Hal-hazırda Ayna qəzetinin 12.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ermənistanın baş hərbi kəşfiyyatçısının səhvləri
Ermənistanın baş hərbi kəşfiyyatçısının səhvləri
Arşak Karapetyanın açıqlamaları yanlışlıqlar üzərində qurulub
Şənbə, 12.11.2011

Cəsur Sümərinli mətn ölçüsü  

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan erməni mətbuatına müsahibəsində bir sıra diqqətçəkən faktlar açıqlayıb. Peşəkar kəşfiyyatçılar üçün bu müsahibədə əslində qeyri-adi heç nə yoxdur. Amma bu "heç nə"nin özü kəşfiyyatçılar üçün dəyərli bir məlumatdır: bu açıqlaması ilə erməni ordusunun baş kəşfiyyatçısının düşüncə tərzi, hədəf və məqsədləri tam çılpaqlığı ilə ortaya qoyulub. Bu baxımdan, sözsüz ki, bu açıqlama Azərbaycan tərəfi üçün, istər KİV, istər QHT, istərsə də güc strukturları üçün müəyyən qədər faydalıdır. Xüsusilə də onun kəşfiyyatçılığı "erməni mentalitetinin xarakterik cəhəti" kimi təqdim etməsini fərqli yozumlarda qəbul eləmək olar.

Karapetyanın açıqlamaları sırf yanlışlıqlar üzərində qurulub. Diqqətimizi aşağıdakılar çəkdi:

- birincisi, Karapetyan qeyd edir ki, Qarabağ müharibəsindəki qələbə erməni kəşfiyyatının Azərbaycan kəşfiyyatı üzərində qələbəsi ilə şərtlənirdi. "Çünki müvafiq məlumatlar olmadan taktikadan, hazırlanmış əməliyyatlardan və düzgün qərarlardan danışmaq olmazdı", - deyə o bildirib.

Karapetyanın bu fikri kökündən yanlışdır. Ona görə ki, Dağlıq Qarabağ müharibəsində həlledici qələbəni Rusiya hərbi-siyasi dairələrinin Ermənistana ciddi hərbi, siyasi, kəşfiyyat dəstəyi təmin etmişdi. Bu dəstək içərisində rus kəşfiyyatçılarının oynadığı rolu nəzərə almamaq olmaz. Rusiya kəşfiyyat strukturları Azərbaycan hərbi birləşmələrinin bir çox əməliyyatları barədə məlumatları əldə edərək erməni ordusuna çatdırmasaydılar, müharibənin nəticələri bəlkə də başqa cür ola bilərdi. Beləliklə, Qarabağ münaqişəsində erməni kəşfiyyatının hər hansı üstün rolundan danışmaq mümkün deyil.

- ikincisi, Karapetyan qeyd edir ki, Qarabağ döyüşləri zamanı Azərbaycan tərəfi bir nəfər də olsun erməni kəşfiyyatçısını saxlaya bilməyib. Bu fikir də səhvdir. Əldə olan məlumatlardan görünür ki, Qarabağ münaqişəsi dövründə xeyli sayda erməni kəşfiyyatçısı Azərbaycan əsgərləri tərəfindən zərərsizləşdirilib. Bu barədə müharibədə iştirak etmiş şəxslərdən birbaşa məlumat əldə etmək olar.

- üçüncüsü, Karapetyan bildirib ki, bu gün erməni ordusunun regionda ən döyüş qabiliyyətli olması faktını xarici ölkələrin rəsmiləri, hətta Türkiyənin vəzifəli şəxsləri də etiraf edirlər.

REKLAM

"Mən indiyə kimi eşitməmişəm ki, xarici mütəxəssislər Azərbaycan ordusunun erməni ordusu ilə müqayisədə üstünlüklərə malik olduğunu, heç olmasa bərabər olması barədə nəsə desinlər. Hətta türklər də bunu demirlər", - deyə o qeyd edib.

Tamamilə yanlış məlumatdır. İndiyə kimi Türkiyəni təmsil edən bütün mütəxəssislər, vəzifəli şəxslər, rəsmilər və ya qeyri rəsmilərin açıq və ya qapalı açıqlamalarında bu tip fikirlərə rast gəlinməyib və gəlinə də bilməz. Türkiyənin Azərbaycan Silahlı Qüvvələrinin regionda lider ordu statusuna doğru irəliləməkdə xüsusi əməyi var. İndiyədək Türkiyə tərəfi Azərbaycana 200 milyon dollardan artıq həcmdə hərbi yardım göstərib. Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi səylərini ortaya qoyan ölkələrdən ən birincisidir. Beləliklə, erməni generalın öz ordusunu "populyarlaşdırarkən" Türkiyənin adından sui-istifadə etməsi niyyəti ortadadır.

Təkcə Türkiyə deyil, əksər beynəlxalq araşdırmalarda Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təchizat və təminat, insani və iqtisadi resurs baxımından Ermənistandan üstün olduğu etiraf edilir. Eləcə də beynəlxalq təşkilatların açıqlamalarında da erməni ordusunun gücünü üstün göstərəcək hər hansı tutarlı faktlara rast gəlinməyib. Əksər think- tank mərkəzləri etiraf edirlər ki, ikinci Qarabağ müharibəsi dövründə Azərbaycanın göstərə biləcəyi güc-qüvvət fərqli olacaq.

- dördüncüsü, Karapetyan iddia edir ki, erməni kəşfiyyatı güclüdür. Onun sözlərinə görə, onlar düşmənləri barədə hər şeyi, kimin hansı restoranda hansı kokteylə üstünlük verməsinə qədər hər şeyi bilirlər. O qeyd edib ki, məlumatlılıq böyük üstünlüklər verir. Və görək nə misal çəkir:

"Azərbaycanlı həmkarımla görüşlərimin birində mən onu oğlunun ad günü münasibətilə təbrik etdim. Mən bu alicənablığı özümə borc bildim". Eyni zamanda erməni general bildirib ki, azərbaycanlı həmkarı onu yaxınlarının ad günləri münasibətilə heç zaman təbrik etməyib.

Erməni generalın bu açıqlaması hərbi kəşfiyyat kimi ciddi sahəyə bəsit yanaşmanın göstəricisidir. Bunu misal çəkməklə o, erməni kəşfiyyatının "böyük gücə" malik olduğunu nümayiş etdirmək istəyir. Amma peşəkarlar üçün bu, sadəcə, nağıla bənzəyir.

- nəhayət, beşincisi, Karapetyan qeyd edib ki, indiyə qədər xeyli sayda Azərbaycan kəşfiyyatçısı Ermənistan ərazisində aşkarlanıb. Amma indiyədək azərbaycanlılar erməni kəşfiyyatçısını saxlaya bilməyiblər.

Bu da yanlış məlumatdır. Konkret olaraq, 2010-cu il sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanan Manvel Mamikonoviç Sarıbekyanı yada salaq. O, oktyabrın 5-də gecə saat 3-də intihar etmişdi.

Beləliklə, Karapetyanın istinad etdiyi məlumatlar, şərhlər yanlış düşüncənin məhsulu kimi yozula bilər. Karapetyan iddia edir ki, bu gün erməni kəşfiyyat kadrları az olsa belə, keyfiyyət baxımından Azərbaycandan üstündür. Bu fikri də ciddi hesab etmək mümkün olmur. Çünki ortalıqda bu üstünlüyü göstərə biləcək hər hansı faktlar yoxdur.

Amma bəllidir ki, son illərdə Azərbaycanda hərbi kəşfiyyat diqqətdə olan əsas sahələrdən biridir. Bu sahəyə xeyli vəsait qoyulub və gerçəkdən bu gün Azərbaycanın güclü kəşfiyyat strukturları formalaşdırılıb. Və biz bilən, müəyyən sayda erməni Azərbaycan kəşfiyyatına işləyir və ya işləməyə hazır olduğunu bildirib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının Azərbaycana səfəri gözlənir

ATƏT PA-nın xüsusi nümayəndəsi gələsi olmadı

Gürcüstan və Rumıniya münasibət bildirdilər

Auditizm xəstələrinin sayı artıb

İran: müxalifətə nəzarət güclənir

Bölmənin digər xəbərləri
 
Azərbaycanla Macarıstan arasında beş sənəd imzalandı
Bunların sırasında hərbi sahədə əməkdaşlığa dair müqavilə də var

Ermənistan Xankəndi aeroportunu işə salmağa çalışır
Azərbaycanın mövqeyində dəyişiklik hiss olunur

Milli Məclis Elçibəyin və Ayaz Mütəllibovun hüququnu yenidən müzakirə etməyə hazırlaşır
15 noyabr iclasında eks-prezidentlər haqqında qanun layihəsinə baxılacaq

Ermənistan silahları hara ötürür: İrana, yoxsa Qarabağa?
Moldova müdafiə naziri "xətalara yol verildiyini" etiraf etdi

Etibar Məmmədov Londonda ərəb inqilablarını müzakirə edib
AMİP lideri yenidən Beynəlxalq Demokrat İttifaqının sədr müavini seçilib

İctimai Palata geniş plan tutub
Dəyirmi masa və ictimai müzakirələr çoxalacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər