Hal-hazırda Ayna qəzetinin 12.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
"Erməni sərhədləri" siyasətinə əlvida
"Erməni sərhədləri" siyasətinə əlvida
Ermənilər də, Qərb də bunu anlamağa başlayıb
Şənbə, 12.11.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Paris Sülh Konfransının başlanıldığı dönəmdə "erməni sərhədləri" xülyası vardı. 1919-cu ilin yanvarında ABŞ "Sevr öncəsi" və "Sevr sonrası" adlı ikili bir proqram hazırlamışdı. Birinci Dünya savaşının sona çatması ilə Osmanlı imperiyasının tam çöküşünü nəzərə alan ABŞ bölgədə Qərbin strateji maraqlarına uyğun "cırtdan dövlətlər" yaradılmasında maraqlı tərəf kimi çıxış edirdi. Bütün bunlar Paris Sülh Konfransı ərəfəsində baş verdi. Tarixdə ilk dəfə İrəvan çökəyi və onun ətrafı daxil olmaqla "Ermənistan" adlı bir dövlətin yaradılması hüquqi cəhətdən əsaslandırılmış oldu.

1920-ci ildə bolşevik Rusiyası isə Ermənistanın dövlət statusunu bir daha rəsmiləşdirdi.

89-cu maddə və erməni maraqları

1918-ci ildə Azərbaycan və Gürcüstan öz dövlət müstəqilliklərini elan etdikləri ərəfədə ermənilər Parisdə Fransa, ABŞ və İngiltərə ilə danışıqlarda çökmüş çarlıq Rusiyası və Osmanlı imperiyalarının ərazisində "ümumxristian maraqlarına" cavab verəcək "Ermənistan dövləti" yaradılması təşəbbüsünü irəli sürdülər. Bunun ardınca isə Anadolu və Azərbaycan torpaqlarında silahlı birliklər yaratmaqla imperialist siyasət yürüdən güclərə xidmət edə biləcəklərini nümayiş etdirdilər. Digər tərəfdən, İrəvan çökəyində, Güney Azərbaycanın qərb bölgəsində və Anadolunun şərq bölgələrində də beynəlxalq güclərin strateji maraqlarına dəstək üçün silahlanaraq soyqırımlar törətdilər.

Məhz belə bir qarışıq dönəmdə ABŞ prezidenti Vudro Vilsonun iradəsi sayəsində ermənilər fəal müdafiə edirdilər. İmzalanması gözlənən Sevr anlaşmasının 89-cu maddəsində xristian toplumu olaraq ermənilər müdafiə olunacaqdı. Bu maddəyə Türkiyə ərazilərində ermənilərin "Qərbi Ermənistan" adlandırdıqları vilayətlərin işğalı da daxil edilmişdi.

Bu gün həmin qanlı hadisələri "erməni məsələsi" adlandıran tarixçilərin fikrincə, Türkiyə-ABŞ münasibətləri yönündə 20 sentyabr 1920-ci ildə Sivasda Mustafa Kamal Atatürk və amerikalı general Harbordun 4 saatlıq görüşündə türklərin Milli Mücadiləsinin məqsədlərinə aydınlıq gətirildi. Qərbə məxsus qaynaqlarda "Harbord missiyası" adlandırılan bu təmaslar nəticə etibarı ilə Atatürkün və Türkiyənin uğurlu diplomatiyası kimi qeyd olunmaqdadır.

Bütün bunlara baxmayaraq, Fransa, ABŞ və İngiltərə Paris Sülh Konfransının müddəalarına daxil edilən "erməni məsələsi"nə heç zaman son nöqtə qoymamışlar. Vudro Vilson isə "millətlərin öz müqəddəratını təyin etmək hüququ" modelindən bir strategiya kimi istifadəni əsas taktiki hədəf hesab edirdi.

O vaxt Fransa, İngiltərə və ABŞ birgə hərəkət edirdilər. Bu zaman bolşevik Rusiyası da "700-800 minlik erməni qaçqınları"nın müdafiəsinə qoşularaq onları himayə etməyə başlamışdı. Hətta bu yöndə Rusiyada və Qərb dövlətlərində ermənilərə yardım mərkəzləri də yaradılmışdı. Belə bir böyük dəstək alan ermənilər 1919-cu ildə İrəvan çökəyi, Ahısqa, Borçalı, Qarabağ və Şərqi Anadolu vilayətlərində silahlı birliklər yaratmaqla burada yaşayan türk əhaliyə qarşı azğın soyqırımlara baş vurdular.

1919-cu il Paris Sülh Konfransı ərəfəsində və sonra da ermənilər 20-ci yüzildə dinc əhaliyə qarşı bunca misli görünməmiş qətliamlar törətdilər. Sevr anlaşmasının 89-cu maddəsində qeyd olunan prinsiplər ermənilərə ilham vermişdi...

"Ermənistan" qurmaq siyasətinin gizlini

Ermənilərə dəstək verən güclərin əsas strateji hədəflərindən biri Türkiyə torpaqları üzərində bəlli niyyətlərə nail olmaq idisə, digər tərəfdən burada türk əsgərini arxa cəbhə rolunu oynaya biləcək Güney Azərbaycan və Quzey Azərbaycandan ayrı salmaq idi.

REKLAM

Anadolu ilə sərhəd vilayətlərində törədilən soyqırımlar buna hesablanmışdı. Halbuki ABŞ türk tərəfinə 1919-cu ilin avqustunda bildirmişdi ki, özünə və Qərbə məxsus hərbi qüvvələri, digər yardım siyasətini geri çəkəcəkdir. Ancaq "Müstəqil Ermənistan"ın sərhədləri müəyyənləşməyincə bütün bunları bir kənara qoymayacaqlarını da deyirdilər. "Vudro Vilson mandatı" ABŞ-ın dövlət siyasəti olaraq qalırdı.

ABŞ senatında Vilsonun Avropa siyasəti kimi qəbul edilən "Isolation" strategiyasının şərtlərinə uyğun olaraq, bu ərəfədə general Harbordun əsgəri missiyası Anadolunun şərq vilayətlərinin də "erməni sərhədləri" proqramına daxil edilməsinə çalışırdı. Bu dönəmdə "müttəfiq qoşunları" Trakiya və Mərmərə boğazlarının güney bölgələrini işğal etməklə, "erməni sərhədləri" planının gerçəkləşməsini təmin etmək tələblərini açıq şəkildə irəli sürmüşdülər. Boğazları türklərin nəzarətindən çıxarmağı hədəf seçən Qərb və Rusiya hətta ortaq komissiya da yaratdılar. "Erməni sərhədi" planı gerçəyə qovuşmalı idi.

General Harbordun digər bir missiyası İrəvan çökəyi və Anadolunun şərq vilayətləri də daxil olmaqla "Ermənistan" dövləti yaradılmasını təmin etmək idi. Buna görə də ən azından 300 min nəfərlik "erməni qaçqınlarına yardım" kampaniyasını gizli şəkildə idarə edirdi. Bu humanitar yardımlara "silah yardımı" da əlavə edilmişdi. General Harbord: "Erməni məsələsi Ermənistanda çözülmür. Osmanlının varisi olan türklər ya Fransa və İngiltərə tərəfindən işğal olunan Suriya, qədim Mesopotamiya (indiki İraq) və Rumeli (Trakiya) torpaqlarından əl çəkməli, ya da erməni sərhədləri proqramına razılıq verməyə məcbur olduğunu təsdiq etməlidir" deyirdi.

Qərb dövlətləri Şərqi Anadolu vilayətlərində ən azından 300 minlik erməni qaçqınlarının hüquqlarını tanımaqla bu qədər sayda toplum arasında 25 minlik qoşun hazırlanması üçün "humanitar yardım" adı altında onları silahla təchiz edirdilər. Bu yöndə təkcə ABŞ beş illik müddətə o zamana görə çox yüksək rəqəm hesab edilən 756 milyon dollar vəsait ayırmışdı. General Harbord 28 iyun 1919-cu ildə Versal Anlaşması və 19 noyabr 1919-cu il Millətlər Cəmiyyətinin (indiki BMT) Paktı ilə bağlı Vaşinqtona göndərdiyi raportda qeyd edirdi:

"ABŞ-ın erməni sərhədi proyekti" bizim müşahidələrimizə görə baş tutmaya bilər. Çünki ABŞ Millətlər Cəmiyyəti kimi qurumda aparılan siyasətə görə hələ də səsvermə hüququnu təmin etməmişdir".

Belə bir məqamda Paris Konfransı 1920-ci ilin yanvarında "Türkiyə sorunu" adlı yeni doktrinaya üz tutdu. İndi siyasi termin olaraq işlədilən "Papres planı" (Papers Relating to the Foreign Relations ofthe United States, 1920, Washington, D.C., Government Printing Office, 1936, Vol. III, səh. 748-809) olaraq "erməni məsələsi"nin müdafiəsinə başlanıldı.

İngiltərə, Fransa və İtaliya "Supreme Council" (Yüksək Şura) adı altında fevral, mart və aprel aylarında London, Paris və San-Remo şəhərlərində toplantılar keçirərək, "Ermənistan" adlı bir dövlətin yaradılmasının hansı meyarla rəsmi statusa malik ola biləcəyi üçün müzakirələr aparırdı. Bu dönəmdə həm də Türkiyənin göstərmiş olduğu milli iradənin təməl prinsipləri qarşısında necə davranacaqlarını rəsmiləşdirməkdə tərəddüd edirdilər.

ABŞ-ın "Şərq Sorunları" proqramı 12 mart 1920-ci ildə Qərb dövlətlərinə təqdim edildi. Həmin plana görə, Türkiyə Osmanlı imperiyasının varisi olaraq Mesopotamiya, Ərəbistan, Fələstin, Suriya və bütün adalardan imtina etməli idi. Bu siyasətin ardında heç bir "erməni sərhədi" ssenarisi yox idi. Osmanlının Yaxın Şərqdə çox böyük təbii sərvətlərə malik olduğu digər iri ərazilər masada idi.

Ermənilər bu siyasətin dərin qatlarını bilmədikləri üçün Qərbin əlində oyuncaq olduqlarının fərqində deyildilər.

Gərəksiz indiki Ermənistan

Bu gün başda ABŞ olmaqla Qərb dövlətləri tərəfindən dəstəklənən BOP (Böyük Ortadoğu Planı) strategiyasında "Ermənistan" nağılına ehtiyac yoxdur. İndi nə çökmüş Osmanlı dövləti, nə də zəif durumda olan Türkiyə var. Əvəzində çarlıq Rusiyası ərazilərindəki SSRİ-nin çöküşü mövcuddur. 1990-2000-ci illərdə Qərbin ianəsi ilə yaşadılan Ermənistan 2003-cü ildən sonra gərəksiz bir duruma düşmüşdür. Əfqanıstan, Pakistan, Misir, Suriya, Liviya, Tunis, Əlcəzair, İraq və digər dövlətlər bu gün başqa bir biçimdə idarə olunmağa yönləndirilməkdədir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Ermənistan ordusunun çağırışçı problemi

Ermənistandan oyuncaq-bomba "sovqatı"

Ermənistan dünyanı aldadır

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?

Bölmənin digər xəbərləri
 
Ermənistan-İran münasibətləri yüksək səviyyədədir
Əhmədinejad İrəvana gedir

Sanksiyalar öz mənfi təsirini göstərir
Bu sanksiyaların daha da sərtləşdiriləcəyi barədə gümanlar var

Tacikistan İranın verdiyi təhsildən qorxur
Tacik uşaqların İran məktəblərində oxuması yasaqlandı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər