Hal-hazırda Ayna qəzetinin 12.11.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.11.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ermənistan Xankəndi aeroportunu işə salmağa çalışır
Ermənistan Xankəndi aeroportunu işə salmağa çalışır
Azərbaycanın mövqeyində dəyişiklik hiss olunur
Şənbə, 12.11.2011

C.Məmmədov mətn ölçüsü  

Həftənin diqqət mərkəzində olan hadisələrindən biri ermənilərin Xankəndi hava limanını işə salmağa hazırlaşması ilə bağlı oldu. Azərbaycan hökumətinin xəbərdarlıqlarına baxmayaraq, ermənilər işğal altında saxladıqları Xankəndi aeroportunu işə salmağa hazırlaşırlar. Ermənistan KİV-in məlumatına görə, ötən həftənin sonlarında aeroportun uçuş-enmə zolağının gecə işıqlandırma sistemi sınaqdan keçirilib. Hava limanının uçuş-enmə zolağının uzunluğu 2300 m, eni isə 20 metrdir.

Xankəndi hava limanından ilk dövrdə İrəvana reyslər planlaşdırılır. İlin əvvəlindən aparılmış işlər nəticəsində hava limanına böyük təyyarələrin enməsi üçün uçuş-enmə zolağı genişləndirilib, yaxındakı təpənin zirvəsi hamarlanıb.

Xatırladaq ki, Ermənistan 2008-ci ildə aeroportun əsas binasının tikintisinə başlayıb. Aeroportun açılışı bu il mayın 9-na planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək, açılış qeyri-müəyyən vaxtadək təxirə salınıb. Ancaq beynəlxalq qaydalara görə, hava limanının açılması üçün Beynəlxalq Mülki Aviasiya Komitəsi (İCAO) tərəfindən müvafiq kod verilməlidir. İCAO isə Azərbaycanın razılığı olmadan onun işğal altındakı ərazilərində tikilən hava limanına belə kod verə bilməz.

Ekspertlərin fikrincə, rəsmi Bakı Ermənistanın işğal altında saxladığı bu Azərbaycan şəhərində aeroport işə salmaq niyyətinə qarşı yenidən kəskin reaksiya verməli və bu istiqamətdə baş verə biləcək xoşagəlməz hadisələrlə bağlı beynəlxalq ictimaiyyəti növbəti dəfə məlumatlandırmalıdır. Bununla yanaşı, real təhlükəsizlik tədbirlərinin görülməsinə ciddi ehtiyac yaranıb.

Müşahidələrə görə, ermənilərin bu günlərdə qeyd edilən istiqamətdə fəaliyyəti onu deməyə əsas verir ki, rəsmi Bakı ötən müddətdə beynəlxalq ictimaiyyətin erməni tərəfinə ciddi təsir və təzyiq göstərmələrinə nail ola bilməyib. Əldə edilən bilgilərə görə, erməni tərəf bu aeroportu işə salmaqda israrlıdır. Yaxın perspektivdə onlar buradan uçuş həyata keçirə bilərlər. Belə olan halda baş verə biləcək xoşagəlməzlikləri qarşılamaq üçün rəsmi Bakının indidən ciddi addımlar atması zərurəti ortadadır. Erməni tərəfi rəsmi Bakını təxribata çəkməyə artıq hazır görünür. Bu vəziyyətin qarşısını almaq üçün beynəlxalq təşkilatların, münaqişənin nizamlanmasında vasitəçilik göstərənlərin üzərinə böyük məsuliyyət düşür.

Ekspertlərə görə, erməni separatçılarının bu obyektdən əsasən hərbi hava daşımaları üçün istifadə edəcəyi şübhəsizdir.

REKLAM

Belə ki, bu aeroportdan qalxacaq və enəcək təyyarələr vasitəsilə Azərbaycan ərazilərini işğal altında saxlayan erməni əsgərlərin və onlara məxsus silah və müxtəlif hərbi avadanlıqların daşınması niyyəti var. Bütün bu hallar Azərbaycanın milli təhlükəsizlik maraqlarına ziddir. Rəsmi Bakının bu istiqamətdə beynəlxalq təşkilatları məlumatlandırmaqda davam etməsi, eyni zamanda Azərbaycan hərbi hava qüvvələrinin ölkə səmasının pozulmasına qarşı preventiv hazırlıqları davam etdirməsi vacib görünür.

Xatırladaq ki, bu ilin əvvəlində Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası bəyan edib ki, işğal altında olan Azərbaycan ərazilərində aeroport tikintisi və Xankəndinə digər ölkələrdən rəsmi Bakının icazəsi olmadan təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirləri görəcəyini bildirib.

Beynəlxalq Mülki Aviasiya Komitəsi (İCAO) isə bəyan edib ki, Ermənistan Xankəndinə aviareyslər həyata keçirilməsini Azərbaycanla razılaşdırmalıdır. İCAO rəsmisi Denis Şanyon Ermənistanın "Mediamaks" agentliyinə açıqlamasında bildirmişdi ki, Xankəndində aeroportun açılma məsələsi Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda həll edilməlidir. Agentlik Bakının Xankəndinə icazəsiz uçuşlar həyata keçirilən mülki təyyarələrin vurula biləcəyinə dair xəbərdarlığına dair İCAO-nun mövqeyini soruşmuşdu.

Denis Şanyon bildirmişdi ki, bu təşkilatın nizamnaməsinin 3 bəndinə görə, üzv ölkələr mülki təyyarələrin vurulmasından çəkinməlidir. Həmin bənddə belə deyilir: "Üzv ölkələr təsdiq edir ki, hər bir ölkə uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqindən çəkinməlidir. Təyyarələrin məcburi endirilməsi də onun göyərtəsindəki şəxsləri və hava gəmisini təhlükədə qoymalı deyil".

Bununla belə İCAO rəsmisi vurğulamışdlı ki, Xankəndində hava limanının açılması məsələsi Azərbaycanla razılaşdırmalıdır. Çünki təşkilatın nizamnaməsinin 1-ci bəndinə əsasən hər bir ölkə öz hava məkanı üzərində tam suverenliyə malikdir. Şanyon əlavə etmişdi ki, uçuşların həyata keçirilməsi üçün təyyarənin qalxdığı hava limanı ilə onun enəcəyi hava limanı arasında razılıq olmalıdır. "Mən onu deyə bilərəm ki, bu məsələni Ermənistan Azərbaycanla razılaşdırılmış şəkildə həll edə bilər" deyə, İCAO rəsmisi bildirmişdi.

Amma bu günlərdə rəsmi Bakının Xankəndi aeroportunun tikintisinə və istifadəsinə dair mövqeyində dəyişiklik hiss olunur. Belə ki, "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov mətbuata açıqlamasında faktik olaraq Xankəndi aeroportunun açılmasının mümkün olduğunu qeyd edib:

"Ermənilər İrəvan-Xankəndi aviareyslərini həyata keçirə bilərlər. Ancaq xarici ölkə təyyarələrinin Azərbaycanın hava sərhədini pozaraq, Xankəndi aeroportuna enməsinə imkan verilməyəcək", - deyə o bildirib. Beləliklə, hiss olunur ki, rəsmi Bakı artıq məsələni əvvəlkitək qoymur. Əvvəllər ümumiyyətlə, həmin aeroportun açılmasının və oradan hər hansı uçüşün yolverilməzliyi qeyd olunurdu. İndi isə Bakının aeroportun tikintisi ilə yanaşı oradan İrəvana uçüşlara da razılıq verməsi təəəssüf doğurur. Ekspertlər bunu kökündən yanlış yanaşma hesab edirlər. Bu problemə Türkiyənin Azərbaycan səfiri Hulusi Kılıç da münasibətini açıqlayıb. Onun sözlərinə görə, Xankəndi aeroportunun açılma məsələsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. "Heç kim beynəlxalq qanunlardan kənara çıxa bilməz. Hər şey beynəlxalq hüquq normalarına uyğun həyata keçirilməlidir", - deyə o bildirib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İsrailə təyyarə reysləri ləğv edilə bilər

Quzey Kipr başqa, Qarabağda işğal rejimi başqa

Minsk Qrupu həmsədrlərindən Xankəndi aeroportuna münasibət:

Siyasətdə uşaqlardan istifadə təzə nömrə deyil

Dağlıq Qarabağda növbəti "seçki" saxtakarlığı

Bölmənin digər xəbərləri
 
Azərbaycanla Macarıstan arasında beş sənəd imzalandı
Bunların sırasında hərbi sahədə əməkdaşlığa dair müqavilə də var

Milli Məclis Elçibəyin və Ayaz Mütəllibovun hüququnu yenidən müzakirə etməyə hazırlaşır
15 noyabr iclasında eks-prezidentlər haqqında qanun layihəsinə baxılacaq

Ermənistanın baş hərbi kəşfiyyatçısının səhvləri
Arşak Karapetyanın açıqlamaları yanlışlıqlar üzərində qurulub

Ermənistan silahları hara ötürür: İrana, yoxsa Qarabağa?
Moldova müdafiə naziri "xətalara yol verildiyini" etiraf etdi

Etibar Məmmədov Londonda ərəb inqilablarını müzakirə edib
AMİP lideri yenidən Beynəlxalq Demokrat İttifaqının sədr müavini seçilib

İctimai Palata geniş plan tutub
Dəyirmi masa və ictimai müzakirələr çoxalacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər