partnyorlarımız topladıqları məlumatı bölüşməyə hazırdırlar. YUNİSEF-in Kosta-Rika ofisinin hökumətlə yaxşı əlaqələri var və hər zaman Azərbaycana kömək etməyə hazırdır".

YUNİSEF səhiyyə proqramının rəhbəri Təhminə Tağızadə səfər üçün Kosta-Rikanın seçilməsinə aydınlıq gətirdi. Məsələ ondadır ki, qısa müddətdə bu ölkədə yaxşı nəticə əldə edilib:

"Kosta-Rikaya getməzdən öncə fortifikasiyanın aparıldığı ölkələrdəki vəziyyətə dair xülasə hazırladıq. Daha ciddi tərəqqi Çilidə qeydə alınıb. Avropa ölkələri 50 ildir fortifikasiyanı həyata keçirir, bu ölkələrin qanunvericiliyi illər uzunu o qədər təkmilləşdirilib ki, demək olar, mükəmməldir. Biz isə qanunun yeni hazırlandığı ölkənin təcrübəsi ilə tanış olmağı məqsədəuyğun sayırıq. Çünki indiki halda Avropa ölkələrinin standartlarını Azərbaycana tətbiq etmək mümkünsüzdür. Ona görə də Kosta-Rika seçildi ki, orada prosesə ötən əsrin ortasından başlayıblar və çox yaxşı nailiyyətlər əldə ediblər".

Müsahibim onu da əlavə etdi ki, Kosta-Rikada altı növ məhsulların hər biri müxtəlif mikronutrietlərlə zənginləşdirilir. Duz yodla, şəkər A vitamini ilə, buğda və qarğıdalı unu dəmirlə, B qrup vitaminləri və fol turşusu ilə, düyü dəmirlə, süd isə A vitamini və fol turşusu ilə zənginləşdirilir. Bu ölkə unun iki növünü, duzu, şəkəri, südü və düyünü zənginləşdirməklə əhali arasında anemiyanı aradan qaldırıb və əmək qabiliyyətinin yüksəlməsinə nail olub

Kosta-Rikada vəziyyətin yaxşılaşmasını rəqəmlərin müqayisəsi də təsdiqləyir. Belə ki, 1996-cı ilə keçirilən qidalanma ilə bağlı sorğuda 2008-2009-cu illərdə keçirilən sorğunun nəticələri müqayisə edilib. Məlum olub ki, məktəb yaşlı uşaqlar arasında anemiya 26 faizdən 7,6 faizə düşüb.

Fortifikasiyanın mahiyyətindən söhbət açan Tağızadənin dediyinə görə, fortifikasiya prosesində unun bütün sortları zənginləşdirilmir. Yalnız birinci və əla sort zənginləşdirilir. Çünki bu sortları əldə etmək üçün məhsul elə emal edilir ki, unun tərkibindəki dəmir və vitaminlər itir. Yəni əslində fortifikasiya yolu ilə itirilən dəmir və vitaminlər bərpa edilir. Digər sortlar isə fortifikasiya edilmir. Çünki emal zamanı tərkibindəki dəmir və vitaminlər itirilmir.

İqtisadi hesablamalara əsasən, Azərbaycanda yerli unun zənginləşdirilməsi üzrə tələb olunan xərc - il ərzində 1,26 milyon AZN-dir. İl ərzində adambaşına düşən xərc 0,25 AZN-dir. Planlaşdırılan iqtisadi mənfəət - il ərzində 10,5 milyon AZN-dir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Orduda itkilər artır

Orduda 2 nəfər həlak oldu

Bu il Azərbaycan 46 hərbçi itirib

Orduda itkilərin qarşısını necə almalı?

Bu il ordumuz 50 hərbçi itirib

Bölmənin digər xəbərləri
 
Professor Azad Hacıyev: "Fortifikasiya çatışmayan dəmirin orqanizmə daşınmasının ən əlverişli üsuludur"
Çünki bununla bütün əhalini əhatə etmək mümkün olur və əhalinin qidalanma vərdişlərində heç bir dəyişiklik olmur

Hadı Rəcəbli: "Kosta-Rikada mikroelementlərlə və vitaminlərlə zənginləşdirilmiş məhsullardan yedim"
Deputat əmindir ki, yeni qanundan Azərbaycan xalqı faydalanacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər