Hal-hazırda Ayna qəzetinin 12.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Ermənistan-İran münasibətləri yüksək səviyyədədir
Əhmədinejad İrəvana gedir
Şənbə, 12.11.2011

S.Soltan mətn ölçüsü  

Ermənistan-İran münasibətləri yüksək səviyyədədir. Trend-in məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sarqsyan çərşənbə axşamı İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşündə bildirib. "Qeyd etməyə şadam ki, bu gün Ermənistan-İran münasibətləri yüksək səviyyədədir. Birgə proqramların sayı artır, mədəni mübadilə aktivləşir", - Prezidentin mətbuat xidməti Sarqsyandan sitat gətirir. "Novosti-Armeniya" yazır ki, prezident iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf səviyyəsindən də razılığını bildirib.

Sarqsyan ölkələr arasında sıx əməkdaşlığın sübutu kimi Ermənistanın və İranın yüksəkvəzifəli şəxslərinin qarşılıqlı səfərlərini göstərib. Öz növbəsində Salehi qeyd edib ki, İran Ermənistanın dostu kimi, daima Ermənistan-İran münasibətlərinin inkişafına sadiq qalacaq.

Müsahiblər İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana qarşıdakı səfəri kontekstində energetika, nəqliyyat, rabitə və kommunikasiyalar, eləcə də turizm və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bir az əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan etmişdi ki, İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfəri ilin sonuna planlaşdırılıb.

İran qaynaqlarına görə, Əhmədinejadın İrəvan səfəri çərçivəsində iki ölkə arasında qarşılıqlı əlaqə, bölgədəki vəziyyətə dair məsələlər müzakirə ediləcək. İqtisadi sahəyə dair bir sıra sənədlərin imzalanacağı da gözlənilir.

Əhmədinejad İrəvana bu il iyunun 6-da səfər etməli idi. Ancaq bu səfər təxirə salındı və bunun səbəbi açıqlanmadı. "İRNA" agentliyi İran Prezidenti Administrasiyasının açıqlamasına istinadla bunun səbəbinin Ermənistan tərəfinin imzalanacaq sənədləri hazırlamaması ilə əlaqədar olduğunu bildirmişdi.

Ancaq İran İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzaiyə bağlı "Tabnak" saytı səfərin təxirə salınmasını Əhmədinejadı müşayiət edən 2 rəsminin ölkədən çıxmasına qoyulan yasaqla əlaqələndirmişdi.

Salehi Ermənistanın enerji naziri Armen Movsesiyanın da qəbulunda olub. Tərəflər iki ölkə arasında "tarixi əlaqələrdən" danışdıqdan sonra enerji daşıyıcıları sahəsində ortaq layihələrdən söz açıblar. Hər iki nazir bu sahədə "əməkdaşlığın genişləndirilməsinin vacibliyini" vurğulayıblar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan ordusunun çağırışçı problemi

Ermənistandan oyuncaq-bomba "sovqatı"

Ermənistan dünyanı aldadır

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?

Bölmənin digər xəbərləri
 
"Erməni sərhədləri" siyasətinə əlvida
Ermənilər də, Qərb də bunu anlamağa başlayıb

Sanksiyalar öz mənfi təsirini göstərir
Bu sanksiyaların daha da sərtləşdiriləcəyi barədə gümanlar var

Tacikistan İranın verdiyi təhsildən qorxur
Tacik uşaqların İran məktəblərində oxuması yasaqlandı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər